Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Altea
Altea (isp. Altea) — İspaniya əyalətində bələdiyyə, Marina-Baxa ərazisinin 35.30 km² hissəsini əhatə edir. 2010-cu ildə əhali sayı 24006 nəfərə çatmışdır.
Altel
«ALTEL» (qaz. «Алтел» ЖШС) — Qazaxıstanda mobil operator. İlk Qazaxıstan mobil operatoru. Şirkət 2G / GSM (900 MHz), 3G / UMTS (850/900 MHz), 4G/LTE və LTE Advanced (1800 MHz) standartlarında mobil xidmətlər göstərir. 1994-cü ildə Qazax-İngilis ASC Beset International tərəfindən qurulmuşdur. Şirkət Kazakhtelecom SC-yə məxsusdur. 2010-cu ildə ALTEL respublikada ilk dəfə 3G texnologiyasını tətbiq etdi. 2012-ci ilin dekabr ayında Qazaxıstanda ALTEL 4G markası altında 4G texnologiyasının ilk ticari təqdimatı baş tutdu. 3 ildən çoxdur ki, Altel Qazaxıstanda 4G lisenziyalı yeganə operator idi. Qazaxıstan Respublikası Məclisi (parlamenti) millət vəkilləri 4G şəbəkələrində xidmətlərin inhisara alınmasından narahatlıqlarını ifadə etdilər .
Antey
Antey (yun. Ανταίος, qədim yun.Antios) — qədim yunan mifologiyasında nəhəng, Liviya hökmdarı, Poseydon (dəniz allahı) və Geyanın (Yer ilahəsi) oğlu. Yerdən qüvvət alan Antey yenilməz idi. Bunu bilən Herakl Anteyin ayağını yerdən üzərək onu havada boğmuşdur. == Xarici keçidlər == Vikianbarda Antey ilə əlaqəli mediafayllar var.
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Altay dağları
Altay (monq. Altayın nuruu, alt. Tuulu Altay— dağlıq yer, qırğ. Altay tooloru, qaz. Altay tauları, çin. 阿尔泰山脉-Ā'ěrtài shānmài-Aertay şanmay) – Asiyada dağ sistemi. Rusiya Federasiyasında (Altay Respublikası, Tıva Respublikası, Altay diyarı), Monqolustan, Qazaxıstan və Çin ərazilərindədir. Altay Ob, İrtış, Yenisey ilə Mərkəzi Asiya çaylarının suayırıcısını təşkil edən mürəkkəb dağ silsilələrindən ibarətdir. 42–52° şm. e.dairəsi arasında şm.-q.-dən (Qərbi Sibir düzənliyindən, 81° ş.u.) c.-ş.-ə (Qobi düzənliyinədək, 106° ş.u.) 2000 km-dən artıq məsafədə uzanır.
Altay dili
Altay dili və ya dəqiq olaraq Cənubi Altay dili — iki Dağlıq Altay dillərindən biri, altaylıların əsas dili. Rusiya Federasiyasındakı Altay Respublikasının rəsmi dili. 1948-ci ilədək oyrot dili adlanırdı. == Şərh == Cənubi və şimali altay dilləri ənənəvi olaraq bir altay dili hesab edilirdi. Ancaq türk dillərinin müasir təsnifatına görə onlar iki müxtəlif dil hesab edilir. Eyni zamanda Rusiyada dialektlərin ayrılmaları da azsaylı xalqların müstəqil dili hesab edilirlər (kumandin, teleut, çelkan və tubalar dilləri). 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər altay dilin ana dili hesab ediblər. == Müqayisə == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı Şimali Altay dilləri == Mənbə == Школьный алтайско-русский словарик Кафедра алтайского языка и литературы Arxivləşdirilib 2007-01-08 at the Wayback Machine Горно-Алтайского государственного университета Алтайский язык в проекте ETHEO Arxivləşdirilib 2013-02-27 at the Wayback Machine (коротко о грамматике и фонетике, этнические группы) Страница Ethnologue для южного алтайского Информация о телеутах на сайте Совета Федерации Телеутский язык Arxivləşdirilib 2009-09-14 at the Wayback Machine == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык. — М., 1958. Грамматика алтайского языка, составленная членами Алтайской духовной миссии.
Altay dilləri
Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir. == Haqqında == Altay dil ailəsi türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir. Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur. Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Altay marmotu
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Altay qoyunu
Altay qoyunu (Ovis ammon ammon) — məhv olma təhlükəsi altındadır. == Görünüşü == Bədəni sıx ama incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruqu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir: erkəklərin hündürlüyü peysərdə 125 sm. erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm. Buynuzlar həm erkəklərdə həm dişilərdə var, özüdə dişilərdə ölçüləri xeyli kiçikdir. Onlar çox böyükdülər, uzunluğu 129 sm., əsasında əhtəsi 40-50sm. qədər, ortalama 44sm.
