Armen Tevanoviç Ayriyev (rus. Арме́н Тева́нович Айри́ев; həmçinin Ayriyan;[1][2] 7 (20) sentyabr 1910, Tuğ, Şuşa qəzası – 13 fevral 1966, Daşkənd) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, mayor.
Armen Ayriyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 (20) sentyabr 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1966 (56 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Hərbi hava qüvvələri |
Rütbəsi | mayor, Leytenant, kapitan, Kiçik leytenant[d] |
Döyüşlər | |
Təltifləri |
|
Armen Tevanoviç Ayriyev Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndində anadan olmuşdur. 1931-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Təyyarəçilər məktəbini bitirmişdir. İkinci Dünya müharibəsində Cənub-Qərb, Bryansk, Stalinqrad, Cənub, 4-cü Ukrayna, 1-ci , 2-ci və 3-cü Pribaltika, Leninqrad cəbhələrində eskadrilya komandiir, 1944–1945-ci illərdə hərbi hava qüvvələri üzrə polk komandirinin müavini olmuşdur. 1944-cü ildə Sevastopol uğrunda döyüşlərdə iştirak etmişdir.[3]
Armen Ayriyev 13 aprel 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, 2 "Qırmızı bayraq", "Aleksandr Nevski", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.[3]