Altay dili

Altay dili və ya dəqiq olaraq Cənubi Altay dili — iki Dağlıq Altay dillərindən biri, altaylıların əsas dili. Rusiya Federasiyasındakı Altay Respublikasının rəsmi dili. 1948-ci ilədək oyrot dili adlanırdı.

Altay dili
Orijinal adı алтайдыҥ тил
алтай тил
Ölkə
Danışanların ümumi sayı
  • 55.720 nəf.[2]
Təsnifatı
türk dilləri
Ortaq türk dili
Qıpçaq dilləri
Qırğız-qıpçaq dilləri
Altay dili
Yazı kiril əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2 alt
ISO 639-3 alt
Dilin strukturlarının dünya atlası aso
Atlas of the World’s Languages in Danger 462
Ethnologue alt
ELCat 3044
IETF alt
Glottolog sout2694
Bu dildə olan Vikipediya

Cənubi və şimali altay dilləri ənənəvi olaraq bir altay dili hesab edilirdi. Ancaq türk dillərinin müasir təsnifatına görə onlar iki müxtəlif dil hesab edilir. Eyni zamanda Rusiyada dialektlərin ayrılmaları da azsaylı xalqların müstəqil dili hesab edilirlər (kumandin, teleut, çelkan və tubalar dilləri).

2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər altay dilin ana dili hesab ediblər.[3]

Müqayisə
Azərbaycanca Altayca
eye (эйе), tye (је)
yox tyok (јок)
yaxşı tyakşı (јакшы)
yaman (yəni "pis") tyaman (јаман)
yaramaz tyarabas (јарабас), tyaramas (јарамас)

(Qeyd: altay dilində "tyarabas (јарабас)" sözü sifət sözdür və "yaramaz, uyğun gəlməyən, tərbiyəsiz" kimi mənalar daşıyır; "tyaramas (јарамас)" sözü isə isimdir və "qanunsuzluq, özbaşınalıq" deməkdir)

mən men (мен)
sən sen (сен)
o; həmçinin ol ("o" sözünün arxaik halı, hazırda bəzən poeziyada istifadə edilir) ol (ол)
biz bis (бис)
siz sler (слер)
onlar olor (олор)
kim kem (кем)
ne (не)
hara kaydaar (кайдаар)
harada kayda (кайда)
necə kanayda (канайда)
hansı, hankı kandıy (кандый)
haçan (yəni "nə zaman, nə vaxt") kaçan (качан)
indi emdi (эмди)
ora arı (ары)
bura, bəri beri (бери)
bu bu (бу)
üçün, -çün uçun (учун)
-la / -lə (tərzi-hərəkət zərfi), ilə la (ла), lo (ло), lö (лӧ)
-mı / -mi / -mu / -mü (sual ədatı) ba (ба), be (бе), bo (бо), bö (бӧ)
da, də (bağlayıcı söz; "o da", "bu da", "mən də" sözlərindəki kimi) da (да), de (де), do (до), dö (дӧ)
ən enq (эҥ)
bütün büdün (бӱдӱн)
yarı, yarım, yarımçıq tyarım (јарым)
hamı kamık (камык) (çoxmənalı və omonim sözdür)

(Qeyd: bu söz altay dilindəki digər mənaları ilə yanaşı, "çox" (sifət) və "çoxluq" (isim) mənalarında da istifadə edilir)

yalın (yəni "lüt, açıq" mənasında; "ayaqyalın/yalınayaq" ifadəsindəki kimi) tyılanqaş (јылаҥаш)
ayrı ayrı (айры) (omonim sözdür)
böyük biyik (бийик)
ulu ulu (улу)
kiçik kiçü (кичӱ), kiçinek (кичинек)
alt aldı (алды)

(Qeyd: bu söz altay dilində omonim sözdür, və ikinci mənası "qabaq, ön"dür)

üst, üstündə üst (ӱст), üstinde (ӱстинде)
üzəri üzeeri (ӱзеери)
az as (ас) (omonim sözdür)
çox çok- (чок-)

(Qeyd: bu söz altay dilində "bir topa[4]ya yığmaq, toparlamaq" mənasında işlənən feldir, və azərbaycantürk dillərindən fərqli olaraq ayrıca sifət kimi istifadə edilmir; lakin bu söz ilə eyni kökdən olan və bu sözə mənaca yaxın olan bir neçə digər sözlər var, məsələn:

- "çoqu(m)" (чогу(м)), yəni "topa, qalaq, yığın"

- "çoqul" (чогул), yəni "bir topaya yığılmaq, çoxlu camaatla dolmaq"

- "çoquntı" (чогунты), yəni "topa, kütlə"

Ümumiyyətlə, semantik baxımdan "topa" sözünün işləndiyi şəkildə işlənir.

Lakin altay dilində həmçinin "çox" sözüylə əlaqədar ola bilən "sok" (сок) sözü də mövcuddur ki, o qüvvətləndirici ədat şəklində istifadə olunur; məsələn, "yeganə, tək, yapyalnız, tənha" mənalarındakı "sok tyanqıs" (сок јаҥыс) sözündəki kimi)

köp köp (кӧп) (çoxmənalı sözdür)

(Qeyd: müasir türk dillərinin əksəriyyətində olduğu kimi, altay dilində də "çox" mənasında "çox" sözüylə qohum olan istənilən bir sözün yerinə "köp" sözü (sifət halında) işlədilir. Azərbaycan dilində "köp" sözü isim olaraq "şiş, qabarma; qarının qazla dolma nəticəsində qabarması, köpməsi" mənasına gəlir və "köpmək" feli ilə yalnız bu mənalarda sıx-sıx istifadə edilir. Altay dilində buna oxşar məna həmçinin "köp-" (кӧп-) felində görülür)

arıq arık (арык)
yeni tyanqı (јаҥы)
yepyeni tyap-tyanqı (јап-јаҥы)
yaraşıqlı tyaraş (јараш) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində (sifət halında) "yaraşıqlı, gözəl" mənasında işlənir)

çürük çirik (чирик)
qalın kalınq (калыҥ)
yoğun tyoon (јоон)
uzun uzun (узун)
uzaq, iraq uzak (узак), ıraak (ыраак)
yovuq (yəni "yaxın")[5] tyuuk (јуук)
qısa kıska (кыска)
dar tar (тар)
ağır uur (уур)
qoyu (yəni "tünd, qatı"[6]; türk dilindəki "koyu" (məsələn "koyu renk") ilə eynidir) koyu (койу)

(Qeyd: bu söz altay dilində "sıx, qatı" (rusca "qustoy" (густой) mənasında işlənir)

yüngül tyenqil (јеҥил)
arıq arık (арык)
artıq (həm isim, həm sifət mənalarında) artık (артык) (çoxmənalı sözdür)
iç, içəri iç (ич) (omonim sözdür)
yalnız, yalqız tyanqıs (јаҥыс)
əkiz igis (игис), həmçinin ikre (икре)
çin ("doğru, gerçək, həqiqi" mənalarında, məsələn "arzularınız çin olsun" ifadəsindəki kimi) çın (чын)
boş boş (бош)
dolu tolo (толо)
düz tüs (тӱс)
dümdüz, düpdüz, düppələmdüz tüp-tüs (тӱп-тӱс)
tən, dənk (yəni "bərabər") tenq (теҥ); həmçinin tünqey (тӱҥей)

