Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şükufə Ağayeva
Şükufə Novruz qızı Ağayeva (1937) — IX çağırış Azərbaycan SSR Ali Sovetin deputati. == Həyatı == 1937-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta ixtisas təhsili var. 1960-cı ildən "Şimal" DRES-in elektrik ustasıdır. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şüvəlan seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şükufə Mirzəyeva
Mirzəyeva Şükufə Şamil qızı (20 dekabr 1925, Gülablı, Ağdam, Azərbaycan SSR, SSRİ - 9 oktyabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — görkəmli azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1963), professor (1964). == Həyatı == Azərbaycan Dövlət Universitetini bitirmişdir (1944). Əmək fəaliyyətinə 1944-cü ildən Azərbaycan EA Fəlsəfə İnstittutunda başlamışdır. Azərbaycan xalqının estetik fikir tarixi və estetikanın problemləri ilə məşğul olmuşdur. Bədii, ədəbi-tənqidi və incəsənətə dair bir sıra əsərləri var.
Şükufə Musayeva
Şükufə İmran qızı Musayeva — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Şükufə Musayeva 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə qəlpə yarası almışdır. Aldığı yaralardan sonra dünyaya uşaq gətirmək qabiliyyətini itirib. Ş. Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S. Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M. F. Axundov), 2002-ci ildə keçirilən A. Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A. Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F. Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.
Şükufə Yusifova
Şükufə Mühəddin qızı Yusupova (30 may 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisası. == Həyatı == Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb. Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A. Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev). Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb. Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s.
Şükufə Yusupova
Şükufə Mühəddin qızı Yusupova (30 may 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisası. == Həyatı == Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb. Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A. Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev). Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb. Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s.
Küftə
Küftə — Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Küftə-Bozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.
Rizə küftə
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. == Hazırlanma qaydası == Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Çiy küftə
Çiy küftə — Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir. Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir. Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır. == Hazırlanması == Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
İçli küftə
İçli küftə — yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.
Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir. == Mənşə == Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi. Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Sükut (film, 2018)
Sükut - Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilmişdir. == Məzmun == Arifin həyat yoldaşı ölümcül xəstəliyə dücar olandan sonra onun həyatı da alt üst olur. Keçmiş hərbçi indi var gücü ilə səy göstərməlidir ki, ayaq üstə qalmağı bacarsın.
Yapon mədəniyyətində sükut
Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir . Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. . Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik . == Səssizlik — səmimi duyğuların ifadəsi kimi == Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir . Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir . == Əxlaq norması kimi səssizlik == Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var .
Sükut kodeksi (film, 1985)
Sükut kodeksi — 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmdəki hadisələr 1984-cü ildə Çikaqoda baş verən hadisələri əhatə edir. == Məzmun == Narkotik istehsalı ilə məşğul olan mafiya başçısı Komaçonu ələ keçirmək üçün Çikaqonun polis heyəti plan hazırlayır. Lakin bu əməliyyat zamanı Toni Lunanın adamları peyda olur. Müxtəlif atışmalar əsnasında polis heyəti, həmçinin, Kamaço yaralanır və narkotiklər aradan götürülür. Bir müddət sonra narkotik satıcılarını tapmaq isə Eddi Kyusaka həvalə olunur… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Sükut kodeksi — Internet Movie Database saytında.
Sükut pozuntusu (film, 2014)
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film. == Məzmun == Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq. == Film haqqında == Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
Əbədi Sükut Dünyası Labirint Muzeyi
Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir. == Yerləşir == Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan təxminən 0,07 ha ərazini əhatə edir. == Muzeyin yaradılması == Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə arxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır. Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir. Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir. == Muzeyin eksponatları == Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır.