Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəşfül-Həqayiq
Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق‎; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması‎) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri. Kitab 3 cilddə yazılmışdır. == Haqqında == Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir. Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var. I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir.
Əsayiş (Həştrud)
Əsayiş (fars. اسايش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (32 ailə).
Saleh Ətayi
Saleh Ətayi - Güney Azərbaycanlı yazıçı və şair. 1967-ci ildə Ərdəbildə anadan olub. 1998-ci ildə "Bəlkə daha deyənmədim" adli şeir toplusu işıq üzü görüb.
Zoran Qayiç
Zoran Qayiç (Serbcə adı Зоран Гајић / Zoran Gajić) (d. 28 dekabr 1958 — Pançevo, Yuqoslaviya) — Serb voleybol məşqçisi Əsasən kişi voleybol komandalarında çalışan Zoran Qayiçin ilk klubu "OK Mladost" (Omoliça) olub. Daha sonra yerli klublardan olan başqa biri "Vojvodina"nın postu arxasına keçib. 1995-ci ildən 2002-ci ilə qədər Yuqoslaviya (parçalanandan sonra Serbiya) Kişi Millisində baş məşqçilik edib. Serbiya Milli komandasından sonra 2 il Rusiyanın və İranın kişilərdən ibarət komandasını idarə edib. Klub fəaliyyətində Yunanıstanın iki, Rusiyanın iki, Türkiyənin bir klubunda baş məşqçilik edib. İlk dəfə Rabitə Bakı ilə bir qadın klubunda karyerasını davam etdirib. 2011/12-ci illər mövsümü üçün Rabitəyə gətirilib. Bir çox uğurlar əldə olunsa da, onunla müqavilə bir ildən artıq olmamışdı. Lakin klub onu yenidən 2015-ci ildən öz köhnə mövqeyinə qaytardı.
Ədalət Ətayi
Ədalət Ətayi (15 avqust 1951, Naftalan) — Fizika Riyaziyyat elmləri namizədi, Planetlər atmosferi və komet fizikası sahəsində mütəxəssis, AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri. == Həyatı == Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy (Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetini bitirmiş və Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika rəsədxanasına təyinatla göndərilmiş, Planetlər fizikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş Nadir İbrahimovun rəhbərliyi altında Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa başlamışdır. N. İbrahimovun vəfatından sonra elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata Astrofizika İnstitutunda görkəmli astrofizik prof. V. Q. Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında "Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası" mövzüsunda dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 60-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəb dərsliyi olan "Astronomiya" kitabının müəlliflərindən biridir. Avropa astronomiya cəmiyyətinin üzvüdür.
Hacı Qayib hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Dehkədə-i Əsayiş (Urmiya)
Dehkədə-i Əsayiş (fars. دهكده اسايش‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (91 ailə).
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub. === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağamid Ağacəfərli də səfərbər olunmuşdur.
Səğayiş (Azərşəhr)
Səğayiş (fars. صغايش‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (159 ailə).
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Eqlid şəhristanı
İqlid şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İqlid şəhəridir. 2011-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 93 975 nəfər və 25 077 ailədən ibarət idi .
Kələk (qayıq)
Qayıb Qayıbov
Qayıb Musa bəy oğlu Qayıbov — hərbi həkim, mayor. Mirzə Hüseyn bəy Qayıbovun nəvəsi. == Həyatı == Qayıb Musa bəy oğlu Qayıbov 1915 ildə Şuşa şəhərində anadan olmuşdur. Qayıb Qayıbov orta təhsilini Şuşa şəhərində almışdır. O, 1934–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda ali təhsil almış, 1936-cı ildə Bakı Aeroklubunu bitirmişdir. II Dünya Müharibəsindən sonra Moskva şəhərində Partiya Məktəbində oxumuşdur. Qayıb Qayıbov 3 medala, "Səhiyyə əlaçısı" döş nişanına, müxtəlif illərdə 3 dəfə "Sosializm yarışının qalibi" vahid ümumittifaq döş nişanına layiq görülmüşdür. O, istefada olan mayor idi. Qayıb Qayıbov 9 fevral 2000-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Qayıb Qayıbov ali təhsilini başa vurduqdan sonra V. P. Çkalov adına Hərbi Aviasiya Məktəbinə həkim göndərilmişdir.
Qayış (mifologiya)
Qayış — türk, anadolu və altay xalq inancında mifik canlı. Anadoluda "Kayış Bacak" və ya "Kayış Baldır" olaraq da deyilər. Lohusalara müsəllət olub hava karardıktan sonra ortaya çıxaraq tan vaxtına qədər gəzər. Əyri qıçlı, qorxunc görünüşlü bir varlıqdır. Lohusanın çiyinlərinə ayaqları öndən sarkacak şəkildə sıx yerləşir və gəzməsini, gəzişməsinə istər. Öz ayaqları üzərində dayanıb gedə bilməz. Bunun üçün də insanları aldadıb, onun boynuna minər. Sonra qayış ayaqlarını onun belinə dolayıb onu buraxmaz. Əlsiz və ayaqsız bir qoca görünümündədir. Çay kənarında oturub, yazıq bir görünüşlə boynunu büküb oradan keçənlərdən, onu çiyininə alaraq çayın digər sahilinə keçirmələrini istər.
Qayış (texnika)
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Vətənə qayıt
Vətənə qayıt — Əzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman. Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir. == Məzmun == Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir.
Əhməd Sami Elaydi
Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor == Həyatı == Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir. 2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır.
Hacı Qayıb hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Qayıb məscidi
Hacı Qayıb məscidi — 1898-ci ildə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hacı Qayıb məscidi 1898-ci ildə Hacı Qayıbın sifarişi ilə İçərişəhər ərazisində Mirzə Mənsur, 41 ünvanında tikilib. Məhəmməd məscidi yaxınlığında yerləşir və binanın baş fasadı cənub-qərbə baxır. Məscid klassik üslubdadır, bir mərtəbəlidir və minarəsi yoxdur. Fasadın cənub-şərq divarında Mirzə Mənsur küçəsi tərəfdə yerləşən portalının divarı üzərində kitabə mövcud olub. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.
Molla Qayıb bəy
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Vətənə qayıt (roman)
Vətənə qayıt — Əzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman. Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir. == Məzmun == Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir.
Ajax gayi
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.