arme

f 1) silah; ~ blanche soyuq silah; ~ à feu odlu silah; 2) pl gerb

aride
armée
OBASTAN VİKİ
Achillea armenorum
Achillea armenorum (lat. Achillea armenorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Agrostis alba var. armena
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Althea armeniaca
Qafqaz bəlğəmotu (lat. Althaea armeniaca) — bəlğəmotu cinsinə aid bitki növü.
Amblyseius armeniacus
Amblyseius armeniacus (lat. Amblyseius armeniacus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius armeniacus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amygdalus armeniaca
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma Tarixi və Missiya == Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Anti-armenia Team

Apocynum armenum
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Armen Abaqyan
Armen Artavazdoviç Abaqyan (rus. Арме́н Артаваздович Абагя́н; 1 yanvar 1933, Stepanakert – 18 noyabr 2005, Moskva) — nüvə enerjisi sahəsində SSRİ və Rusiya alimi. O, texnika elmləri doktoru (1977), professor (1985), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1997), Rusiya Federasiyasının əməkdar energetiki (1994) olmuşdur. Abaqyan radiasiyadan qorunma fizikası üzrə elmi məktəbin yaradıcılarından biri kimi tanınır. == Həyatı == Armen Abaqyan 1 yanvar 1933-cü ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Atası Artavazd Sergeyeviç Abaqyan Kənd Təsərrüfatı Nazirliyində işləmiş, anası Roza Levonovna ginekoloq olmuşdur. 1950-ci ildə Armen Abaqyan məktəbi qızıl medalla bitirərək Moskva Mühəndis Fizika İnstitutuna (MMFİ) daxil olmuşdur. 1956-cı ildə MMFİ-ni fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Obninsk şəhərindəki Fizika və Energetika İnstitutunda başlamış, burada iyirmi il ərzində baş laborantdan elmi şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, radiasiyadan mühafizə problemləri və xüsusi təyinatlı atom elektrik stansiyalarının yaradılması ilə məşğul olmuşdur. 1976-cı ilin yanvarında Armen Abaqyan SSRİ Energetika Nazirliyinin "Enegiya" QHT-sinin baş direktorunun müavini təyin edilmişdir və o, 1984-cü ildən Atom Elektrik Stansiyalarının İstismarı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutuna (AESİÜETİ) rəhbərlik etmişdir.
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Armen Ayriyev
Armen Tevanoviç Ayriyev (rus. Арме́н Тева́нович Айри́ев; həmçinin Ayriyan; 7 (20) sentyabr 1910, Tuğ, Şuşa qəzası – 13 fevral 1966, Daşkənd) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, mayor. == Həyatı == Armen Tevanoviç Ayriyev Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndində anadan olmuşdur. 1931-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Təyyarəçilər məktəbini bitirmişdir. İkinci Dünya müharibəsində Cənub-Qərb, Bryansk, Stalinqrad, Cənub, 4-cü Ukrayna, 1-ci , 2-ci və 3-cü Pribaltika, Leninqrad cəbhələrində eskadrilya komandiir, 1944–1945-ci illərdə hərbi hava qüvvələri üzrə polk komandirinin müavini olmuşdur. 1944-cü ildə Sevastopol uğrunda döyüşlərdə iştirak etmişdir. == Təltif və mükafatlar == Armen Ayriyev 13 aprel 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, 2 "Qırmızı bayraq", "Aleksandr Nevski", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.
Armen Ayvazyan
Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb. 2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir.
Armen Doriyan
Armen Ohanyan
Armen Ohanyan (erm. Արմեն Օհանյան), doğum adı Sofiya Pirbudağyan (erm. Սոֆյա Էմանուելի Փիրբուդաղյան, 1887, Şamaxı – 1976, Mexiko) — erməni əsilli rəqqasə, aktrisa, tərcüməçi və yazıçı. XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş rəqqasə qrupu Şamaxı rəqqasələrindən biri olan Ohanyan 1918-ci ildə Fransada bununla bağlı kitab da yazmışdır. == Həyatı == Armen Ohanyan 1887-ci ildə Rusiya imperiyasının Bakı quberniyasına bağlı Şamaxı şəhərində, orta təbəqədən olan erməni ailəsində anadan olmuşdur. 1902-ci ildə Şamaxı zəlzələsinin baş verməsi nəticəsində evini tamamilə itirən Ohanyanlar ailəsi Bakı şəhərinə köçür və Armen buradakı rus məktəbində təhsil almağa başlayır. 1905-ci ildə təhsil aldığı məktəbdən məzun olarkən Bakıda Erməni-azərbaycanlı qırğınları baş verir və nəticədə rəqqasənin atası Emanuel öldürülür. 1906-cı ildə Bakıda iran ermənisi olan həkim Hayk Ter-Ohanyanla evlənsə də, həmin evlilik cəmisi bir il davam etmişdir. Həmin il Bakı Erməni Mədəniyyət Birliyinin teatr qrupunda Sofiya Ter-Ohanyan adı ilə fəaliyyətə başlamışdır. 1908-ci ildə Moskvaya köçmüş və ilk rəqslərini Meli Teatrında ifa edərkən paralel olaraq Nelidova məktəbində də plastik sənət nümunələrini öyrənməyə başlamışdır.