(Qeyd: "tünqey (тӱҥей)" sözü altay dilində "oxşar, bənzər; eyni olan; fərq eləməz" mənalarında işlədilir)

dəyirmi (yəni "yumru, yuvarlaq") bolçok (болчок), tegelik (тегелик), tegerik (тегерик), toqolok (тоголок), tulku (тулку)
quru kuru (куру)

(Qeyd: bu söz altay dilində "boş" mənasında istifadə edilir)

quraq kurqak (кургак)
yaş (yəni "nəm, sulu") tyaş (јаш) (omonim sözdür)
özgə (yəni "başqa, digər, yad, doğma olmayan") öskö (ӧскӧ)
ögey ööy (ӧӧй)
öksüz (yəni "yetim, kimsəsiz")[7] ösküs (ӧскӱс), həmçinin ösküs-tyabıs (ӧскӱс-јабыс)
dul (yəni "həyat yoldaşı vəfat etmiş") tul (тул)
ölü ölü (ӧлӱ)
diri tirü (тирӱ)
əsən (yəni "sağ, salamat"[8]; vaxtilə "əsənlik" formasında "salam" mənasında da istifadə edilirdi, bu cür istifadəsi məsələn türk dilinin dialektlərində də "esen, esenlik" şəkilərində görülür[9]) ezen (эзен)

(Qeyd: bu söz altay dilində sifət olaraq "sağ, sağlam, salamat, gümrah" mənalarında, isim olaraq isə salamlaşmaq üçün "salam, salam əleyküm" ifadəsi şəklində istifadə olunur)

səmiz (yəni "kök")[10] semis (семис)
arı (yəni "təmiz, saf") aru (ару)
isti (həm sifət, həm isim mənalarında) izü (изӱ)

(Qeyd: bu sözün isim halı bir neçə türk dillərində, o cümlədə türk dilində mövcud olan "ısı" şəklinə quruluşu baxımından nisbətən daha yaxındır)

ilıq tyılu (јылу)
soyuq sook (соок)
qatı (yəni "bərk, möhkəm") katu (кату)
iti ödü (ӧдӱ)
bərk bek (бек)
yumşaq tyımjak (јымжак)
yavaş tyoboş (јобош)

(Qeyd: bu söz altay dilində həm də fel şəklində ("tyoboş-" (јобош-)) "yavaşlamaq, sakit olmaq" mənalarında da işlənir)

yetər tyeder (једер)
gərək kerek (керек)
ər, erkək er (эр)
dişi tiji (тижи)
bəy biy (бий)
gəlin kelin (келин)
bahadur (yəni "qoçaq, qorxmaz") baatır (баатыр)
yiyə (yəni "nəyinsə sahibi") ee (ээ)
ata ada (ада)
ana; həmçinin aba (dial.) enye (эне)
bala bala (бала)
bəbə, bəbək baay (баай), baabıy (баабый)
oğul uul (уул)
oğlan uulan (уулан) (omonim sözdür)
qız kıs
dədə ("baba" [yəni "atanın atası, ananın anası"] mənasında) taada (таада)
dayı taay (таай)
yengə tyenqe (јеҥе)
yeznə tyeste (јесте)
quda kudaqay (кудагай)
bacanaq batya (баја)
kişi ("insan" mənasında) kiji (кижи)
igid tyiit (јиит)

(Qeyd: bu söz altay dilində (bir çox müasir türk dillərində olduğu kimi) "cavan; cavan oğlan" mənalarında istifadə edilir)

yoldaş tyoldoş (јолдош)
toy toy (той)
ad at (ат) (omonim sözdür)
Tanrı Tenqeri (Теҥери)
qul (yəni "qulluq edən, qul olan kimsə; nökər, kölə") kul (кул)
çəri (yəni "qoşun, ordu") çerü (черӱ)
qaçqın kaçkın (качкын)
iş (иш)
işçi işçi (ишчи)
öyrənci (yəni "öyrənən, şagird") [11] ürençik (ӱренчик), üreneeçi (ӱренеечи)

(Qeyd: bu iki söz çox yaxın mənalarda istifadə olunurlar. Belə ki, "ürençik" (ӱренчик) sözü altay dilində "şagird, təhsil alan" mənalarında, "üreneeçi" (ӱренеечи) sözü isə "təhsil alan, şagird, tələbə" mənalarında istifadə olunur.)

oğru (həmçinin "oğurçu/oğruçu" (xalq arasında istifadə edilən variantlar)) uurçı (уурчы)
oğurluq uurı (ууры)
dilmanc (yəni "tərcüməçi, mütərcim") tilmeş (тилмеш)

(Qeyd: altay dilində bu mənada həmçinin "köçüreeçi" (кӧчӱреечи)(hərfi tərcüməsi "köçürücü", görünür ki rus dilindəki "perevodçik" (переводчик) sözünün hərfi tərcüməsidir) sözü istifadə olunur.

söz sös (сӧс)
söyüş sögüş (сӧгӱш)

(Qeyd: bu söz altay dilində daha çox "lağ, məzələnmə, ələ salma" və "tənqid, kritika" mənalarında istifadə edilir)

güc küç (кӱч)
car (yəni "xəbər, elan, bildiriş"; "car çəkmək" ifadəsindəki kimi) tyar (јар) (omonim sözdür)
uc (yəni "nəyinsə sonu, kənarı, qırağı, nöqtəsi") uç (уч) (omonim sözdür)
iz is (ис)
dilim (yəni "uzununa dil kimi kəsilmiş parça, ya bu cür hissələrə ayrılmış bir şeyin hər parçası"; "dilim-dilim" ifadəsindəki kimi) tilim (тилим)

(Qeyd: altay dilində "dilim / tilim" isminin kökündə duran qədim "tili-" (тили-) feli hələ də istifadə edilir (əgər dilimizə bu feli uyğunlaşdırsaq "dilimək" sözü alınar), və bizim dilimizdəki "dilimləmək" (yəni "dilim şəklində doğramaq, dilim-dilim kəsmək") felinin rolunu oynayır)

oyun oyın (ойын)
yarış tyarış (јарыш)
en, enlilik en (эн)

(Qeyd: bu söz altay dilində "parçanın, kətanın eni" mənasında istifadə edilir)

kəndir kendir (кендир)

(Qeyd: bu söz altay dilində "kənaf bitkisi, kənafkimilər" mənalarında istifadə olunur. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan dilinin özündə də "kəndir" sözü əslində bir bitki adı kimi istifadə olunur (bax kəndir, kəndirkimilər, kəndirotu))

düyün tüyün (тӱйӱн)
səs
küy ("səs" mənasında; "səs-küy" ifadəsindəki kimi) küü (кӱӱ)
sabun samın (самын)
kükürd
şəkər çikir (чикир)
sağ (yəni "sağ tərəf")
sol (yəni "sol tərəf") sol (сол)
solaxay soloqoy (сологой)
orta orto (орто)
güzgü küskü (кӱскӱ)

