Əkrəm Akurqal

Əkrəm Akurqal (türk. Ekrem Akurgal; 30 Mart 1911 - 1 Noyabr 2002) — Türk arxeoloqu.

Əkrəm Akurqal
türk. Ekrem Akurgal
Doğum tarixi
Doğum yeri Tulkarem, Hayfa, Osmanlı İmperiyası
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri İzmir,Türkiyə
Dəfn yeri
  • Kokluca qəbiristanlığı[d]
Milliyyəti Türk
Elm sahəsi Arxeologiya
Elmi dərəcəsi Ordinaryus Prof.Dr
İş yeri
Alma-mater Berlin Üniversiteti
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin komandor dərəcəsi Goethe Medal

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

1911-ci ildə Fələstində Hayfa yaxınlarındakı Tulkarem kəndində dünyaya gəlib (Tulkarem eyni zamanda sonradan arxeologiya dünyasında böyük əhəmiyyət qazanmış olan antik Kayserya şəhərinin qalıntılarının tapıldığı yerdir). Osmanlının Herseqovina vilayətinə müftilər və idarəçilər yetişdirmiş köklü bir ailə olan Rizvanbəyoviç ailəsindən gələn atası paytaxtda doğulmuş görünməsini istədiyi üçün doğum yerinə İstanbul yazdırmışdır. Akurgal 2 yaşı olanda ailəsi İstanbula qayıtmış, bir müddət Adabazarının Ağyazı mahalındakı fermalarında qalmışdırlar. 6 yaşından etibarən bibisinin köhnə Herseqovina müftisi olan və Darülfünunda Ərəb ədəbiyyatı müdərrisliyi ilə məşğul olan əri Cabizadə Əli Fehmi Əfəndinin evində qalmağa başlamış və ilk təhsilini burada almışdır.

1931-ci ildə İstanbul Oğlanlar üçün liseyi bitirdi. Dövlət imtahanını qazanaraq Almaniyada arxeologiya təhsili aldı.1934-cü ildə Soyadı Qanunu çıxan zaman, atasının istəyi üzərinə, bir Şumer kralının adı olan və Şumer dilində a-'baba, su' kur- 'ölkə' və gal-'böyük' kəlimələrinin yan yana gəlməsindən əmələ gələn Akurgal soyadını aldı. A-KUR-GAL Türk dilinə tərcümə edildikdə: "Böyük su ölkəsi" mənasını verir.[1]

1957-ci ildə Ankara Üniversiteti Dil və Tarix-Coğrafiya Fakültəsində ordinaryus professor oldu.

Arxeoloji fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Egeydə Foça (Phokaia), Çandarlı (Pitane), Çeşmə - Ildırı Erytrai ve Smyrna/Bayraklı-Təpəqullə Yaşayış yerinin) antik şəhərlərini ortaya çıxarmışdır. Ölümünə dək uzun müddət Bayraqlı -Qədim İzmir qazıntılarını davam etdirdi. Qədim Yunan, Hitit – Hatti və qədim Anadolu Mədəniyyətləri üzerinə müxtəlif dillərdə sayısız əsəri yayımlanmışdır. Türkiyə İnsan Haqları Qurumu Vəqfi (TİHAK) qurucu üzvü idi.

İşləri, özü də bir mütəxəssis arxeoloq olan və sağlığında ən yaxın assistentliyini edən həyat yoldaşı Maral Akurgal tərəfindən davam etdirilməkdə idi. Akurgal, Türkiyədə arxeoloji bölümlərində akademik olaraq vəzifəsini icra etməkdə olan bir çox arxeoloqun müəllimidir. Bu səbəbdən "Müəllimlərin Müəllimi" olaraq anılır.

Akurgal, Avropada yeddi akademiyaya üzvdür və dünyadaki bir çox elmi cəmiyyətlərin şərəf üzvüdür.

Akurgal, 2002-ci ildə İzmirdə öldü. Ordinaryus Prof. Əkrəm Akurgalın 30 ilini verdiyi Smyrna qazıntısına dəfn olunma istəyi yerinə gətirilmədi.[2]

Dövlət Nişanları

[redaktə | mənbəni redaktə et]

Almaniya Ulduzlu Böyük Ləyaqət ordeni, 1972

İtalya Dövlət Nişanı, 1986

Fəxri Legion ordeni, 1987

  • 1981 Qərbi Almaniya Göte Medalı
  • 1981 Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Böyük Mükafatı
  • 1986 İtaliya Premio Internazionale "I Cavalli d'Oro di San Marco"

