Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arşa
Arşa Tiflis quberniyasının Duşet qəzasında kənd adı. == Toponimkası == Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Aysar
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. == Tarixi == Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Ayşə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Asya
Asya — qadın adı. Asya (müğənni) — türk müğənni. Asya Atakişiyeva — Azərbaycan aktrisası.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, 7 mart 1912, Sankt-Peterburq – 5 oktyabr 1992, İstanbul) – Türkiyənin ilk qadın diplomatı. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır. İkinci əri mühendis Reşid Mazhar Aydanın iki kızı (Gönül Pultar ve Gülnur Üçok) və beş nəvələri olmuşdur. == Biblioqrafiya == "L’Influence de Victor Hugo sur Mallarmé." Dialogues.
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Asya (müğənni)
Asya (24 fevral 1965, Əskişəhər) — türk müğənni. Musiqiyə meyli ibtidai məktəb illərində başlayan orta məktəb illərində Türk Xalq musiqisi xoruna davam edən Tülay Keçialan, Əskişəhər / Əhməd Qanadlı Liseyində oxuyarkən Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışmasında Türk Xalq musiqisi filialında solist olaraq birinci seçilmişdir. Liseydən məzun olduqdan sonra musiqi həyatına Bodrumda başlayan və daha sonra Ankarada davam edən Tülay Keçialan, Nilüfer prodüserliyində hazırladığı ilk albomuna qədər səhnə adı olaraq Tülay Saygın adını istifadə etmişdir. == Albomları == Asya (1994) (1994) Asya (1996) (1996) Günahsız (1999) Dönməm yolumdan (2002) Eşqdir məni gözəl edən (2007) == Digər işləri == Eurovision Mahnı Yarışması Türkiyə Finallarında Selmi Andak Bəstələri (1975–1995) , (TRT/2003) , Asiya bu albomda "Zamanda Gəzinti" adlı mahnını şərh etmişdir. Beynəlxalq Mükafatlı Selmi Andak Mahnıları, (Sakman Musiqi/2003) , Asiya bu albomda "Dinlə" adlı mahnını şərh etmişdir. Summer In Turkey, (Sony Musiqi Türkiyə/2003) , Asiya bu albomda "Boşver Həyat Qısa (Remix) " adlı mahnını şərh etmişdir. == Nəşr olunmayan işləri == Qışqır Sevda dağlarına Səhv kimdə (remiks) == Mükafatları == Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışması Türk Xalq musiqisi budağında birincilik; 1992 Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında birincilik.
Asya Atakişiyeva
Atakişiyeva Asya Çingiz qızı (4 fevral 1985, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub. Hüseynağa Atakişiyevin qardaşı qızıdır. == Yaradıcılığı == İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olmuşdur.
Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi == Həyatı == Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995 ildən). Azərb. Dövlət Neft və Kimya İn-tunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959 ildən başlamış, 1965 ildən Azərb. EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969 ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974 ildən Azərb. KP Qusar RK-nın katibi, 1979 ildən Azərb. KP MK-da məsul işçi, 1981 ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990 ildən Azərb. KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992 ildə Azərb. Resp. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.
Asya kəlləri
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Ayaş, Ankara
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.