Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əyrək
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Nənsi Əcrəm
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Ömər Əkrəm
Ömər Əkrəm- Əslən Əfqanıstanlı olan Amerikalı Qremmi mükafatına layiq görülmüş pionuçu və bəstəkardır. == Həyatı == Əkrəm Nyu-Yorkda anadan olub. Birləşmiş Millətlər Təşkilatı diplomatının oğlu kimi dünyanın müxtəlif ölkələrinə səyahət edərək böyüyüb.
Əkrəm Abdullayev
Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == 2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
Əkrəm Akurqal
Ord. Prof. Dr. Əkrəm Akurgal (30 Mart 1911 - 1 Noyabr 2002), Türk arxeoloq. == Uşaqlıq illəri == 1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır. == Təhsili == 1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı.
Əkrəm Cəfər
Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. == Həyatı == Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur.
Əkrəm Hövrani
Əkrəm əl-Hövrani (ərəb. أكرم الحوراني‎; 1912, Həma – 24 fevral 1996, Amman) — suriyalı siyasətçi, 1955-ci ildə Suriya Xalq Məclisinin sədri, 1958-1959-cu illərdə Birləşmiş Ərəb Respublikasının vitse-prezidenti və 1958-ci ildə ədliyyə naziri.
Əkrəm Naibov
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Əkrəm Poladov
Poladov Əkrəm Nicat oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Prezident mükafatçısı. == Həyatı == Əkrəm Poladov 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Əkrəm Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın yüksək dərəcəli solistidir. Milli və klassik opera tamaşalarında çox maraqlı və yaddaqalan obrazlar yaradaraq cıxış edir. Bir çox partiyalar Əkrəm Poladovun opera səhnəsində ifa etdiyi obrazlardır. Əkrəm Poladov həm də Azərbaycan Dövlət Xor kapellasında solistidir. Qərb və rus bəstəkarlarının operalarından ariyaları və romansları ifa edir.
Əkrəm Xudiyev
== Siyahı ==
Əkrəm Zeynallı
Əkrəm Akif oğlu Zeynallı — azərbaycanlı diplomat. Azərbaycanın İsveçrədə və Lixtenşteyndə (2012 — 2017) olan sabiq fövqəladə və səlahiyyətli səfiri, 2017-2023 Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri. == Fəaliyyəti == 23 aprel 2012-ci il tarixli sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın İsveçrədə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın Lixtenşteyndə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2017-cı il mayın 25-də isə Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 2 dövlətdən geri çağırıldı. Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Əkrəm Zeynalov
Əkrəm Zeynalov (d. 16.12.1941, Quba şəhəri, Azərbaycan SSR, SSRİ — ö. ?) — Azərbaycan Tibb Universitetinin professoru (1990), əməkdar elm xadimi; Azərbaycan Jurnalistlər İttifaqının üzvü. == Həyatı == Əkrəm Zeynalov 16 dekabr 1941-ci ildə Quba şəhərində anadan olmuşdur. 1960-cı ildə Quba Kənd Təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirərək, "Qızıl Quba" qəzetində korrektor, Azərbaycan LKGİ Quba rayon komitəsində təlimatçı vəzifəsində çalışmışdır. 1964-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət "Təşviqatçı" jurnalındada çalışmışdır. Eyni zamanda 1969-cu ildən N. Nərimano adına Azərbaycan Dövlət Tibb İnstitunun tarix kafedrasında saat hesabı dərs demiş, 1973-cü ildə isə müsabiqə yolu ilə kafedranın baş müəllimi seçilmişdir. Pedoqoji fəaliyyətlə yanaşı o, universitetin "Tibb kadrları uğrunda" qəzetinin redaktoru, İctimai peşələr fakültəsinin dekanı, universitet partiya komitəsinin katibi işləmişdir. Ə. Zeynalov 1979-cu ildə namizədlik, 1990-cı ildə Moskvada doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu (tam adı: Əkrəm İmamoğlu, türk. Ekrem İmamoğlu; 4 iyun 1970) — türk siyasətçi və İstanbul Böyük Şəhər Bələdiyəsinin hazırkı sədri. 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir. O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırıldı və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilirdi. == Həyatı == İmamoğlu 1970-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur.
Əkrəm Şəkinski
Əkrəm Məmmədəmin oğlu Şəkinski (16 noyabr 1929, Bakı – 25 iyun 1998, İstanbul) — Azərbaycan dövlət və siyasi xadimi, tanınmış mühəndis. == Həyatı == Əkrəm Məmmədəmin oğlu Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində bu gün də böyük hörmətlə xatırlanan əfsanəvi "çekist" Məmmədəmin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəni dolandırırdı. Bir qədər sonra SSRİ "Baştunelmetrotikinti" İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azneft" birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən idarənin baş mühəndisliyinədək yüksəlir. Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi 1966–1968-ci illərdə İrana xidməti ezamiyyətə gedir. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.