Fəxri Doktorluqları

[redaktə | mənbəni redaktə et]
  • 1961 Bordeaux Üniversiteti Fəxri Doktoru
  • 1989 Atina Üniversiteti Fəxri Doktoru
  • 1990 Lecce Üniversiteti Fəxri Doktoru
  • 1990 Anadolu Üniversiteti Fəxri Doktoru
  • Griechische Reliefs aus Lykien, DAI Berlin 1942
  • Remarques Stylistiques sur les reliefs Hittite, Ankara 1945
  • Spathethitische Bildkunst, Ankara 1948* Phrygische Kunst, Ankara 1955
  • Die Kunst Anatoliens von Homer bis Alexander, W. de Gruyter, Berlin 1961
  • Die Kunst der Hethiter, Max Hirmer, Mùnchen 1961, 1976; The Art of the Hittites, Thames und Hudson, London 1962; Arte degli Ittiti, Sansoni Firenze 1962
  • Orient und Okzident, Holle Baden Baden 1966, 1981; The Birth of Greek Art, Methuen, London 1968; Orient et Occident, Albin Michel, Paris 1969; The Art of Greece, Its Origins, Crown, New York 1968; Orient a Occidente, II Saggiatore, Milano 1969
  • Treasures of Turkey (Akurgal, Mango, Ettinghausen), Skira, Geneva*New York 1966 (Aynı zamanda Almanca, Fransızca, İtalyanca ve İspanyolca)
  • Urartaische und Altiranische Kunstzentren, Türk Tarih Kurumu, Ankara 1968
  • The Art and Architecture of Turkey, Oxford University Press 1980; Kunst in der Türkei, Office du Livre, Fribourg und Wurzburg 1980; L'Art en Turquie, Office du Livre, Fribourg 1981
  • Eski İzmir, Türk Tarih Kurumu, Ankara 1993, (also in German)
  • Griechische und Römische Kunst in der Türkei, München 1987
  • Ancient Civilizations and Ruins of Turkey, NET Yayınları, Istanbul 1993,; Civilisations et sites Antiques de Turquie, Istanbul 1986
  • Turquie, Akurgal, Robert Mantran, Jean Poul Roux, Pierre Bordas, Paris 1990 (also in German)
  • Anadolu Uygarlıkları, NET Yayınları, İstanbul 1987. ISBN 975-479-031-0
  • Eskiçağ'da Ege ve İzmir, Yaşar Holding Yayınlarından, dağıtım NET Yayıncılık, İstanbul 1993. ISBN 975-95252-0-8
  • Hatti ve Hitit Uygarlıkları, İzmir 1995
  • Türkiye'nin Kültür Sorunları, Bilgi Yayınevi Ankara 1998
  • Anadolu Kültür Tarihi, TÜBİTAK Yayınları, Ankara 1998
  • Bir Arkeoloğun Anıları, Türkiye Cumhuriyeti Kültür Tarihinden Birkaç Yaprak, Ekrem Akurgal. Türkiye Bilimler Akademisi, Ankara 1999 ISBN 9754051665
  • Civilisations et sites antiques de Turquie (de l'epoque prehistorique jusqu'a la fin de l'empire Romain) (800 av J.-C. - 395 ap. J. - C.) Haşet Kitabevi İstanbul , 1986
  • Ege Batı Uygarlığının Doğduğu Yer : Doğu Hellen Kültür Tarihi İ.Ö. 1050 - 333 İzmir BB Kültür Yayınları, İzmir, 2000, ISBN 975-18-0044-7
  • The Hattian and Hittite Civilizations KTB Yayınları, Ankara, ISBN 975-17-2756-1
  • Alt - Symrna I. Wohnschichten und Athenatempel Türk Tarix Qurumu Yayınları, Ankara, ISBN 975-16-0496-6
  • Ancient Civilizations and Ruins of Turkey Net Turistik Yayınları, İstanbul
  • Hatti ve Hitit Uygarlıkları Net Turistik Yayınları, İstanbul
  • Eski İzmir I. Yerleşme Katları ve Athena Tapınağı Türk Tarix Qurumu Yayınları, Ankara, ISBN 975-16-0496-6
  • Hittite and Other Anatolian and Near Eastern Studies in Honour of Sedat Alp Editör: Ekrem Akurgal; Editör: Aygül Süel Türk Tarih Kurumu Yayınları, Ankara
  • L'Art en Turquie Office du Livre
  • The Aegean birthplace of western civilization history of East Greek art and culture 1050 - 333 BC İzmir BB Kültür Yayınları, İzmir, 2000, ISBN 975-18-0045-5
  • Türkiye'nin Kültür Sorunları ve Anadolu Uygarlıklarının Dünya Tarihindeki Önemi Bilgi Yayınevi, Ankara, 1998, ISBN 975-494-729-5
  1. Nafiz Aydın, Sümerce Dilbilgisi,364.
  2. "Büyük vefasızlık". Milliyet (gazete). 3 Kasım 2002.