Altay dilləri

Altay dilləriUral-Altay dillərinin Altay qoluna verilən addir. Altay dilləri Avropadan, Orta ŞərqOrta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir.

Altay dil ailəsi –türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır:

Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır.

Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir.

Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur.

Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, xakas, şor, qaraqas, orxon habelə qədim uyqur ölü dili şimal-şərq dilinə aiddir.

Çingiz xanın imperiyasının dağılmasından sonra bir vaxtlar vahid olan monqol dili dialektlərə ayrılır və sonralar inkişaf edib müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir.

Türk dilləri, və bu səbəbdən bu günki Türkcə, qok uzaqdan da olsa, Monqol, İvrit, Koreya, Macar, Fin, Yapom kimi dillər ilə də əlaqəlidir. Nə var ki, bu kimi baglanhlan qurmağa yarayan bənzərliklər, kogutluklar görəsən ortaq bir dildən gəlmə nəticəsində mudur? Yoxsa yaxın bölgələrdə bir zamanlar birlikdə oturmuş olmanın yaratdığı dil alışverişlerinin əks olunması vardır mı? Bu nöqtələrin müzakirə, Türkbilimciler arasında on illərdir sürüb gitmektedir.[1]

Tunqus-mancur dil budağı iki qrupa: tunqus və mancur qruplarına bölünür.

Tunqus qrupu Sibir və Aşağı Amur yarım qruplarına ayrılır. Sibir yarımqrupuna evenk (tunqus), even (lamut) və negidal dilləri daxildir. Aşağı Amur yarımqrupuna isə nanay (qold), udey, ulç, orok, oroç dilləri daxildir.

Mancur qrupu: mancur, sibo və ölü çjur-çjen dillərinə ayrılır. Bir çox alimlər türk, monqol və tunqus-mancur dil budaqlarının hər birini ayrı-ayrılıqda müstəqil dil ailələri kimi səciyyələndirirlər.

Altay dillərinin qollari.


Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Özcan, BAŞKAN,"TÜRK DİLİ GEÇMİŞİ [ölü keçid]"Türkoloji Makaleleri Arxivləşdirilib 2016-03-31 at the Wayback Machine