Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahnamə
Şahnamə (fars. شاهنامه‎)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir. Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub. Şahnamə İranşünaslıq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan müharibələrindən də söz açılır. Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
Şanışer
Şanışer (türk. Şanışer; əsl adı Sarp Palaur, türk. Sarp Palaur; d. 9 noyabr 1987, İstanbul, Türkiyə) — türk repçi. == Həyatı və karyerası == Əsl adı ilə Sarp Palaur olan bu repçi 9 noyabr 1987-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. İbtidai və tam orta təhsilini İstanbulda bitirdikdən sonra həyatını uzun bir müddət Antalyada davam etdirdi. 2005-ci ildə Muğla Universitetində Turizm və Otelçilik ixtisasında təhsil almağa başladı. Şehinşah adlı türk repçi ilə eyi məhəllədə yaşayan Şanışer bir çox müsahibəsində onun dinləyicilərindən biri olduğunu deyir. Bir yerdə qeyd etdikləri bir çox səsyazmalar vardır. İlk səsyazmasını 2000-ci ildə evində qeyd etmişdir.
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Şanış
Şanış (az-əbcəd. شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Xalq mahnısı
Xalq mahnısı — xalqın yaddaşında qorunub saxlanılan, bizim günlərdə də öz aktuallığını itirməyən musiqi janrı. Xalq mahnıların qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir. == Həmçinin bax == Azərbaycan xalq musiqisi Muğam Anacan (xalq mahnısı) == Xarici keçidlər == Səyavuş Kərimi. Azərbaycan xalq mahnıları, 2 cildə: I cild, II cild. Bakı: "Öndər", 2005. Azərbaycan musiqişünaslarının tədqiqatlarında xalq musiqisinin janr təsnifatı. "Musiqi dünyası" jurnalı. Azərbaycan tarixi mahnılarının nota salınmış yeni nümunələri. "Musiqi dünyası" jurnalı.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan Respublikasının Milli Məclisinin Sədridir (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, filologiya elmləri doktoru, professordur. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
Sahilə İbrahimova
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır. == Həyatı == Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb. 2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb. 2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur.
Sahibə Əhmədova
Sahibə Əliqulu qızı Əhmədova (11 yanvar 1956, Hacılar, Ağcabədi rayonu – 16 mart 2024, Bakı) — Azərbaycanın opera müğənnisi, xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M. Maqomayevin "Şah İsmayıl" operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi" adını qazanıb. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib.
Sahilə Yaya
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır. == Həyatı == Sahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr, ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb. 2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == İlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb. 2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur.
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.
Again (Yui mahnısı)
"Again" (アゲイン, Agein, azərb. "Yenə"‎) — Yaponiya pop-rok müğənnisi və mahnı yazıçısı Yuinin 13-cü, 2008-ci ilin noyabrından sonra isə ilk sinqlı. "Again" Studioseven Recordings səsyazma studiyası tərəfindən 3 iyun 2009-cu ildə iki formatda — CD və CD+DVD formatlarında yayımlanmışdır. Sinql Oricon Weekly Single Chart-ının 4-cü bir nömrəli sinqlı olmuşdur. Sinql 2009-cu ildə ilk həftəsində ən çox satılan sinql olmuşdur, əvvəlki rekord isə Ayumi Hamasakinin "Rule/Sparkle" (95.000 nüsxə) olmuşdur. == Arxaplan == 25 mart 2009-cu ildə Yui öz rəsmi veb-saytında yenidən musiqi həyatına geri qayıtdığını açıqlamışdır. Bir başqa veb-saytda isə onun "Again" adlı yeni mahnı üzərində işlədiyi bildirilmişdir. "Again" mahnısı daha sonra "Fullmetal Alchemist: Brotherhood" anime serialının 1-14-cü seriyalarında açılış mahnısı kimi istifadə olunmuşdur. == Mahnı siyahısı == Daimi nəşr Bütün mahnılar Yui tərəfindən yazılmış və bəstələnmişdir.
Alive (Sia mahnısı)
Alive (azərb. Canlı‎) — Avstraliya müğənnisi və mahnı müəllifi Sianın This Is Acting albomundan olan baş sinqldır. Mahnı Sia, Adel və Tobias Cessi tərəfindən yazılmışdır. == Fon == 2015-ci ilin sentyabrında Sia "This Is Acting‍‍" albomunun baş sinqlının ayın axırında çıxarılacağı və mahnının əslində Adel üçün yazılmış olduğunu açıqladı. O, qeyd edir ki, "mahnı Adelin həyatı haqqındadır" və "Adelin səs imkanları üçün yazılmışdır". Sonradan o, Rayan Sikrestə bildirir ki, mahnı Adelin 2015-ci ildə çıxarılması nəzərdə tutulan albomu üçün yazılsa da, son anda Adel mahnıdan imtina etmişdir. Daha sonra isə, mahnı Rihannaya təklif olunmuş və o da, mahnını oxumaqdan imtina etmişdir. == Çıxarılması == 21 sentyabr 2015-ci ildə Sia rəsmi Twitter hesabında məlumat yayaraq sinqlın 25 sentyabrda çıxarılacağına işarə etdi. 23 sentyabrda mahnının 15 saniyəlik hissəsi Sianın rəsmi Vevo hesabı vasitəsiylə yayımlandı və sinqlın çıxış tarixi bir gün qabaq — 24 sentyabr olaraq göstərildi. Daha sonra Sia Twitter vasitəsiylə məlumat yayaraq sinqlın 24 sentyabr günü səhər tezdən çıxarılacağını bildirdi.
