Bədəlan

BədəlanAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.

Bədəlan
38°56′58″ şm. e. 48°41′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2598 (2017) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4412[1]
Bədəlan xəritədə
Bədəlan
Bədəlan

Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin]

Əhalisi və coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Bədəlan kəndi respublikanın cənub-şərqində — Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin]

Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir. Elektrik enerjisindən itifadə edən abonentlərin sayı 1838 nəfər, təbii qazdan istifadə edən abonentlərin sayı isə 1585 nəfərdir. Kənddə 20 mağaza, 7 avtomobil təmiri sexi, 5 plastik qapı-pəncərə sexi, 2 aptek, 2 çörəkbişirmə sexi, 9 ictimai iaşə müəssisəsi, yanacaqdoldurma məntəqəsi, şadlıq evi və mərasim zalı əhaliyə xidmət göstərir. 71 saylı Masallı kənd Dairə Seçki Komissiyası özündə 42 Məntəqə Seçki Komissiyasını birləşdirməklə Bədəlan kəndində fəaliyyət göstərir.[mənbə göstərin]

Kəndin arxeoloji mənzərəsi göstərir ki kəndin yaşı tunc dövrünə gedib çıxır. Kənddə bir sıra tarixi abidələr də mövcuddur. Belə ki, kənd ərazisində erkən tunc dövrünə aid "Lələtəpə" abidəsi və bir sıra kurqanlar mövcuddur. Orta əsr abidələrindən Piəğəb ziyarətgahı, Rəsullulah bulağı, Qaraxan təpəliyi, Ğənqəl qalası və sair tarixi abidələr də aşkar edilib. Kənddə mövcud olmuş tarixi hamam kompleksi hazırda sıradan çıxmış və yerində yenisi tikilmişdir. Kənd qəbiristanlıqlarında zona üçün xarakterik olan qoç fiqirlu daş abidə və üzəri ərəb qarafikasının nəstəliq xətti ilə yazılmış, qılınc və şeypur təsviri olan qədim məzar daşları mövcuddur. Bütün bunlar Səfəvilər dövründə ordunun döyüşlərdən sonra bu kəndə çəkilməsini, kənd əhalisinin bu orduda vuruşub yaralanmasını və ordunun yaralı döyüşçülərinə sığınacaq verməsini deməyə əsas verir. Talış xanlığının və bölgənin tarixinə həsr olunmuş "Əxbərnamə" və "Cavahirnameyi Lənkəran" əsərlərində də kəndin tarixinə aid bir sıra qiymətli məlumatlar özünə yer almışdır. Bu əsərlərdə Talış xanlığı uğrunda Rusiya-İran müharibələrində hər iki tərəfə qarşı vuruşan xanlıq ordusunun əsas quvvəsinin tüfəngçilər olması və bu tüfəngçilərin əsasən bədəlanlılardan ibarət olması özünə yer alıb. Əsərdə tüfüəngçilərin başçısının da bu sahədə öz xüsusi məharəti ilə seçilən "bədəlanlı keçəl Məmmədəli" olması və kənd sakinlərinin işğalçılara qarşı amansız mübarizəsi dəfələrlə təsvir edilib. Əsərdə Mirhəsən xanın rəhbərliyi ilə işğalçılara qarşı vuruşan Talış xanlığı qoşunlarının döyüşdən geri çəkilən zaman məhz Bədəlan kəndinə sığınması bu kənd əhalisinin bölgədə etibar və döyüşkənliyini göstərən ən parlaq bir nümunədir. Qeyd edilən mənbələrdə hətta müharibələrdən və bölgə çarizmin nəzarətinə keçəndən sonra belə rus qoşunlarının Ərkivan qalasından Lənkəran qalasına manevr və yerdəyişməsi zamanı Bədəlan kəndindən keçən zaman kəndçilərin silahlı hücumlarına məruz qalması diqqəti çəkir. 1886-cı ildə Rusiya İmperiyası tərəfindən ailələr üzrə aparılmış kameral siyahıyaalınmaya əsasən Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan və Xanalion kəndlərində ümumilikdə 201 evdə 1358 nəfər (966 nəfəri kişi, 392 nəfəri isə qadın) əhali yaşadığı qeyd edilib. 1914-cü il tarixinə "Qafqaz kalendarı"nda çarizmin rəsmi məlumatına görə Bədəlan kəndində hər iki cinsdən ümumilikdə 1555 nəfər əhali yaşayırdı. Mənbələrdə hazırkı Bədəlan kəndinin xanlığın tarixi Uluf və Dəştvənd mahallalrına daxil olması qeyd olunub. Çarizim dövründə kənd inzibati bölgüyə Lənkəran "uezd"inə, Azərbaycan Demokratik Cumhuriyyəti və Sovet hakimiyyətinin ilk illərində isə Lənkəran qəzasına daxil idi. 1930-cu ildə mərkəzi Masallı yaşayış məntəqəsi olamqla eyni adlı inzibati rayonu təşkil edildi və o vaxtdan kənd bu rayonun tabeliyinə verildi. Sovet hakimiyyətinin ilk illərində rayonda mövcud olan 4 ilk partiya təşkilatından biri də məhz Bədəlan kəndinə təsis olunmuşu.[mənbə göstərin]

