Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb.
Armen Ayvazyan | |
---|---|
erm. Արմեն Այվազյան | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan |
Milliyyəti | erməni |
Fəaliyyəti | yazıçı, tarixçi, politoloq |
Elmi dərəcələri | |
hayq.org | |
Vikianbarda əlaqəli mediafayllar |
2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir. Ayvazyan müəllifi olduğu "Amerikan tarixşünaslığında Ermənistan tarixinin işıqlandırılması (Tənqidi baxış)" əsərində bir sıra məşhur Amerikan ermənişünaslarını və qafqazşünaslarını kəskin tənqid edir, tənqid olunanların içərisində Ronald Süni, Robert Tompson, Ceyms Rassel, Riçard Hovanisyan və digərlərini göstərmək olar[1]. Armen Ayvazyan 2003 – cü ilin 15-20 sentyabrında İrəvanda keçirilən Ermənişunasların ilk beynəlxalq konqresinə dəvət almayan yeganə tarixçi olub[2]. 2003 – cü ilin dekabrında İrəvan dövlət universitetində baş tutan Armen Ayvazyanın doktorluq dissertasiyasının müdafiəsi tam uğursuzluğa düçar olmuşdur.
Ayvazyana müsbət münasibət bəsləyən erməni mətbuatı qeyd edir ki, "Ermənistanda onun baxışlarını çox az sayda tarixçi" dəstəkləyir. Ayvazyan Ermənistanda və xarici ölkələrdə nəşr olunmuş bir çox məqalənin və monoqrafiyanın müəllifidir.