Anacan (xalq mahnısı)

Anacan - Bir çox Azərbaycan ifaçıları tərəfindən oxunmuş Azərbaycan Xalq mahnısı.

Xalq mahnısı
Anacan
Dil Azərbaycan dili
Müddət 3:08
Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycan xalq mahnısı kimi tanınan bu əsərin, sözləri Aydın Cəfərova, musiqisi isə Rizvan Əzimova aiddir. Hər iki müəllif həvəskar şair və bəstəkar olduqları üçün tanınmamışlar və əsərləri də xalq mahnısı kimi məşhurlaşmışdır. Aydın Cəfərov və Rizvan Əzimov Masallı rayonu, Şərəfə kəndində yaşamış və vəfat etmişlər. Aydın Cəfərovun bir çox şeirləri əlyazma şəklində ailəsi tərəfindən hələ də saxlanılır.

Mahnının sözləri[redaktə | mənbəni redaktə et]

"Anacan"

Anacan, bağrımı qan eyləmişəm mən,
Gözlərimi giryan eyləmişəm mən.
Bir ala gözlü yarın eşqi yolunda,
Öz canımı qurban eyləmişəm mən.

Nəqərat:

Anacan, ağrın alım.
Anacan, başına dönüm
Qoy dolanım mən, mən, mən, mən.
Mənim öz sevgilimə
Heyran olum mən. mən, mən, mən.
Gülü xəndan kimidir yarın ləbləri,
Ceyrana bənzər onun ala gözləri.
İki kəlmə danışıb, ayrıldı məndən,
Əqlimi şur elədi şirin sözləri.

İstinadlar[redaktə | mənbəni redaktə et]