Ammonius Sakkas

Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175242, İsgəndəriyyə) — yunan filosofu, PlotininOrigenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır.

Ammonius Sakkas
q.yun. Ἀμμώνιος Σακκάς[1]
Doğum tarixi 175
Doğum yeri
Vəfat tarixi ən tezi 240ən geci 245[2]
Vəfat yeri
Dövr Roma imperiyası
Əsas maraqları fəlsəfə
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Həyatı və fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]

O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.

Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar[5].

Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər. Ammonius və onun öyrənciləri ilk dəfə teosofiya sözünü işlətməyə başlamış və bu anlayışı təlim halına gətirmişdirlər[6]. Bu təlimin vasitəsi ilə Ammonius bütün dinlər və inancları birləşdirmək istəmişdir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 255. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 255. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Armstrong, A., (1967), The Cambridge History of Later Greek and Early Medieval Philosophy, Cambridge University Press, pp. 196–200.
  • Karamanolis, G., (2006), Plato and Aristotle in Agreement?: Platonists on Aristotle from Antiochus to Porphyry, Oxford University Press, pp. 191–215.
  • Reale, G., (1990), A History of Ancient Philosophy IV: The Schools of the Imperial Age, SUNY Press, pp. 297–303.
  • Асмус В. Ф. Античная философия. — M: Высшая школа, 1998.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]