Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Beslan
Beslan (rus. Бесла́н) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən şəhər. 2010-cu ilə olan məlumata əsasən şəhərdə 36 min nəfərə yaxın əhali yaşayır. Şimali Osetiyanın önəmli mərkəzlərindən olan şəhərin etnik tərkibi müxtəlifdir. Belə ki, Beslan əhalisinin 81.78% osetinlərdən ; 13.51% isə ruslardan ibarətdir.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Beşdam
Beşdam — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Beşdam kəndi Zarat kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Beşdam kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 511 nəfərdir.
Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Məlumat == Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin] == Əhalisi və coğrafi mövqeyi == Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin] == İnfrastruktur == Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Bəğlan
Bəğlan vilayəti
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Səddam
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdir Qəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi..
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946, Qaryagin rayonu – 2 dekabr 2019, Bakı) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti. == Həyatı == Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi. == Təhsili və karyerası == 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961–1965-ci illərdə Ü. Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda "Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994–2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-cü ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Bəhram Məmmədzadə
Bəhram Məmmədzadə (18 aprel 2000, Kəlvəz, Lerik rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhram Elman oğlu Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Subay idi. Qardaşı İman Məmmədzadə də İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Bəhram Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Bəhram Çubin
Bəhram Çubin (VI əsr, Rey və ya Sasanilər dövləti – 592, Yeni Mərgilan və ya Qərbi Göytürk xaqanlığı) — Mihrani sülaləsinə mənsub Sasani sərkərdəsi və İran imperatoru (590 591). == Həyatı == Bəhram Çubin Bizansla mübarizəyə başçılıq etmiş, Orta Asiyadan İrana hücum edən Göytürk imperiyasının ordusunu məğlub edəndən sonra IV Hürmüzdü (579–590) taxtdan salmış və özünü şahənşah elan etmişdi. Lakin II Xosrov Pərviz Bizans qoşunlarının köməyi ilə Bəhram Çubinə qalib gəlmişdi (591). Bəhram Çubin türk xaqanının yanına getmiş və çox keçmədən orada öldürülmüşdür.
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.
Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” == Həyatı == İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur. Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır. 40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir. O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi. 2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur. Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhram Əfşar
Bəhram Əfşar və ya Qasım Əfşar (5 noyabr 1951, Tehran – 16 may 2018, Tehran) — İran televiziyasının xəbər ankeri. == Həyatı == Tehran şəhərində dünyaya gəlib.
Bəhram Əfəndiyev
Bəhram Tofiq oğlu Əfəndiyev (25 avqust 1910 – 3 avqust 1967) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). == Həyatı == Bəhram Əfəndiyev 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulmuşdur. 1927–1931-ci illərdə Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib. 1929–1932-ci illərdə Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb. 1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə başlı təhsilini yarımçıq qoyub. 1933-cü ildə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, 1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib. 1944–1945-ci illərdə Qazax Dövlət Dram Teatrının direktoru, 1945–1948-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, 1948–1949-cu illərdə Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, 1950–1956-cı illərdə Göyçay sənət artelində texniki rəhbət, 1934–1944 və 1956–1967-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib. 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Bəhram Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Bəhram Əsgərov
Bəhram Mehrəli oğlu Əsgərov (5 oktyabr 1933, Tovuz rayonu – 12 mart 2014, Bakı) — fizika–riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universiteti bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Bəhram Əsgərov 5 oktyabr 1933-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. 1952 −1957-ci illərdə Azərbaycan Dövlət Universiteti fizika fakültəsində təhsil alır. 1962-ci ildə Leninqrad şəhərində "Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1968-ci ildə dosent elmi adı almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsində "Bərk cisimlər fizikası" kafedrası yaratmış və ömrünün sonunadək onunun müdiri işləmişdir. 1960–1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi. 1966 – 1971-ci illər Bakı Dövlət Universiteti "Molekulyar fizika" kafedrasının dosenti işləmişdir. 1971-ci ildə yenidən Leninqrad şəhərində "Yarımkeçiricilərdə kinetik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilir.