AUTO-RACING

n avtomobil sportu / idmanı, avtomobil yarışı

AUTHORSHIP
AUTOBIOGRAPHIC
OBASTAN VİKİ
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Škoda Auto
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Auto-GPT
Auto-GPT — təbii dildə məqsəd qoyulduqda, bu məqsədləri alt tapşırıqlara bölərək, onlara internet və digər vasitələrdən avtomatik dövrədə istifadə etməklə nail olmağa çalışan açıq mənbəli "Sİ agenti". Bu, "OpenAI"ın GPT-4 və ya GPT-3.5 API-lərindən istifadə edir və avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələri arasındadır. == Zəmin == "Auto-GPT" 30 mart 2023-cü ildə "Significant Gravitas Ltd." videooyun şirkətinin aparıcı oyun tərtibatçısı Toran Brüs Riçards tərəfindən buraxılmışdır. "Auto-GPT" 14 mart 2023-cü ildə buraxılmış geniş dil modelidir. Bu, "OpenAI"ın GPT-4 üçün API-yə əsaslanan açıq mənbəli avtonom "Sİ agenti"dir. "Auto-GPT" avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələrindən biridir. Riçards real zamanda geribildirimə və uzunmüddətli perspektivləri ehtiva edən tapşırıqlara cavab verə biləcək bir model yaratmaq üçün "Auto-GPT"ni inkişaf etdirmişdir. İstifadəçilərdən "Auto-GPT" agentinin adını, rolunu və məqsədini təsvir etmələri və bu məqsədə çatmaq üçün beşə qədər yol göstərmələri xahiş olunur. Bundan sonra "Auto-GPT", istifadəçi hər addımda bir sorğu təqdim etmədən öz məqsədinə çatmaq üçün müstəqil şəkildə işləyir. "Auto-GPT" "GitHub"da hər kəs üçün əlçatandır.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Star Wars: Super Bombad Racing
Star Wars: Super Bombad Racing — "Lucas Learning" tərəfindən istehsal edilmiş və "LucasArts" yayımlanmış yarış videooyunu. "Ulduz müharibələri" mövzusunda olan oyunda "Fantom təhlükəsi", "Yeni ümid" və "Cedayın qayıdışı" filmlərinin personajlar var. Oyun "PlayStation 2", "Dreamcast", "Windows" və "Mac OS" platformaları üçün açıqlansa da, yalnız "PlayStation 2" versiyası satışa çıxarılmışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən, oyun bütün platformalarda "qarışıq və orta" rəylər almışdır == Geympley == "Star Wars: Super Bombad Racing" bir kart yarış oyunudur. Oyunçular müxtəlif "Fantom təhlükəsi" personajlarından birini seçərək filmə əsaslanan müxtəlif cığırlarda yarışırlar. Hər bir cığırın güzgülənmiş variantı mövcuddur. Boba Fett və Dart Vayder kilidi açıla bilən qonaq personajlardır. Yarışlar səkkiz iştirakçı ilə keçirilir və üç dövrədən ibarətdir. Gücləndiricilər hər cığır boyu müxtəlif yerlərdə olur və bunların hər biri oyunçu personajın sürətini artırmaq, ona qalxan və ya hücum silahları vermək kimi müxtəlif müvəqqəti atributlara malikdir. Dörd oyunçuya qədər oyunçu "PlayStation 2" multitap periferiyasından istifadə edərək bölünmüş ekran oyununa qoşula bilər.
Grand Theft Auto III
Grand Theft Auto 3 (GTA III) Rockstar Games tərəfindən yaradılmış Grand Theft Auto seriyasının üçüncü oyunudur. Oyun PlayStation 2, PlayStation 3 (PSN), Windows, Xbox, Mac OS X, Xbox 360 (XBLM), iOS və Android platformaları üçün yaranıb. Oyunun hadisələri Nyu-Yorka çox oxşayan Liberty City şəhərində baş tutur. == Məzmunu == Qeyd:Klod dilsizdir, danışa bilmir. Klod, Katalina və Miqel Liberty City bankını soymaq planlayırlar, lakin soyğunun sonunda Katalina Klodu vurur və pulları götürüb qaçır. Klod həbsxanaya aparılarkan qəzaya düşüb avtomobildən qaçır və Katalinadan intiqam almaq qərarına gəlir. Klod və Katalinanın Liberty şəhərinə gəlməyi San Andreasda açıqlanır. San Andreasın baş qəhrəmanı Karl Conson Katalinanın keçmiş sevgilisi olub, Klod onunla yarışdı, amma uduzdu. Katalina onunla ayrıldı və Klodla Liberty şəhərinə üz tutdu. Klod Liberty City şəhərində çoxlu missiyalar yerinə yetirdi və son ana missiyada keçmiş sevgilisi Katalinanı öldürdü.
Grand Theft Auto IV
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir. Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
Grand Theft Auto V
Grand Theft Auto V — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən satışa çıxarılmış 2013-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Hekayəsi uydurma San Andreas ştatında cərəyan edir. Oyunda üç əsas personaj var — bank soyğunçusu Maykl De Santa, qanqster Trevor, narkotik və silah satıcısı Frenklin. Onlar oyun boyu çoxsaylı cinayət əməllərində iştirak edirlər. Oyunda personajları üçüncü şəxs və birinci şəxs baxış bucağından idarə etmək mümkündür. Oyun dünyası piyada və avtomobil vasitəsilə kəşf edilə bilər. Oyunçular missiyalar və digər fəaliyyətlər zamanı personajlar arasında keçid edə bilərlər. Oyundakı əksər missiyalar soyğunların planlaşdırılması və icrası ətrafında fırlanır. Bu oğurluqlar zamanı oyunçular atışma və sürücülüklə məşğul olacaqlar.
Grand Theft Auto Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Grand Theft Auto VI
Grand Theft Auto VI — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.
Adsız Grand Theft Auto oyunu
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır. Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
Grand Theft Auto (oyun seriyası)
Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir. Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir. hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir.