Grand Theft Auto Online

Grand Theft Auto Online və ya qısaca GTA OnlineRockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3Xbox 360[a] üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir.

Grand Theft Auto Online
Loqonun şəkli
Yayımlayanlar Rockstar Games
Lokalizatorlar Rockstar Lincoln
Seriya Grand Theft Auto
Buraxılış tarixləri 1 oktyabr 2013, 15 mart 2022
Janr döyüş-macəra oyunu, həyat simulyatoru[d]
Prodüser
Texniki məlumat
Platforma PlayStation 3, Xbox One, PlayStation 4, Xbox 360, Microsoft Windows, PlayStation 5[1]
Oyun rejimi çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili, rus dili, fransız dili
Daşıyıcı rəqəmsal yükləmə[d][2]
İdarəetmə geympad, kompüter siçanı, kompüter klaviaturası
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından[b] həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var.

Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır. Oyunda istifadəyə verildiyi ilk vaxtlarda missiyaların tamamlana bilməməsi və obraz məlumatlarının itirilməsi ilə nəticələnən geniş yayılmış texniki problemlər oldu. Əvvəllərdə, məxsusən əhatə və açıq geympleyinə dair təriflər ilə istiqamət azlığı və təkrarlanan missiyalar səbəbilə olan tənqidlərlə əlaqədar tənqidçiləri iki qrupa böldü. Müxtəlif oyun nəşrlərindən "Ən Böyük Məyusluq"dan "Ən Yaxşı Multipleyer"ə qədər tam fərqli il sonu mükafatları qazandı. Oyunda tez-tez oyun rejimlərini (modifikasiyalarını) və məzmununu daha da genişləndirən pulsuz yeniləmələr olur. Bu səbəbdən də tənqidçilər tərəfindən müsbət rəylərlə qiymətləndirilir. Məxsusən 2015-ci ildəki "Soyğunlar" yeniləməsi tənqidçilər tərəfindən müsbət qarşılandı.

  1. Oyun 16 dekabr 2021-ci ildə PlayStation 3 və Xbox 360-da dayandırıldı.[3]
  2. Oyun başlanğıcda "Grand Theft Auto V"-dəki hadisələrdən əvvəldə baş versə də,[4] 2017-ci ildəki "Gunrunning"[5] ilə başlayan sonrakı yeniləmələrin hekayəsi onların müvafiq buraxılış illərində baş verir.
  1. Purchese R. GTA 5 will launch on PlayStation 5 and Xbox Series X in 2021: Standalone GTA Online free on PS5 for three months. 2020.
  2. Microsoft Store. 2012.
  3. "GTA Online for PlayStation 3 and Xbox 360 Will Shut Down on December 16, 2021". Rockstar Newswire. Rockstar Games. June 16, 2021. June 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2021.
  4. "GTA Online Details: Game Day Access Info and More". Rockstar Newswire. Rockstar Games. 30 September 2013. April 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2024.
  5. Rockstar North. Grand Theft Auto Online: Gunrunning. PlayStation 4, Xbox One, Windows. Rockstar Games. June 13, 2017. Mission: "Mole Hunt"
    Agent 14: "Bəli, 2017-ci ildir. Mən də inana bilmirəm buna."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]