(Qeyd: altay dilində "güzgü, ayna" mənasında "küskü" sözüylə yanaşı həmçinin "körnöş" (кӧрнӧш) sözü istifadə olunur)

daraq
börk (yəni "papaq") börük (бӧрӱк)
köynək künek (кӱнек)
geyim kiyim (кийим)
tük, tüklü (həmçinin "tükdü" (xalq arasındakı tələffüz variantı)) tük (тӱк), tüktü (тӱктӱ)
saç çaç (чач) (omonim sözdür)
saqqal saqal (сагал), həmçinin tyaak saqal (јаак сагал) [hərfi tərcüməsi - "yanaq saqqal"]
baş baş (баш)
başçı başçı (башчы)
beyin mee (мее)
üz tyüs (јӱс) (omonim sözdür)
göz kös (кӧс)
yaş ("göz yaşı" mənasında) tyaş (јаш) (omonim sözdür)
qabaq ("qaş" mənasında; "qaş-qabaq" ifadəsindəki kimi) kabak (кабак)
kirpik kirbik (кирбик)
iy (yəni "qoxu") tyıt (јыт)
tumov (yəni "zökəm")[12] tımu (тыму)
qulaq kulak (кулак)
yanaq tyaak (јаак)
dodaq
dil til (тил)
diş tiş (тиш)
azı, azıdişi (yəni "ağzın hər iki tərəfində altda və üstdə olub, yeyilən şeyi çeynəməyə məxsus dişlər", "orta dişlər", "premolyar dişlər") azu (азу)

(Qeyd: bu söz altay dilində "köpək diş", "qaflan diş", "ağzın hər iki tərəfində azı dişlərlə ön dişlər arasında olan diş(lər)" mənasında istifadə edilir)

ağız oos (оос)
boğaz
çənə
qan kan (кан)
damar tamır (тамыр)
dəri tere (тере)
tər ("xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye" mənasında) ter (тер) (omonim sözdür)
sümük söök (сӧӧк) (çoxmənalı sözdür)
qabırğa kabırqa (кабырга)
arxa arka (арка) (çoxmənalı sözdür)
bel bel (бел)
qol kol (кол)

(Qeyd: bu söz həm altay dilində, həm də müasir türk dillərinin əksəriyyətində həm "əl", həm "qol" mənasında istifadə edilir, yəni bu dillərdə əl ilə qol arasında ayrım itib; altayca həmçinin "çayın qolu" mənasında "kool (коол)" sözü işlədilir)

ovuc uuş (ууш)

(Qeyd: bu söz altay dilində məhz "əlin içi tutan qədər, ovuca yerləşən miqdar (adətən saylarla)" (məsələn "Bir ovuc") mənasında istifadə edilir)

barmaq
dırnaq tırmak (тырмак)
ayaq
qıç, bud
diz tize (тизе)
öfkə (yəni "ağciyər") ökpö (ӧкпӧ)
boyun moyın (мойын)
döş töş (тӧш)
əmcək emçek (эмчек)
əmzik umçı (умчы)
köks (yəni "sinə") kögüs (кӧгӱс)

(Qeyd: bu söz altay dilində həmçinin "müdriklik, zehin" mənalarında da istifadə edilir)

ürək tyürek (јӱрек)
qarın karın (карын)
tırıq[13] (yəni "diareya, ishal")[14] tırık (тырык)

(Qeyd: bu söz altay dilində "qəbizlik[15], pəndəm, konstipasiya, qarının tutulması" (rusca "zapor" (запор)) mənalarında işlənir)

bağır (yəni "ciyər, qaraciyər") buur (буур)
böyrək böörök (бӧӧрӧк)
öd, öd kisəsi öt (ӧт) (omonim sözdür)
yol tyol (јол)
il tyıl (јыл)
yaş ("doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür" mənasında; məsələn "Yaşın neçədir?", "Onun 20 yaşı var" kimi) tyaş (јаш) (omonim sözdür)
yaşıd (yəni "bir başqası ilə bir yaşda olan (adam), həmyaş") tyajıt bala, tyajıt kiji (јажыт бала, јажыт кижи) (omonim sözdür)

(Qeyd: altay dilində "tyajıt" (јажыт) sözü təklikdə işləndikdə "sirr" mənasında istifadə edilir; bu omonim sözdür, yaş mənasındakı sözün kökü "yaş-" sözündən, sirr mənasındakının isə "gizlətmək" mənasındakı "yaş-/yaşı-/yaşır-" kökündən (azərbaycan dilindəki "yaşmaq"[16] (isim) və "yaşırmaq"[17] (fel) sözlərindəki kimi) ibarətdir)

yuxu uyku (уйку)
gecə
gün, günəş, gündüz kün (кӱн)
bu gün / bu gün bügün (бӱгӱн)
bugünkü bügüngi (бӱгӱнги)
ertə erte (эрте)
ay ay (ай)
ulduz tyıldıs (јылдыс); həmçinin çolmon (чолмон)(dilimizdəki "çolpan" (Venera planetinin digər adı) sözüylə eynidir)
su suu (суу)
köpük köbük (кӧбӱк)
çay ("isti içki" mənasında)
çay ("axarsu" mənasında)
yar ("suyun yuyub apardığı yer, sahil" mənasında; əsasən dilimizin dialektlərində (məsələn, İrəvan dialektində[18]), habelə Azərbaycanın və bir çox türk xalqlarının yaşadığı bölgələrin toponimikasında görülən bir sözdür) tyar (јар) (omonim sözdür)
yaxa (yəni "sahil, kənar, tərəf, qıraq; paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı") tyaka (јака)
yan (yəni "tərəf, ətraf, kənar, künc"; "o yanda", "bu yanda" sözlərindəki kimi) tyan (јан)
göl köl (кӧл)
dəniz tenqis (теҥис)

(Qeyd: bu söz altay dilində "okean" mənasında istifadə edilir; "dəniz" mənasında isə monqol mənşəli "talay (талай)" sözü istifadə olunur)

sal ("üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış şalbanlardan ibarət nəqliyyat vasitəsi" mənasında)
gəmi keme (кеме)

(Qeyd: bu söz altay dilində "qayıq" mənasında istifadə olunur; "gəmi" mənasında isə rus dilindəki "korabl'" (корабль) sözündən alınma olan "kerep" (кереп) sözü istifadə olunur)

göy kök (кӧк)

(Qeyd: bu söz çoxmənalı sözdür; belə ki, bizim dilimizdə də olduğu kimi, altay dilində də bu söz həm "göy/mavi rəng", həm də "yaşıllıq, göyərti" mənalarında istifadə olunur, və bundan başqa dilimizdəki "kökləmək" sözündə görülən mənaya oxşar şəkildə altayca "tikiş" mənasını da verir)

yaşıl tyajıl (јажыл)
ak (ак) (omonim sözdür)
apağ, ağappaq ap-ak (ап-ак), ak-ak (ак-ак)
qara kara (кара)
sarı sarı (сары)
qızıl (yəni "qırmızı"; "qızıl" sözünün dilimizdə artıq köhnəlmiş mənası) kızıl (кызыл)
qonur (yəni "qəhvəyi rəng") konqır (коҥыр)

