Armen Abaqyan

Armen Artavazdoviç Abaqyan (rus. Арме́н Артаваздович Абагя́н;[1] 1 yanvar 1933, Stepanakert18 noyabr 2005, Moskva) — nüvə enerjisi sahəsində SSRİRusiya alimi. O, texnika elmləri doktoru (1977), professor (1985), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1997), Rusiya Federasiyasının əməkdar energetiki (1994) olmuşdur. Abaqyan radiasiyadan qorunma fizikası üzrə elmi məktəbin yaradıcılarından biri kimi tanınır.[2]

Armen Abaqyan
Doğum tarixi 1 yanvar 1933(1933-01-01)
Doğum yeri
Vəfat tarixi 18 noyabr 2005(2005-11-18) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri Nüvə enerjisi
Elmi dərəcələri
Elmi adları
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Ananiya Şirakatsi" medalı

Armen Abaqyan 1 yanvar 1933-cü ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Atası Artavazd Sergeyeviç Abaqyan Kənd Təsərrüfatı Nazirliyində işləmiş, anası Roza Levonovna ginekoloq olmuşdur.

1950-ci ildə Armen Abaqyan məktəbi qızıl medalla bitirərək Moskva Mühəndis Fizika İnstitutuna (MMFİ) daxil olmuşdur. 1956-cı ildə MMFİ-ni fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Obninsk şəhərindəki Fizika və Energetika İnstitutunda başlamış, burada iyirmi il ərzində baş laborantdan elmi şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, radiasiyadan mühafizə problemləri və xüsusi təyinatlı atom elektrik stansiyalarının yaradılması ilə məşğul olmuşdur.

1976-cı ilin yanvarında Armen Abaqyan SSRİ Energetika Nazirliyinin "Enegiya" QHT-sinin baş direktorunun müavini təyin edilmişdir və o, 1984-cü ildən Atom Elektrik Stansiyalarının İstismarı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutuna (AESİÜETİ) rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə AESİÜETİ-in əsas elmi istiqamətləri formalaşmışdır və bu, atom elektrik stansiyalarının istismarına elmi-texniki dəstək verən aparıcı instituta çevrilmişdir.

1986-cı ildə Hökumət Komissiyasının eksperti kimi Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında və faciənin baş verdiyi yerdə elmi tədqiqatların aparılmasında iştirak etmişdir. Bu, fəlakətin miqyasını və səbəblərini düzgün qiymətləndirməyə imkan vermişdir. O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi üçün Çernobıl qəzasının səbəbləri ilə bağlı hesabatı hazırlayanlardan biri olmuşdur. 1995-ci ildə Armen Abaqyan Metsamor Atom Elektrik Stansiyasının yenidən işə salınmasında iştirak etmiş, və Ermənistan Respublikası Prezidenti yanında Nüvə Enerjisi Məsləhət Şurasının üzvü olmuşdur.

18 noyabr 2005-ci ildə ailəsi ilə birlikdə yaşadığı çoxmərtəbəli binanın yaxınlıqdakı mənzilində başlayan yanğın zamanı həlak olmmuşdur. Yanğınsöndürənlərin köməyi olmadan üzərlərinə doğru irəliləyən yanğın tərəfindən çıxışdan kəsilən Armen Abaqyan və həyat yoldaşı Lili 25-ci mərtəbədə yerləşən mənzillərinin eyvanından özünü atmışlar.[3] O, Troekurovski qəbiristanlığında dəfn edilmişdir.[4]

  1. Агеенко Ф. Л. Абагян Армен Arxivləşdirilib 2022-09-13 at the Wayback Machine // Словарь собственных имён русского языка. Ударение. Произношение. Словоизменение. — М.: Мир и Образование; Оникс, 2010. — С. 53. — 880 с. — ISBN 5-94666-588-X, 978-5-94666-588-9.
  2. Армен Абагян в Большой энциклопедии Кирилла и Мефодия Arxiv surəti 1 iyun 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-06-01 at the Wayback Machine
  3. "Небосклеп. Жители высоток каждый день рискуют сгореть заживо". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-01.
  4. "Абагян Армен Артаваздович (1933—2005) (могила на Троекуровском кладбище)". // Сайт «Московские могилы». 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Абагян А. А. и др. Информация об аварии на Чернобыльской АЭС и её последствиях, подготовленная для МАГАТЭ // Атомная энергия . 61 (5). 1986.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]