Əkrəm Əylisli
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980). "Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Əyrim laləvər
Əyrim laləvər (lat. Roemeria refracta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin laləvər cinsinə aid bitki növü.
Əyrək nekropolu
Əyrək nekropolu — Şahbuz rayonunun Külüs ilə Keçili kəndləri arasında, Külüs yaşayış yerinin yaxınlığında yerləşən arxeoloji abidə. Hazırda Külüs kəndinin inzibati ərazisidir. Yerin adının etimologiyası Kitabi Dədə Qorqud dastanında çəkilən igid ərən Əyrəyin adı ilə bağlıdır. Dastanda "Əyrək və Səyrək" boyu var. Əyrək kəndinin ətəyində Əyrək nekropolu yerləşir. Əyrəyin ümumi coğrafi ərazisi maili yamacdadır. Qarşı tərəfdən baxanda geniş əraziyə yayılan qədim evlərin çalaları görünməkdədir. Kəndin yuxarı hissəsində qədim alban abidəsinın qalıqları var. Ətrafında qəbirlər və keramikadan olan su boruları bu gün də tapılır. Əyrək ərazisindəki toponimlərdən biri qədim alban dilində "məbəd" mənasını verən "Vəng" adlı yerdir.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı[d] – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. == Həyatı və təhsili == Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
Əkrəm ibn Əbu əl-Əkrəm
Əkrəm ibn Əbu əl-Əkrəm (590, Məkkə – 673, Mədinə, ərəb. الأرقم بن أبي الأرقم‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əsl adı Əbd Mənəf ibn Əsəd ibn Abdullahdır. == Bioqrafiya == Məkkədə anadan olmuşdur. O, Məxzumitlərin varlı və nüfuzlu Məkkə qəbiləsinə mənsub idi. Mənbələrə görə o, 80 ildən çox yaşayaraq 673 və ya 675-ci ildə vəfat etmişdir. Buna görə də o, təxminən 594 ilə anadan olması ehtimal edilir. Ərkəm həyatı boyu həmişə zəifləri və ehtiyacı olanları müdafiə etmiş, ədalətin ardıcıl tərəfdarı olmuşdur. O, təqvası və zahidliyi ilə seçilirdi. Əl-Ərkam təxminən 17-18 yaşında İslamı qəbul edən ilk şəxslərdən idi.
Sərdar-ı əkrəm
Sərdarı-əkrəm və ya sərdarı-əzəm - Osmanlı Dövlətində, səfərə qatılmayan və ya səfəri tərk edən padşahın yerinə, baş komandir vəkili olan sədrəzəmə verilən ünvandır. Vəzifələri sərdarlıqdan daha genişdir. Zərbxana və limandakı əsgərlərdən başqa bütün üst strukturdakı əsgərlər onunla birlikdə səfərə qatılır, hökumət mərkəzində isə vəkillərini buraxırdılar. Divan-ı Hümayun qeydləri və təyinat-azad etmə sənədləri də orduyla birlikdə səfərə aparılır, səfər əsnasında sərdar-ı əkrəm padşahdan icazə almadan dövlət adamlarını vəzifələrə təyin edə, azad edə, sürgün edə və ya edam etdirə bilərdi. Səfər əsnasında bütün əyalət hakimləri sərdar-ı əkrəmin tabeliyində idi. II Mahmudun sədrəzəmi Rəşid Mehmed Paşanın 1832-ci ildə baş tutan Konya müharibəsində Misir ordusuna əsir düşməsinin ardından sərdar-ı əkrəm vəzifəsi əsgər paşalara verilməyə başlandı.
Əkrəm Münfərid Arya
Əkrəm Münfərid Arya (1946 Tehran)- İranın ilk qadın pilotu.İran İslam İnqilabından sonra, uşaqları ilə İsveçə köçdü.
Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Efrem Zimbalist
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Təng Erəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Efrem Zimbalist, Jr.
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Əyyam əl-ərəb
Əyyam əl-ərəb (ərəb. أيام العرب‎; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Айям аль-Араб (статья в БСЭ) Аравийская старина. (Книга содержит отрывки из "Дней арабов" — древних сказаний о межплеменных войнах. В стихотворных переводах впервые воспроизводится ритмика и система рифмовки классической арабской поэзии.
Ayrım
Ayrım — qədim türk xalqı. Ayrım (Loru) — Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Aşağı Ayrım — Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Ayrım (çay) — Kəlbəcər rayonu ərazisində çay. Yuxarı Ayrım — Kəlbəcər rayonunda kənd. Polad Ayrım — Qaraqoyunlu mahalında kənd.