(Qeyd: bu söz altay dilində "tünd-şabalıdı rəng" mənasında istifadə olunur)

kürən (yəni "saçı, tükü parıltı sarı, qırmızı rəngdə olan"; məsələn: Kürən at.) kürenq (кӱреҥ)
dəmir temir (темир)
polad bolot (болот)
qapı
eşik (yəni "qapı") ejik (эжик)
körpü kür (кӱр)
yastıq tyastık (јастык)
ev (həmçinin öy (dialekt söz)) üy (ӱй)
yuva uya (уйа)
yurd tyurt (јурт)

(Qeyd: bu söz altay dilində əsasən "kənd, yaşayış məntəqəsi" mənalarında işlənir)

türmə türme (тӱрме)
qat (yəni "təbəqə, lay"; həmçinin "mərtəbə"[19] [köhnəlmiş/nadir hallarda işlənilən mənası, türk dilindəki "kat" sözündəki kimi; məsələn "Ben üst katda oturuyorum.", yəni "Mən yuxarı mərtəbədə qalıram."]) kat (кат) (omonim sözdür)

(Qeyd: bu söz altay dilində həm "təbəqə, lay", həm də (bizim dilimizdə də belə mənasının mövcud olmasına baxmayaraq, o mənada adətən istifadə edilməyən, və əksinə olaraq, həmin mənada daha çox türk dilində rast gəlinən) "mərtəbə, binanın mərtəbəsi" mənalarında işlədilir.)

kömür kömür (кӧмӱр)
baqır (yəni "mis")
altun (yəni "qızıl") altın (алтын)
gümüş kümüş (кӱмӱш)

(Qeyd: altay dilində "gümüş" mənasında əslən monqol dillərindən (müqayisə üçün: monqolca (xalx monqolcası) - möngö (мөнгө); buryatca - "müngen" (мүнгэн); kalmıkca - "mönqgn" (мөңгн)) olan "mönqün" (мӧҥӱн) sözü istifadə olunur)

inci tyintyi (јинји)
üzük tyüstük (јӱстӱк)
qazan kazan (казан)
qapaq kakpak (какпак)
qarmaq karmak (кармак)
ələk (yəni "xəlbir", "süzgəc") elgek (элгек)
küp küp (кӱп)

(Qeyd: bu söz altay dilində "çegen (чеген; rusca "çegen'" (чегень))(altaylıların mətbəxinə xas olan, ayranaqımıza bənzər süd məhsulu olan içki) saxlanılması üçün saxsı qab" mənasında istifadə edilir)

qalpaq kalbak (калбак)

(Qeyd: bu söz altay dilində "qaşıq" mənasında işlənir)

qamçı kamçı (камчы)
bıçaq bıçak (бычак)
qayçı kayçı (кайчы) (çoxmənalı və omonim sözdür)
iynə iyne (ийне)
balta malta (малта)
sap ("bir şeyin əl tutulan yeri, tutacaq yeri, qulpu" mənasında, məsələn "Baltanın sapı.") sap (сап) (çoxmənalı sözdür)
kürək ("qazı aləti" mənasında) kürek (кӱрек)
deşik tejik (тежик)
oyuq oyık (ойык), oydık (ойдык)
dağ tuu (туу)
yer tyer (јер)
torpaq tobrak (тобрак)

(Qeyd: bu söz altay dilində "toz" mənasında işlənir)

yük tyük (јӱк)
daş taş (таш)
toz
duz
yağ
bal bal

(Qeyd: altay dilində "bal" mənasında əsasən rus dilindəki "myod" (мёд) sözündən alınan "möt" (мӧт) sözü istifadə olunur)

süd süt (сӱт)
qurut kurut (курут)[20]
yumurta tyımırtka (јымыртка)
dad
dadlı
ac aç (ач) (çoxmənalı və omonim sözdür)

(Qeyd: bu söz altay dilində əsasən "xəsis", habelə "ac" mənasında işlənir)

acgöz aç kös (ач кӧс)
tox toyu (тойу)
doydurucu tok (ток), toyu-tok (тойу-ток)
acı açu (ачу)
şorba
göbələk
soğan soqono (согоно)
yemiş ("meyvə" mənasında)
qax (yəni "qurudulmuş meyvə") kak (как) (omonim sözdür)

(Qeyd: bu söz altay dilində qədim mənada, "quru" və "qumlu" mənalarında (yəni sifət şəklində) istifadə edilir)

alma
üzüm
çiyələk, giləmeyvə tyiilek (јиилек)
qarağat karaqat (карагат)
arpa arba (арба)
buğda buuday (буудай)
urluq ("toxum, dənə" mənasında)
un
dəyirman teermen (теермен)
yem (yəni "heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.); quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey") tyem (јем)
at at (ат) (omonim sözdür)
ilxı tyılkı (јылкы)
qısraq, madyan
yəhər eer (ээр)
üzəngi[21] üzenqi (ӱзеҥи)
yedək[22] tyedek at (једек ат)
yal ("atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər" mənasında) tyal (јал) (omonim sözdür)

(Qeyd: bu söz altay dilində həmçinin "ödəniş, maaş" kimi mənalarda da istifadə edilir.)

yorğa[23] tyorqo (јорго) / tyorqo at (јорго ат)
qulun (yəni "körpə at balası") kulun (кулун)
daylaq (yəni "at balası (altı aylıqdan iki yaşa qədər)") tay (тай) (omonim sözdür)
ceyran tyeeren (јеерен)
maral maral (марал)
it iyt (ийт) (omonim sözdür)
küçük (yəni "itin balası") küçük (кӱчӱк)
ilan tyılan (јылан)
balıq balık (балык)
qarışqa
hörümçək
kəpənək köbölök (кӧбӧлӧк)
qurd ("həşərat növü" mənasında) kurt (курт)
bit ("həşərat/parazit növü" mənasında) biyt (бийт)
aslan, arslan (yəni "şir") arslan (арслан); həmçinin karaqula (карагула)
tülkü tülkü (тӱлкӱ)
ayı ayu (айу)
quş kuş (куш)
toyuq takaa (такаа)
durna turna (турна)
qaz ("quş növü" mənasında) kas (кас) (omonim sözdür)
göyərçin küüle (кӱӱле)
qu, qu quşu kuu (куу) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində sifət şəklində "ağ (rəngdə olan)", "saçı ağarmış", "üzü ağarmış" mənalarında istifadə edilir)

porsuq borsık (борсык)
qunduz
donuz
inək uy (уй)
buzov bozu (бозу)
buğa buka (бука)
öküz
dəvə töö (тӧӧ)
keçi eçki (эчки)
oğlaq (yəni "çəpiş; körpə, südəmər keçi balası") uulak (уулак)
təkə (yəni "erkək keçi", "vəhşi keçi, dağ keçisi") teke (теке)
əlik (yəni "vəhşi keçi; keyik") elik (элик)
qoşqar / qoçqar (yəni "erkək qoyun"; Şərur dialektində "qoşar" şəklində isə "qoşqu camışı" mənasında)(Azərbaycandakı Qoşqar dağı ilə Qoşqarçay çayı və Türkiyədəki Kaçkar dağları adlarında da mövcuddur) koçkor (кочкор)
arğalı (yəni "vəhşi qoç")[24] arkar (аркар)
eşşək
qoyun koy (кой)
yun tyunq (јуҥ)

