Ayşə

Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin[1] Anası" olaraq qəbul edilir[2]. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir.

Aişə
عائشة بنت أبي بكر
Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı
Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı
Doğum tarixi
Doğum yeri Məkkə, Ərəbistan
Vəfat tarixi
Vəfat yeri Mədinə, Ərəb Xilafəti
Dəfn yeri
Vətəndaşlığı Rəşidi xilafəti
Əməvilər xilafəti
Həyat yoldaşı Məhəmməd ibn Abdullah
Uşağı yoxdur
Atası Əbu Bəkr ibn Əbu Quhafə
Anası Fatima bint Zaid
Milliyyəti Ərəb
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605[3][4][5][6]-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə[7] qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında [8] peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur[9][10].

622-ci ildə Məhəmməd peyğəmbər və digər bir qrup müsəlmanlarla birlikdə Mədinəyə köçmüşdür. 632-ci ildə atası Əbu Bəkr xəlifə seçilmişdir. 656-cı ildə üçüncü Raşidi xəlifə Osmanın üsyançılar tərəfindən öldürülməsi və Əli ibn Əbu Talibin xəlifə seçilməsindən sonra səhabələr Təlhə, Zübeyr və digərləri ilə birləşib Əliyə tabe olmaqdan boyun qaçırmış və ondan Osmanın qatillərinin cəzalandırılmasını tələb edərək ona qarşı çıxmışdır. Hadisələrin sonrakı gedişatı müsəlmanlar arasında bir sıra döyüşlərə səbəb olmuşdur. Tarixdə Cəməl döyüşü olaraq adlandırılan belə döyüşlərin birində Aişə və tərəfdarları məğlub olmuş, Təlhə döyüş zamanı, Zübeyr isə döyüşdən sonra öldürülmüşdür. Əli qələbədən sonra Aişəni əfv etmiş, onu Mədinəyə yola salmış və ona maaş da kəsmişdir. Aişə ömrünün sonuna qədər Mədinədə yaşamış və 672-ci ildə 68 yaşında[11] vəfat etmişdir.

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

Əbu Musa rəvayət edir ki, "Biz, peyğəmbərin (s) səhabələri hədislərin mənalarını başa düşməkdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək"[12]

Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunbağı səfər zamanı itdi. Rəsulullah (s.ə.s) səhabələrindən bəzilərini, o cümlədən Useyd ibn Hüdeyri də həmin boyunbağını axtarmağa göndərdi. Onlar namazın vaxtı olduğuna və su tapmadıqlarına görə dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: "Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın" dedi".[13]

Urva bin əz-Zubeyr belə demişdir: "İnsanlar hədiyyələri Peyğəmbərə (s.ə.s) Aişənin yanında olarkən verməyə çalışırdılar. Aişə rəvayət edir ki: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: "Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyi tapşırsın" — dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s.ə.s) xatırlatdı. Ummu Sələmə dedi: "Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə də xatırlatdıqda o, mənə: "Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy nazil olmadı" — buyurdu".[14]

Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) ona buyurdu: "Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir". Aişə: "VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun" deyə cavab verdim.[15]

Aişə rəvayət edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurdu: "Ya Aişə! Sən 3 gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: "Bu rəsmin sahibi sənin zövcəndir!" dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o surət sənsən".[16]

…Ubeydullah ibn Abdullah ibn Utbə Aişənin belə dediyini izah etdi: "Rəsulullahın xəstəliyi ağırlaşıb ağrısı şiddətlənəndə mənim evimdə baxılmaq üçün arvadlarından icazə istədi, onlar da icazə verdilər. Sonra Rəsulullah iki nəfər arasında, Abbas ibn Əbdülmüttəlib ilə başqa birinin arasında, ayaqları yerdə sürünərək çıxdı…"

(Ravi) Ubeydullah dedi ki: Aişənin söylədiklərini Abdullah (ibn Abbas)-a xəbər verdim, Abdullah ibn Abbas mənə: "Aişənin adını demədiyi digər şəxsin kim olduğunu bilərsənmi? dedi." Mən "Xeyr" dedim. İbni Abbas dedi : "O Əli idi, Aişə onun haqqında xeyirli danışmaq istəməz."[17][18]

  1. Bəzi İslam mənbələrində olan bəzi hədislərə əsasən buradakı mömin sözündən məqsəd o dövrdə yaşamış mömin kişilərdir:

    Bir qadın Aişəyə dedi : Ey Ana ! , Aişə ona cavab verdi : Mən sənin anan deyiləm , mən sizin kişilərinizin anasıyam.

  2. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan möminlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).

  3. Carullah, Musa. "Xatun". 81.
  4. Maʿluf, Louis. "Al-Munjid" (ərəbcə).
  5. İbn Hənbəl, Əhməd. "Müsnəd" (ərəbcə).
  6. Buxari. "Fəzailul Quran" (ərəbcə). 6.
  7. İbn Hişam. Əs-Siratun-nəbəviyyə (ərəbcə).
  8. Şibli, Mövlanə. "Əsri Səadət", II cild. 997.
  9. Bəlazuri, Əhməd bin Yəhya. "Ənsabul Əşraf" (ərəbcə).
  10. Zəkkar, Suheyl. "Riyaz Zikirli" cild I (ərəbcə). Beyrut: Darul Fikr. 1996. 409.
  11. İbn Hənbəl, Əhməd. "Müsnəd" (ərəbcə).
  12. ət-Tirmizi, "Mənaqib", 3877
  13. Buxari, "Kitabul-fadail əshab", 32/113
  14. Buxari, "Kitabul-fadail əshab", 32/115, "Kitabul-Hibə", 6/15,16
  15. { Müslim 2447}.
  16. { Müslim 2438}.
  17. "İbni Sad, "Təbaqət əl-Kubra", c. 2, səh. 205". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12.
  18. Əhməd ibn Hənbəl, "Müsnəd", c. 6, səh. 34, hədis 24107 Arxivləşdirilib 2020-08-10 at the Wayback Machine
    • Şeyx Şueyb əl-Arnaut : Hədisin isnadı Şeyxeyn (Buxari və Müslim) şərtlərinə görə səhihdir.