Altay sarılıqotu
Altay sarılıqotu (lat. Erysimum altaicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Altay sümürgəni
Altay yemişanı
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Altay İK
Altay İK — Türkiyənin futbol klubu. == Tarixi == 1914-cü ildə yaranıb. == Avropa kuboklarında iştirak == 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Altay İsmayılov
Altay İsmayılov — iqtisad elmləri üzrə fəlsəfə doktoru (2007-ci ildən), Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadiyyat (ingilis dilli)" kafedrasının müdiri (2017-ci ildən) və eyni zamanda UNEC Bilik iqtisadiyyatı tədqiqat mərkəzinin rəhbəri (2019-cu ildən). == Həyatı == 5 dekabr 1975-ci ildə Lənkəranda dünyaya gəlmişdir. 1992-cil ildə Bakı şəhərində BDU-nun nəzdindəki 1 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirmiş, həmin il İstanbul Universitetinə daxil olmuşdur. 1993-cü ildə dil hazırlığı üzrə Ankara Universiteti TÖMER, 1998-ci ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadi Siyasət ixtisası üzrə magistratura təhsili almışdır. 2007-ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadiyyat ixtisası üzrə doktorantura pilləsini tamamlayaraq iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışdır. Doktorantura sonrası (PostDoc) fəaliyyətini 2013-cü ildə Avropa Komissiyası Erasmus Mundus Alrakis II proqramı ilə Polşada Varşava Təbiət Elmləri Universitetində (SGGW), 2014–2015-ci tədris ilində isə ABŞ Dövlət Departamentinin Fulbrayt (Fulbright) programı ilə Amerikada, Arizona Dövlət Universitetində (ASU) tədqiqatçı kimi davam etdirmişdir. 2016–2017-ci tədris ilinin payız semestrində Avropa Şurasının Erasmus+ KA 107 proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində 1 semestr boyunca dərs demişdir. Əmək fəaliyyətinə özəl sektorda icraçı direktor olaraq başlamış, 2004-cü ildən isə təhsil sektorunda fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif vəzifələrdə çalışmışdır. 2017–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadiyyat (ingilisdilli)" kafedrasının müdiri olmuşdur.
Altay Əfəndiyev
Altay Əfəndiyev — (21 fevral 1958) Azərbaycan diplomatıdır. Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM (2016-cı ildən). == Həyatı == Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu, Moskvadakı Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Hollandiyanın "Klingendel" Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb, Haaqa, Hollandiya; MBA, J. Cass Biznes Məktəbi, City University, London, İngiltərə; “Hökümətdə Yüksək Səviyyəli Menecerlər” Proqramı, JFK İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ. Danışır: Azərbaycan, rus, ingilis, fransız, ispan, türk, ukrainca 1980–1992-ci illərdə Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan. 1992–1993-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin ikinci katibi / birinci katibi; 1993–1994-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkitərəfli İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri; 1994–1997-ci illərdə — Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, İqtisadi məsələlər üzrə birinci katib; 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniyanın Londondakı səfirliyində iqtisadi məsləhətçi olmuşdur; 2000–2004-cü illərdə — Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idərəsinin rəisi, Xarici İşlər Nazirinin İqtisadi Məsləhətçisi; 2004–2009-cu illərdə — Qara Dəniz İqtisadi Əməkdaşlıq Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini; 2009–2010-cu illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsinin rəisi; 2010–2015-ci illərdə — Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri; 1 yanvar 2016-cı ildən — Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM, Kiyev ; Bakı Dövlət Universitetində, Qərb Universitetində (Bakı) və digər özəl qurumlarda, habelə yüksək menecment kurslarında beynəlxalq iqtisadi münasibətlərdən dərs deyir. == Digər fəaliyyətlər == — Azərbaycan Respublikası ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dair Ticarət və İqtisadiyyat Alt Komitəsinin həmsədri; — Azərbaycan-Britaniya Ticarət və Sənaye Şurasının üzvü; — Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Məsləhət Şurasının üzvü; — Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin üzvü (Afina, Yunanıstan); — Maliyyə İnkişafına dair Monterey Sammitində Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri; — 2002-ci il Dünya Davamlı İnkişaf Sammitində Milli nümayəndə heyəti rəhbərinin müavini, Johannesburg, Cənubi Afrika; — 2003 Dünya Su Sammitində Milli nümayəndə heyətinin sədr müavini, Kyoto, Yaponiya.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Altay Əliyev
Altay Surxay oğlu Əliyev — jurnalist, idman şərhçisi. == Həyatı == Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki DİA) "Beynəlxalq münasibətlər" fakültəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb. Jurnalist fəaliyyətinə 1995-ci ildə 525-ci qəzetdə başlayıb. Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Altay Əliyev bir sıra tarixi oyunların, o cümlədən Neftçi Bakı klubunun 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litvanın Kaunas klubunu 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, "Qarabağ" klubunu 2009-cu ildə Avropa Liqasında "Rusenborq" və "Honka" üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib. 2010-cu ilin 4 aprelində TV karyerasını bitirib. Altay Əliyev 2012-ci ilin 1 fevralından NETBET MMC-nin baş direktoru təyin olunub.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.