(Qeyd: bu söz altay dilində "quş tükü" mənasında istifadə olunur)

buynuz müüs (мӱӱс)
quyruq
qanad kanat (канат); həmçinin kurkun (куркун)
orman (yəni "meşə")
ağac aqaş (агаш)
yarpaq tyalbırak (јалбырак)
qabıq
budaq budak (будак)
taxta takta (такта)

(Qeyd: bu söz altay dilində "stol, skamya" mənasında istifadə olunur)

odun odın (одын)
dayaq, dəyənək tayak (тайак)
çiçək çeçek (чечек)
düz, düzənlik tüzenq (тӱзеҥ)
bulud bulut (булут)
şimşək, ildırım
yağış, yağmur tyaaş (јааш), tyanqmır (јаҥмыр)
damcı, damla tamçı (тамчы)
palçıq
yel ("külək" mənasında)
tütün ("tüstü" mənasında)[25] tüdün (тӱдӱн)
kül
ocaq oçok (очок)
od (yəni "alov") ot (от) (çoxmənalı sözdür)
buz
qar
qırov kıru (кыру)
qış kış (кыш)
yaz tyas (јас) (omonim sözdür)
yay tyay (јай) (omonim sözdür)
güz (yəni "payız") küs (кӱс)
qışlaq kıştu (кышту)
yaylaq tyaylu (јайлу)
olmaq bol- (бол-)
demək, ayıtmaq[26] de- (де-), ayt- (айт-)
etmək et- (эт-)
dəymək ("toxunmaq" mənasında) tiy- (тий-)
baxmaq
görmək kör- (кӧр-)
görünmək körün- (кӧрӱн-)
görkəzmək (yəni "görsətmək, göstərmək") körgüs- (кӧргӱс-)
görüşmək körüş- (кӧрӱш-)
görüşdürmək körüştir- (кӧрӱштир-)

(Qeyd: bu söz altay dilində əsasən "(küsülüləri) barışdırmaq" mənasında işlənir)

yummaq (yəni "göz qapaqlarını bağlamaq") tyum- (јум-)
uzanmaq
yatmaq tyat- (јат-)
durmaq tur- (тур-) (çoxmənalı sözdür)

(Qeyd: altay dilində "tur-" (тур-) feli "durmaq, dayanmaq" kimi mənalardan başqa həmçinin "(nədənsə) ibarət olmaq", "xidmət göstərmək, muzdlu iş görmək" kimi mənalarda da istifadə olunur; habelə altay dilində tez-tez köməkçi fel qismində istifadə olunur və hərəkətin müddəti və davamiyyətini bildirir)

durğuzmaq (həmçinin "durquzmaq" (xalq arasındakı tələffüz variantı)) turqus- (тургус-) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində həmçinin "qoymaq, dikmək, ucaltmaq ["abidə ucaltmaq" kimi], (nələrisə) düzmək" kimi mənalarda istifadə olunur)

oyanmaq, oyatmaq oyqon- (ойгон-), oyqos- (ойгос-)
dayanmaq ("söykənmək" mənasında) tayan- (тайан-)
eşitmək
dinləmək tınqda- (тыҥда-)
yemək tyi- (ји-)
yedirmək, yedizdirmək tyidir- (јидир-)
yalamaq tyala- (јала-) (omonim sözdür)

(Qeyd: bu söz altay dilində həmçinin "cəza, ştraf" kimi mənalarda da istifadə edilir.)

içmək iç- (ич-) (omonim sözdür)
doymaq toy- (той-) (omonim sözdür)
sezmək (yəni "hiss etmək"); həmçinin Xanlar/Göygöl dialektində "şübhələnmək" mənasında istifadə olunan "səsiyməx"[27] sözü sezin- (сезин-)

(Qeyd: "sezin-" (сезин-) sözü altay dilində "hiss etmək, təhmin etmək, şübhələnmək" mənalarında işlədilir. Bu söz ilə eyni kökdən olan və bu sözə mənaca yaxın olan bir neçə digər sözlər var, məsələn:

- "sezik" (сезик), yəni "təhmin, şübhə"

- "seziktü" (сезиктӱ), yəni "təhmin edə bilən"

- "sezim" (сезим), yəni "hiss, hissiyat, təhmin edə bilmə, anlaşılırlıq, anlaq"

- "sezimdü" (сезимдӱ), yəni "həssas, təhmin edə biləcək, anlayışlı, dərrakəli"

- "sezü" (сезӱ), yəni "qəbul etmə, reaksiya, qavrayış, hissiyat")

işləmək (həmçinin "işdəmək" (xalq arasındakı tələffüz variantı)) işte- (иште-)
başlamaq (həmçinin "başdamaq" (xalq arasındakı tələffüz variantı)) başta- (башта-)
bağlamaq buula- (буула-)

(Qeyd: bu söz altay dilində "düyün vurmaq", "ip və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək" mənalarında işlənir)

bişmək bış- (быш-)

(Qeyd: bu söz altay dilində əsasən "yetişmək, kal olmamaq [giləmeyvə haqqında]", habelə "bişmək, bişmiş olmaq, hazır olmaq [yemək haqqında]" və onunla yanaşı "qatışdırmaq, süd və ya yağ çalmaq" mənalarında istifadə edilir)

qovurmaq kaar- (каар-), həmçinin kuur- (куур-)

(Qeyd: altay dilində "kaar-" (каар-) sözü "qızartmaq, bişirmək (məsələn əti, kartofu)", və "kuur-" (куур-) sözü isə konkret olaraq "arpanı qovurmaq" mənalarında işlədilirlər)

qaynamaq kayna- (кайна-)
qatılaşmaq (yəni "bərkimək") kat- (кат-) (çoxmənalı omonim sözdür)
almaq al- (ал-)
açmaq aç- (ач-)
qapamaq (yəni "bağlamaq, örtmək") kakpa- (какпа-)
acımaq (yəni "dadı acı olmaq"), acılaşmaq açı- (ачы-)
minmək min- (мин-)
unutmaq undı- (унды-)
unudulmaq undıl- (ундыл-)
soruşmaq, sormaq ("soruşmaq, sual vermək, sorağını almaq" mənasında) sura- (сура-)
sormaq ("əmmək" mənasında) (həmçinin "soormaq / sourmaq" (xalq arasındakı tələffüz variantı)) soor- (соор-)
sovurmaq (yəni "havaya qaldırmaq, səpələmək, dağıtmaq")[28] sobır- (собыр-)
soymaq soy- (сой-)
solmaq (yəni "rəngi qaçmaq, rəngini, parlaqlığını itirmək, saralmaq, təravətini itirmək" [məcazi mənada adam haqqında da istifadə edilə bilər]) sool- (соол-)

(Qeyd: bu söz altay dilində əsasən "buxarlanmaq", habelə "qurumaq" və "solmaq, solub getmək" mənalarında istifadə edilir)

qovalamaq
əkmək
tikmək
dişləmək (həmçinin "dişdəmək" (xalq arasındakı tələffüz variantı)) tişte- (тиште-)
gəmirmək tyemir- (јемир-)

