Avşa

Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı.[1][2]

Avşa adası
türk. Avşa Adası
Adanın havadan görünüşü
Adanın havadan görünüşü
Ümumi məlumatlar
Sahəsi 36 km²
Uzunluğu 7 000 km
Eni 4 000 km
Hündür nöqtəsi 250 m
Əhalisi 2.527 nəfər (2012-ci il)
Yerləşməsi
40°30′38″ şm. e. 27°29′51″ ş. u.
Ölkə  Türkiyə
Region
Vilayət
  • Mərmərə
Arxipelaq
Avşa adası xəritədə
Avşa adası
Avşa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneysmərmər süxurlardan təşkil olunub.[3] Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir. Adanın yerləşdiyi hövzənin dərinliyi 16–35 metr arasında dəyişir. Uzunluğu 7 km, eni 4 km olan bu adanın qərbində, adaya çox yaxın kiçik bir ada Hayırsız ada yerləşir.

Adada Aralıq dənizi iqlim tipi hakimdir. Qışı ayları mülayim və rütüubətli, yayı isə əksinə isti, quraq keçir. Yağıntılar daha çox dekabr ayında düşür. Düşən yağıntılar yağış halında olsa da, bəzən yanvar, fevral, alarında qar yağır. Ortalama ən isti ayın temperaturu 24–30 °C-dir. Adada çox güclü fırtınalar müşahidə olunur.

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Meşə örtüyü ərazidə geniş yayılmış bağçılıq təsərrüfatı ilə əlaqədar yox dərəcəsindədir. Daha çox üzüm bağları üstünlük təşkil edir.

Ada və onun yerli əhalisi haqqında ilk yazılı məlumata biz Strabonun və Plininin kitablarında ras gəlinir. Çoxda diqqət mərkəzində olmayan bu ada hər zaman ərazidə hakim olan dğvlətin təsir altında olmuşdur. Orta əsrlərə qədər daha sürgün yeri kimi istifadə edilən bu adada indiyə qədər heç bir sistemli arxeloji araşdırma aparılmamaışdır. Ada ərazisində Neolit, Tunc, Mis, Ellinizm, Roma , BizansdOsmanlı dövrülərinə məxsus tapıntılara rast gəlinir.

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Ada tarixən müxtəlif adlar daşımış. Plini adnı Ophiussa, bizans dövründə Afousia, sonra Panagiya, Afissıa adlandırılmış. Bir zamanlar Ərəblər adası kimidə tanınan bu ərazi yaxın zamanlara qədər rəsmi olaraq Türkeli adası adlanmış.[4]

Adanın görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Adanı əm maraqlı yerləri bunlardı: Çınar Köyü, Kumburnu, Mavi Köy, Değirmen, Manastır, Kumtur, Beyaz Saray ve Yiğitler Köyündeki Altın Kum. İstanbula yaxınlığı buranın turizm üçün əlverişli bir məkana çevrilməsinə səbəb olmuşdur. Sakitliyi və Adakarası üzüm növündən hazırlanan şərbaları ilə tanınan bu ada bir çox turist marşurutları təşkil olunur.

Avşa Feribot Seferleri

  1. "Avşa Hakkında Genel Bilgi". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
  2. "Yer Adının Değiştirilmesine Dair Karar". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
  3. "Avşa Adası Coğrafi durum". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
  4. ""Avşa" Adı Nereden Geliyor?". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.