Anacan (xalq mahnısı)
Anacan - Bir çox Azərbaycan ifaçıları tərəfindən oxunmuş Azərbaycan Xalq mahnısı. Azərbaycan xalq mahnısı kimi tanınan bu əsərin, sözləri Aydın Cəfərova, musiqisi isə Rizvan Əzimova aiddir. Hər iki müəllif həvəskar şair və bəstəkar olduqları üçün tanınmamışlar və əsərləri də xalq mahnısı kimi məşhurlaşmışdır. Aydın Cəfərov və Rizvan Əzimov Masallı rayonunun Şərəfə kəndində yaşamış və vəfat etmişlər. Aydın Cəfərovun bir çox şeirləri əlyazma şəklində ailəsi tərəfindən hələ də saxlanılır. Bu musiqidə səsin dəyişilməsi həm melizmlərdə, həm də musiqi mətnində ifadəsini tapır. === Mahnının sözləri === "Anacan" Anacan, bağrımı qan eyləmişəm mən, Gözlərimi giryan eyləmişəm mən. Bir ala gözlü yarın eşqi yolunda, Öz canımı qurban eyləmişəm mən. Nəqərat: Anacan, ağrın alım. Anacan, başına dönüm Qoy dolanım mən, mən, mən, mən.
Bones (Equinox mahnısı)
Bones (azərb. Sümüklər‎) — Bolqarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Equinox qrupu "Bones" mahnısı ilə Bolqarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Bolqarıstanın 2016 və 2017 Avroviziya mahnılarını ərsəyə gətirən Boris Milanov, Yoakim Persson və eyni zamanda Trey Kempbell və Daq Lundberq tərəfindən bəstələnmişdir.
Durnam (xalq mahnısı)
== Haqqında == Xalq mahnısı daha çox Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun özünəməxsus tərzdə ifasıyla məşhurlaşmışdır. Sonralar mahnını Alim Qasımov, Səxavət Məmmədov, Təyyar Bayramov kimi məşhur xanəndələr ifa etmişdir. == Sözləri == Dilbər telin daramı, (bəzən: Qara telin daramı) Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!) Sən ki, təbib deyildin, Neyçün açdın yaramı? Durnam! Sən haralısan sormam, (bəzən: sorma!) Mən buralarda durmam! Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım) Gəl sinəm üstə, Durnam! Yaralı Durnam! Qarpız kəsdim yeyən yox, Vallah dərdim bilən yox! (bəzən: dərdimi) Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım) Gözün aydın deyən yox!
Forever (Alekseev mahnısı)
Forever (azərb. Əbədi‎) — Belarusun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Alekseev "Forever" mahnısı ilə Belarusu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Kırılo Pavlov və Evhen Matyuşenko tərəfindən bəstələnmişdir.
Heartbeat (Yusts mahnısı)
Heartbeat (azərb. Ürək döyüntüsü‎) — Latviyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Yusts Sirmays "Heartbeat" mahnısı ilə Latviyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Latviyaya 2015 Avroviziya Mahnı Müsabiqəsində 6-cı yeri qazandıran müğənni-bəstəkar Aminata Savadoqo tərəfindən bəstələnmişdir.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Laçın (xalq mahnısı)
== Sözləri == Laçın Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Bağçaları sarı gül, Yarı qönçə, yarı gül. Gec açıldın, tez soldun, Olmayaydın barı, gül. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Yeri-yeri nişan yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar! Alma atdım nar gəldi, Kətan köynək dar gəldi Qapıya kölgə düşdü, Elə bildim yar gəldi. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Su atdım yara dəydi Əlim divara dəydi. Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun) Nə dedim Yara dəydi. Ey əlim oda yansin Pərvanə o da yansın Mən yandım yar üzündən Eşitsin o da yansın Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...
Radio (Rammstein mahnısı)
Radio — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun gözlənilən adsız yeddinci studiya albomunun ikinci sinqlıdır. == Musiqi videosu == 24 aprel 2019-cu il tarixində "Rammstein" musiqi qrupunun rəsmi "YouTube" kanalında 26 saniyə uzunluğunda, ağ-qara rəngli, içərisində "Kraftwerk" musiqi qrupuna istinadlar olan bir promo videosu yayımlanmışdır. Videonun sonunda 26 aprel 2019-cu il tarixi, eləcə də «Radio» sözü görünür. Mahnının tam klipi iki gün sonra – 26 aprel 2019-cu il tarixində Mərkəzi Avropa vaxtı ilə saat 23:00-da yayımlanmışdır. Buna baxmayaraq, mahnı 25 aprel 2019-cu il tarixində Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da əvvəlcədən müəyyənləşdirilmiş radiostansiyalarda səsləndirilmişdir. Promo videosunun çəkilişləri Berlin şəhərində gerçəkləşdirilmişdir və rejissoru Yörn Haytmanndır. == Yayımlar == == Buraxılış tarixləri == == İstinadlar == == Xarici keçidlər == «Radio» musiqi videosu — YouTube «Radio» — Discogs saytında.
Replay (Tamta mahnısı)
Replay (azərb. Təkrar oynat‎) — Kiprin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamta "Replay" mahnısı ilə Kipri İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarları Aleks Papakonstantinu, Qeraldo Sandell, Viktor Svensson, Albin Nedler, Kristoffer Foqelmark tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012 və 2018-ci illərdə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Taboo (Kristabel mahnısı)
Taboo (azərb. Tabu‎) — Maltanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kristabel Borq "Taboo" mahnısı ilə Maltanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Conni Sançez, "Euphoria" mahnısının bəstəkarı Tomas Cison, ifaçı Kristabel Borq və maltalı bəstəkar Muxunun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.