(Qeyd: bu söz altay dilində "dağıtmaq, sındırmaq, əzik-üzük etmək" mənalarında işlənir)

ağrımaq oorı- (ооры-)
ağlamaq, ağlatmaq ıyla- (ыйла-), ıylat- (ыйлат-)
qışqırmaq kışkır- (кышкыр-); həmçinin kıyqır- (кыйгыр-)
qıdıqlamaq kıçıkta- (кычыкта-)

(Qeyd: quruluşu baxımından daha çox bu sözə mənaca nisbətən yaxın olan "qıcıqlamaq" sözünü xatırladır)

göyərmək ("göy rəng almaq" mənasında), göyləşmək kögör- (кӧгӧр-)
qızarmaq kızar- (кызар-)
yaşıllanmaq, yaşıllaşmaq, göyərmək ("yaşıllaşmaq" mənasında) tyajar- (јажар-)
ağarmaq aqar- (агар-)
saralmaq sarqar- (саргар-)

(Qeyd: bu söz quruluşu baxımından türk dilindəki "sararmak" şəklinə nisbətən daha yaxındır)

boyamaq budı- (буды-)
əmmək em- (эм-)
əmizmək, əmizdirmək emis- (эмис-)
tapmaq tap- (тап-)
tapılmaq tabıl- (табыл-)
daramaq tara- (тара-)
tüpürmək tükür- (тӱкӱр-)

(Qeyd: bu söz quruluşu baxımından "tüpürmək" sözünün türk dilindəki variantı olan "tükürmek" sözünə (ki belə variant bir çox digər türk dillərində də görülür) yaxındır)

tıxmaq (yəni "(acgözlüklə) yemək") tık- (тык-)
dammaq, damcılamaq tam- (там-), tamçıla- (тамчыла-)
gəyirmək kegir- (кегир-)
asqırmaq askır- (аскыр-); həmçinin çüçkür- (чӱчкӱр-)
üfürmək, üfləmək ür- (ӱр-) (omonim sözdür)
hürmək ür- (ӱр-) (omonim sözdür)
fışqırmaq, fısqırmaq (yəni "fit çalmaq") sıqır- (сыгыр-)
kişnəmək kişte- (киште-)
əsnəmək este- (эсте-)
silkələmək, silkələnmək silki- (силки-), silkin- (силкин-)
gülümsəmək, gülümsünmək külümziren- (кӱлӱмзирен-)

(Qeyd: "külümziren-" (кӱлӱмзирен-) sözü altay dilində "gülümsəmək, təbəssüm etmək" mənalarında işlədilir. Bu söz ilə eyni kökdən olan və bu sözə mənaca yaxın olan bir neçə digər sözlər var, məsələn:

- "külümtyi" (кӱлӱмји), yəni "təbəssüm"

- "külümtyilü" (кӱлӱмјилӱ), yəni "təbəssümlü, təbəssüm ilə"

Altay dilində "gülmək" felinin kökü olan "gül-" sözü müstəqil olaraq işlənmir; habelə, altay dilində "gülmək, qəhqəhə etmək" mənasında "katkır-" (каткыр-) sözü istifadə edilir.)

güdmək küt- (кӱт-)
iyləmək tyıta- (јыта-), tyıtkar- (јыткар-)
qoşmaq, qoşulmaq koş- (кош-) (çoxmənalı sözdür), kojul- (кожул-)
qaçmaq kaç- (кач-)
qaçırmaq kaçır- (качыр-)
aparmaq apar- (апар-)
daşımaq tajı- (тажы-)

(Qeyd: bu söz altay dilində əsasən "şapalaq vurmaq, əlin içi ilə nəyisə vurmaq", habelə "daşımaq, harasa aparmaq" mənalarında istifadə edilir)

dərmək ("meyvə, çiçək və s.-ni birbir qoparmaq, toplamaq" mənasında) ter- (тер-) (omonim sözdür)
bilmək bil- (бил-)
öyrənmək üren- (ӱрен-)
öyrətmək üret- (ӱрет-)
söz vermək sös ber- (сӧс бер-)
anlamaq
aldatmaq
qorxmaq korkı- (коркы-)
ürkmək, ürkmək (yəni "gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında)") ürki- (ӱрки-)

(Qeyd: bu söz altay dilində məhz heyvanların qorxması/ürkməsi ilə bağlı olan sözdür və yalnız heyvanlara şamil edilir; azərbaycan dilində isə bu söz öz ilkin mənasından başqa həmçinin insanlara da aid edilir)[29]

azmaq (yəni "yolunu itirmək, qeyb olmaq, düz yoldan sapmaq") as- (ас-)
titrəmək
enmək
tərləmək terle- (терле-)
tökmək tök- (тӧк-)
tökülmək tögül- (тӧгӱл-)
yağmaq (yəni "havadan qar, yağış, dolu kimi şeylər düşmək", "çox miqdarda, arası kəsilmədən tökülmək") tyaa- (јаа-)
bulamaq bulqa- (булга-)
doğmaq tuu- (туу-)
doğulmaq tuul- (туул-)
yaşamaq tyaja- (јажа-)
qarımaq (yəni "qocalmaq") karı- (кары-)
ölmək, öldürmək öl- (ӧл-), öltür- (ӧлтӱр-)
savaşmaq
vuruşmaq uruş- (уруш-) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində həmçinin "qoşulmaq" mənasında da istifadə edilir)

udmaq ("qalib gəlmək, qələbə çalmaq" mənasında) tyut- (јут-)

(Qeyd: bu söz altay dilində istifadəsi kobud sayılan sözdür)

güləşmək küreş-
boğmaq buur- (буур-) (omonim sözdür)
təpmək, təpikləmək, təpik vurmaq tep- (теп-)
axsamaq aksa- (акса-)
qaxmaq (yəni "var gücü ilə bir şeyi bir yerə vurmaq, çırpmaq", "çalmaq, vurmaq, sancmaq, girdirmək")[30] kak- (как-) (omonim sözdür)
əsmək es- (эс-)

(Qeyd: bu söz altay dilində "sovurmaq" mənasında istifadə olunur)

burmaq
buraxmaq
bükmək bük- (бӱк-) (çoxmənalı sözdür)
kəsmək kes- (кес-)
kəsilmək kezil- (кезил-)
soxmaq sok- (сок-) (çoxmənalı və omonim sözdür)

(Qeyd: bu söz altay dilində əsas olaraq "döymək, vurmaq, zərbə yetirmək" kimi mənalarda işlənir)

soxulmaq soqul- (согул-)

(Qeyd: bu söz altay dilində "vurulmaq, döyülmək" mənasında işlənir)

batmaq bat- (бат-) (çoxmənalı və omonim sözdür)

(Qeyd: bu söz altay dilində "nəyəsə yerləşmək" və "qürub etmək, gözdən itmək" ("günəşin batması" ifadəsindəki kimi)[31] mənalarında istifadə edilir)

batırmaq badır- (бадыр-)

(Qeyd: bu söz altay dilində "salmaq, yerləşdirmək" mənalarında istifadə edilir)

cırmaqlamaq, dırnaqlamaq tırma- (тырма-); tırman- (тырман-) ("qaşınmaq" mənasında)
üzülmək ("cırılmaq, süzülmək, qırılmaq, yıpranmaq" mənalarında) üzül- (ӱзӱл-)
sınmaq sın- (сын-)
sındırmaq sındır- (сындыр-)
sökülmək sögül- (сӧгӱл-)