Armen Qaro
Armen Qaro ya da Karekin Pastırmacıyan (erm. Գարեգին Փաստրմաճեան; (9 fevral 1872, Ərzurum, Ərzurum vilayəti, Osmanlı imperiyası – 23 mart 1923, Cenevrə) — erməni terrorçusu, daşnak liderlərindən biri. == Həyat və fəaliyyəti == Armen Qaro Ərzurum şəhərində anadan olmuşdur, 1891-ci ildə buradakı erməni məktəbində təhsilini başa vurduqdan sonra, Fransaya yollanır, və Nansi universitetinin nəzdində, kənd təsərrüfatı məktəbində təhsil alır. 1894-cü ildə Daşnaksütunun sıralarına qatılır. 1895-ci ildə Zeytun üsyanına kömək etmək məqsədilə Misirə yollanır, buradan üsyançılara silah sursat və canlı güvvə gondərilməsini təşkil edir. Həmin vaxt o, Armen Qaro təxəllüsü ilə adlanmağa başlayır. 1896-cı ilin avqustun 26-da, daşnakların Osmanlı bankına qarşı təşkil etdiyi terror aksiyasında iştirak edir, Armen Qaro bankı zəbt edən terorçuların içərisində yer alır. Onun vəzifəsi, bank işçilərinin və ziyarətçilərin qaçmasının qarşısını almaq idi. Terrorçular bu adamlardan canlı sipər kimi istifadə etməyi planlaşdırırdılar. İri dövlətlərin müdaxiləsi nəticəsində, bankı zəbt etmiş erməni terrorçuları Türkiyədən sah salamat Fransaya qedir və orada siyasi sığınacaq alır.
Armenia TV
Armenia TV (erm. Արմենիա հեռուստաընկերություն, translit. Armeniya herustayonkerutyun) — Ermənistan özəl telekanalı. Ermənistan, Rusiya, Avropa və ABŞ-də yayım edir. Telekanalda məlumatlandırıcı, satirik, idman, musiqi və siyasi verilişlər yayımlanır. Armenia TV Ermənistanın ən böyük və ən çox izlənən telekanallarından biridir. Armenia TV 2015-ci ildə Ermənistanın ilk kabel telekanalını təsis etmişdir.
Armeniaca
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Armeniaca mandshurica
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Armeniaca vulgaris
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Armeniya
Armeniya (Kolumbiya) — Kolumbiyada yerləşən şəhər.
Armeniya (Kolumbiya)
Armeniya — Kolumbiyada yerləşən şəhər, Kindio departamentinin inzibati mərkəzidir. 1999-cu il 25 yanvarda şəhərin əhəmiyyətli bir hissəsi 6,2 bal gücündə bir zəlzələ ilə məhv oldu. 1230 insan məhv oldu, 200 000 ailə isə evsiz qaldı.
Armenpress
Armenpress (erm. Արմենպրես) — Ermənistanın ən köhnə və əsas dövlət xəbər agentliyi. == Tarixi == "Armenpress" 18 dekabr 1918-ci ildə Ermənistan Demokratik Respublikası hökuməti tərəfindən Ermənistan Teleqraf Agentliyi kimi təsis edilmişdir. Agentliyin yaradılmasında Simon Vratsyanın mühüm rolu olmuşdur. 1920-ci ildə Ermənistan SSR-nin əsasının qoyulmasının ardınca agentliyin adı dəyişdirilərək "Armenkavrosta", sonra isə "Armenrosta" və "Armenta" olmuşdur. 1972-ci ildə onun adı yenə dəyişdirilərək "Armenpress" olmuşdur. SSRİ dövründə, 1920-ci ildən 1991-ci ilə qədər agentlik "ictimai məlumatın rəsmi icazəli mənbəyi" kimi fəaliyyət göstərmiş və Ermənistan Kommunist Partiyasının birbaşa nəzarəti altında olmuşdur. "Armenpress" indiki dövrdə "Reuters", "SİTA" (Rusiya) və "Sinxua" (Çin) xəbər agentlikləri ilə əməkdaşlıq edir. Qara Dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının üzvüdür. "Armenpress"in icad etdiyi bir çox neologizm erməni dilinə daxil olmuşdur.
Armentières
Armanter — Fransanın Hauts-de-France regionunun Nord departamentində yerləşən kommuna. Kommunanın əhalisi 2017-ci il statistikasına görə 24882 nəfərdir.
Armeriya
Armeriya (lat. Armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. cinsin adı qədim fransız sözündən götürülmüş, mənası saqqallı qərənfil deməkdir. Armeriya xarici görünüşcə qərənfilə çox oxşardır. Bu çoxillik ot bitkisi Avropa, Şimali Afrika və Qərbi Asiyanın dağlıq və sahilyanı vilayətlərində bitir, təxminən 50-yə yaxın növü vardır. Gülçülükdə 10 növündən geniş istifadə olunur. Onlardan Dənizyanı armeriya (A. maritima) - sıx rozetlər əmələ gətirən, tünd-yaşıl, yastı yarpaqları olan çoxillik bitkidir. Yaşıllaşdırmada, parkların, bağların, ofis interyerlərinin bəzədilməsində və eyni zamanda otaq bitkisi kimi də geniş istifadə olunur. Yarpaqları çılpaq və ya azca tüklü olur. Çəhrayı, bənövşəyi və ya al-qırmızı çiçəkləri qısa, sallaq saplaqlarda yerləşir.