(Qeyd: bu söz altay dilində daha çox "parçanın, geyimin sökülməsi" ilə bağlı mənalar daşıyır)

süpürmək sibir- (сибир-)
ayırmaq ayrı- (айры-)
bölmək böli- (бӧли-); həmçinin üle- (ӱле-), üleş- (ӱлеш-)

(Qeyd: "üle-" (ӱле-) və "üleş-" (ӱлеш-) sözləri həm qədim türk yazılı abidələrində keçən, həm də bir neçə digər türk dillərində qorunub saxlanan "ülüş", "üləşmək" sözləriylə eyni kökə sahibdirlər.

bölünmək bölin- (бӧлин-)
yarmaq ("qırmaq, yarıya bölmək, ayırmaq" mənalarında) tyar- (јар-)

(Qeyd: bu söz altay dilində "deşmək, iynələmək; qırmaq, sındırmaq" kimi mənaları daşıyır)

yaramaq (yəni "yararlı, xeyirli olmaq") tyara- (јара-)
yaraşmaq tyaraş- (јараш-) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində (fel halında) "bir-birini bəyənmək, bir-birindən xoşu gəlmək" mənasında işlənir)

yaşırmaq (yəni "gizlətmək") tyajır- (јажыр-)
yırtmaq tyırt- (јырт-)
yırtılmaq tyırtıl- (јыртыл-)
yortmaq[32][33] tyort- (јорт-)
kökləmək (həmçinin "kökdəmək" (xalq arasındakı tələffüz variantı)) köktö- (кӧктӧ-)
oymaq, ovmaq (ikisi də "deşmək" mənasında) oy- (ой-)
qazmaq kas- (кас-) (omonim sözdür)
gömmək köm- (кӧм-)
üzmək ("suda üzmək, su ilə hərəkət etmək" mənasında) tyüs- (јӱс-) (omonim sözdür)
axmaq ("suyun, mayenin axması" mənasında) ak- (ак-)
uçmaq uç- (уч-)
yetmək tyet- (јет-)
yetirmək tyetir- (јетир-)
yerimək tyeri- (јери-)

(Qeyd: bu söz altay dilində konkret olaraq "[heyvanlar haqqında] öz balasını atıb tərk etmək" mənasında işlənir; həmçinin bu cür bir heyvanı bildirən "tyerinqkey" (јериҥкей) isimi də mövcuddur)

yürümək tyür- (јӱр-)
yüyürmək tyügür- (јӱгӱр-)
varmaq (yəni "harasa getmək, harasa istiqamətlənmək") bar- (бар-)
getmək
gəlmək kel- (кел-)
qalmaq kal- (кал-)

(Qeyd: bu söz altay dilində həmçinin tez-tez köməkçi fel qismində istifadə olunur və bitmiş, yerinə yetirilmiş bir hərəkəti bildirir)

girmək kir- (кир-)
çıxmaq çık- (чык)-
çıxarmaq çıqar- (чыгар-)
ötmək öt- (ӧт-)
ötürmək ötkür- (ӧткӱр-)
sürmək sür- (сӱр-)

(Qeyd: bu söz altay dilində daha çox heyvan sürüsü ilə bağlı olan mənalarda istifadə olunur, yəni müasir azərbaycan dilindəki əsas mənası olan "maşın idarə etmək" mənasında yox)

keçmək keç- (кеч-)
köçmək köç- (кӧч-)
köçürmək köçür- (кӧчӱр-)
köpmək (yəni "şişmək") köp- (кӧп-) (çoxmənalı sözdür)

(Qeyd: bu söz altay dilində sifət halında "çox" mənasını verir)

səmirmək (yəni "kökəlmək, gombullaşmaq"), həmçinin səmizmək (yəni "yağlanmaq, piylənmək") semir- (семир-)
yenmək (yəni "udmaq, qalib gəlmək, qələbə çalmaq") tyenq- (јеҥ-) (omonim sözdür; digər mənası (isim halında) "paltarın qolu (rusca "rukav (рукав)")"dır)
yaxarmaq (yəni "israrla yalvarmaq"; "yalvar-yaxar" ifadəsindəki kimi) tyakar- (јакар-)

(Qeyd: bu söz altay dilində "əmr etmək, tələb etmək" mənalarında işlədilir)

toxtamaq[34] tokto- (токто-)
düşmək tüş- (тӱш-)
düşürmək, düşürtmək, düşdürmək tüjür- (тӱжӱр-)
dolmaq tol- (тол-)
doldurmaq toltır- (толтыр-)
düzəlmək tüzel- (тӱзел-)
düzəltmək tüzet- (тӱзет-)
vermək ber- (бер-)
götürmək ködür- (кӧдӱр-)
satmaq sat- (сат-)
oğurlamaq uurda- (уурда-)
sağmaq ("südverən heyvanların yelinindən südü süzüb çıxarmaq" mənasında; məsələn "Camışı sağmaq.", "İnəyi sağmaq." kimi) saa- (саа-)
salmaq sal- (сал-)
tüləmək (yəni "müəyyən vaxtlarda köhnə tükünü, yununu, qabığını tökmək, təzələmək (heyvanlar və quşlar haqqında)")[35] tüle- (тӱле-)
dazlanmaq, dazlaşmaq (yəni "keçəlləşmək, saçları tökülmək") taza- (таза-)
tutmaq tut- (тут-)
qısmaq
basmaq bas- (бас-) (çoxmənalı sözdür)
sıxmaq, sıxılmaq sık- (сык-), sıqıl- (сыгыл-); həmçinin sıqın- (сыгын-)
qonmaq kon- (кон-)
oturmaq otur- (отур-)
oturtmaq, otuzdurmaq oturqıs- (отургыс-)
itələmək iyt- (ийт-) (omonim sözdür)

(Qeyd: quruluşu baxımından türk dilində ("itmek" şəklində) və bir neçə digər türk dillərində, habelə azərbaycan dilinin bəzi dialektlərində (məsələn Şəkidə "idmax" şəklində)[36] görülən "itələmək" mənasındakı "itmək" sözüylə birdir)

hörmək ("saçları hörmək" kimi) ör- (ӧр-)
yolmaq ("saçları yolmaq" kimi) tyul- (јул-)
yoluxmaq (yəni "sirayət etmək, keçmək (xəstəlik, mikrob); hal-əhval bilmək üçün birinin yanına getmək (gəlmək)") [37] tyolık- (јолык-)

(Qeyd: bu söz altay dilində "görüşmək" mənasında işlənir, yəni istifadəsi baxımından azərbaycan dilindəki görüşmək ilə bağlı ikinci mənasından nisbətən fərqlənir; azərbaycan dilindəki xəstəliklərin keçməsi ilə bağlı birinci mənasında altay dilində "tyuquş" (југуш) sözü istifadə edilir)

dartmaq tart- (тарт-)

(Qeyd: bu söz altay dilində çoxmənalı sözdür. Belə ki, altayca "tart" sözü həm "özünə tərəf dartıb çəkmək", həm "aparmaq", həm də (bir neçə türk dillərində (məsələn qazax dilində) olduğu kimi) "siqaret çəkmək" mənalarında istifadə olunur. Semantik olaraq bizim dilimizdə "çəkmək" sözünün işləndiyi yerlərdə işlənilir.)

sürtmək sürt- (сӱрт-)
sərmək
sarmaq, sarımaq
səpmək, səpələmək
saçmaq çaç- (чач-) (omonim sözdür)
yaymaq tyay- (јай-) (omonim sözdür)
yayılmaq tyayıl- (јайыл-)
bürümək bürke- (бӱрке-)
sevmək (həmçinin "söymək" (dialekt söz, "sevmək" mənasında)) süü- (сӱӱ-)
sevinmək (həmçinin "söyünmək" (dialekt söz)) süün- (сӱӱн-)
qucaqlamaq, qucaqlaşmaq (həmçinin "qucaqdamaq, qucaqdaşmaq" (xalq arasındakı tələffüz variantları)) kuçakta- (кучакта-), kuçaktaş- (кучакташ-)
geymək kiy- (кий-)
geyinmək kiyin- (кийин-)
yumaq ("su ilə təmizləmək" mənasında)
yıxamaq (yəni "yumaq")
yaxalamaq ("yaxasından tutmaq, boğazından yapışmaq; tutmaq, ələ keçirmək" mənalarında) tyakala- (јакала-)
yığmaq tyuu- (јуу-)
yığılmaq tyuul- (јуул-)
yıxmaq (yəni "yerə düşməsini, tarazlıqdan çıxmasını sağlamaq, aşırmaq") tyık- (јык-)
yıxılmaq tyıkıl- (јыгыл-)
yumşalmaq tyımja- (јымжа-)
silmək
atmaq at- (ат-) (omonim sözdür)

(Qeyd: bu söz altay dilində (fel halında) "doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq" mənasında işlənir)

oynamaq oyno- (ойно-) (çoxmənalı sözdür)
donmaq tonq- (тоҥ-)
üşümək üji- (ӱжи-)

(Qeyd: bu söz altay dilində "dondurmaq", "buz bağlamaq" kimi mənalarda istifadə edilir)

soyumaq
soyutmaq
isinmək izi- (изи-)
isitmək izit- (изит-)
ərimək eri- (эри-)
şişmək
say, san
saysız
1 - bir bir (бир)
2 - iki eki (эки)
3 - üç üç (ӱч)
4 - dörd tört (тӧрт)
5 - beş beş (беш)
6 - altı altı (алты)
7 - yeddi tyeti (јети)
8 - səkkiz segis (сегис)
9 - doqquz toqus (тогус)
10 - on on (он)
20 - iyirmi tyirme (јирме)
30 - otuz odus (одус)
40 - qırx törtön (одус)
50 - əlli bejen (бежен)
60 - altmış altan (алтан)
70 - yetmiş tyeten (јетен)
80 - səksən segizen (сегизен)
90 - doxsan toquzon (тогузон)
100 - yüz tyüs (јӱс) (omonim sözdür)
1000 - min munq (муҥ)
  • Баскаков Н. А. Алтайский язык. — М., 1958.
  • Грамматика алтайского языка, составленная членами Алтайской духовной миссии. — Казань, 1869.
  • Дыренкова Н. П. Грамматика ойротского языка. — М.-Л., 1940.
  • Тощакова Т. М. Грамматика ойротского языка. — Новосибирск, 1939.
  • Исследования по алтайскому языку: Сборник научных трудов/ Под ред. А. Э. Чумакова. — Горно-Алтайск: РИО ГАГУ, 2003. — 160 с.
  • Ерленбаева Н. В. Бытовая лексика алтайского языка. — Горно-Алтайск: РИО ГАГУ, 2008. — 184 с.
Lüğətlər
  • Баскаков Н. А., Тощакова Т. М. Ойротско-русский словарь. С приложением краткого грамматического очерка ойротского языка Н. А. Баскакова. — М., 1947.
  • Вербицкий В. И. Словарь алтайского и аладагского наречий тюркского языка. — Казань, 1884.
  • Коргунбаева Н. И. Алтайско-русский — русско-алтайский словарь. — Горно-Алтайск, 1991.
  1. 1 2 ScriptSource - Russian Federation.
  2. http://www.gks.ru/free_doc/new_site/population/demo/per-itog/tab6.xls.
  3. "Всероссийская перепись населения 2002 года. Том 13. «Коренные малочисленные народы Российской Федерации»". 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-08.
  4. "Arxivlənmiş surət". 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  5. https://azerdict.com/izahli-luget/yovuq[ölü keçid]
  6. https://obastan.com/az/dict/dialect/word/566718-QOYU
  7. https://azerdict.com/izahli-luget/%C3%B6ks%C3%BCz[ölü keçid]
  8. https://azerdict.com/izahli-luget/%C9%99s%C9%99n[ölü keçid]
  9. "Arxivlənmiş surət". 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-14.
  10. https://obastan.com/az/search/?q=s%C9%99miz
  11. https://azerdict.com/az/izahli-luget/%C3%B6yr%C9%99nci[ölü keçid]
  12. https://azerdict.com/izahli-luget/tumov[ölü keçid]
  13. https://obastan.com/az/search/?q=t%C4%B1r%C4%B1q
  14. https://azerdict.com/izahli-luget/ishal[ölü keçid]
  15. https://azerdict.com/izahli-luget/q%C9%99biz[ölü keçid]
  16. https://azerdict.com/izahli-luget/ya%C5%9Fmaq[ölü keçid]
  17. https://azerdict.com/izahli-luget/ya%C5%9F%C4%B1rmaq[ölü keçid]
  18. "Arxivlənmiş surət". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  19. "Arxivlənmiş surət". 2014-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  20. "Arxivlənmiş surət". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-14.
  21. https://azerdict.com/izahli-luget/üzəngi[ölü keçid]
  22. "Arxivlənmiş surət". 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  23. https://azerdict.com/izahli-luget/yor%C4%9Fa[ölü keçid]
  24. https://obastan.com/az/search/?q=ar%C4%9Fal%C4%B1
  25. "Arxivlənmiş surət". 2014-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.
  26. "Arxivlənmiş surət". 2015-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.
  27. http://obastan.com/az/dict/dialect/word/570601-S%C6%8FS%C4%B0YM%C6%8FX%E2%80%99
  28. https://azerdict.com/izahli-luget/sovurmaq[ölü keçid]
  29. "Arxivlənmiş surət". 2020-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  30. https://azerdict.com/izahli-luget/qaxmaq[ölü keçid]
  31. "Arxivlənmiş surət". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-14.
  32. "Arxivlənmiş surət". 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
  33. https://azerdict.com/izahli-luget/yort[ölü keçid]
  34. https://obastan.com/ru/search/?q=toxtamaq
  35. https://azerdict.com/izahli-luget/t%C3%BCl%C9%99m%C9%99k[ölü keçid]
  36. https://obastan.com/az/dict/dialect/word/564158-%C4%B0DMAX
  37. https://azerdict.com/izahli-luget/yoluxmaq[ölü keçid]