Kənd qəbiristanlıqlarında üzərində qılınc və şeypur olan qədim məzar daşlarının olması kənd əhalisinin həmişə yadellilərlə silahlı mübarizədə olmasını göstərən maddi tarixi nümunələrdir. Səfəvilər dövlətinin yaranmasında və Rusiya-İran müharibəsində kənd əhlisinin iştirakı tarixi yazılı mənbələrdə qeyd edilmiş, xüsusən kənd tüfəngçilərinin bu döyüşlərdə xüsusi çəkisi və məharəti diqqəti çəkir. Dünya müharibələrində kənd sakinlərindən yüzlərlə insan döyüşlərdə hərbçi kimi bəşəriyyətin xilas olunmasında iştirak etmişlər. Bu insanlrın mütləq əksəriyyəti hərbi əməliyyatlar zamanı itkin düşmüş və həlak olmuşlar. Dünya və ölkəmiz üzərindən faşizim təhlükəsinin dəf edilməsində Bədəlan kəndindən 57 nəfər, Çayqıraq kəndindən 29 nəfər, Aşurlu kəndindən 39 nəfər və Dəmirçi kəndindən 29 nəfər olmaqla ümumilikdə 154 nəfər həlak və itkin düşmüşlər. Ölkəmiz müstəqilliyə qovuşan ərəfədə erməni işğalçılarına qarşı döyüşlərdə kəndin onlarla sakini könüllü iştirak etmişdir. Belə ki, Qarabağ uğrunda döyüşlərdə kənd sakinlərindən Davud Qulamov (Bədəlan), Arif Fərzullayev (Bədəlan), Eldəniz Rəsulov (Bədəlan), Nəsib Tağıyev (Bədəlan), Bəxtiyar Gənciyev (Aşurlu), Kamran Həsənov (Çayqıraq), Zakir Abbasov (Çayqıraq) və Mətləb Bağırov (Dəmirçi) olmaqa 7 nəfər şəhid olmuş və itkin düşmüş, 6 nəfər isə əlil olmuşdur. Dünya və Qarabağ müharibələrində şəhid və həlak olanların xatirəsi kənddə əbədiləşdirilmişdir. Belə ki kəndin mərkəzində həlak olanların və itkin düşənlərin xatirələrinə möhtəşəm abidə kompleksi ucaldılmış, məktəblərə şəhidlərin adı verilərək xatirələri əbədiləşdirilmişdir. Bütün kənd məzarlıqlarında şəhidlərin və həlak olanların xatirələrinə abidə qoylmuş və məzaüstü abidələri ucaldılmışdır.[mənbə göstərin]

Mədəni və tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

1843-cü ildə çarizm tərəfindən aparılmış kameral siyahıyaalınmaya aid arxiv sənədlərinə görə kəndin Aşurlu ərazisində məscidin və onun nəzdində mədrəsə tipli məktəbin fəaliyyət göstərməsi qeyd edilib. Sonrakı illərdə bu məscid yenidən tiklisə də hazırda o memarlıq abidəsi kimi dövlət tərəfindən tarixi abidələrin inventar fonduna daxil edilərək xüsusi qorunur. Hazırda dini icma formasına Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərində 5 məscid və 2 ziyarətgah fəaliyyət göstərir.[mənbə göstərin]

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Bədəlan kənd inzibati ərazi dairəsi zonanaya xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Sitrus, dənli, texniki və yem bitkilərin əkilməsi üçün də torpqalar münbitdir. Tütünçülük, çayqçılıq və baramaçılıq sahələri bir vaxtlar kənd iqtisadiyyatında mühüm yer tuturdu. Bu torpqalarda ildə hətta 3 dəfə məhsul əkib-becərmək belə mümkündür. Ərazi rekrasiya ehtiyatlıdır. Bədəlan kənd inzibati ərazi dairəsi rayonun inkişaf dinamikasına görə ən qabaqcıl yaşayış məntəqəsidir. Sovetlər dövründə kənddə çay fabriki fəaliyyət göstərsə də, sonralar fabrik fəaliyyətini dayandırmışdır. Dənli bitkilər və taxılçılıq bir vaxtlar kəndin əsas məşğuliyyəti olub. Kənddə tarixən zonaya xas olan çəltikçilik bir vaxtlar geniş yayılmışdır. Belə ki, burada çəltiyin "Ənbərəbu", "Sədri", "Haşimi" növlərindən torpaq sahələrinin əkilməsində geniş istifadə edilirdi. Hazırda kənddə buğda və arpa sahələri az da olsa mövcuddur. Kənd əhalisi tarixən kənd təsərrüfatı və xırda sənətkarlıqla məşğul olublar. Belə ki Bədəlan və Aşurlu kəndinin əhalisi əsasən maldarlıq, Çayqıraq kəndinin əhalisi əsasən tərəvəzçilik və maldarlqıla məşğul olurlar. Dəmirçi kəndinin əhalisi isə əsasən kənd təsərrüfatı avadanlıqlarının sənətkarlığı ilə məşğul olurlar və kəndin adı da məhz məşğuliyyətləri ilə əlaqədar yaranmışdır. Kənd əhalisinin boyuk bir qismi hazırda təmir-tikinti və ticarət sahəsində fəaliyyət göstərməyə üstünlük verirlər. Təhsil, səhiyyə və dövlət qulluğu sahəsində çalışanlar da az deyil.[mənbə göstərin]

Elm və təhsil

[redaktə | mənbəni redaktə et]

Bədəlan kənd inzibati ərazi dairəsində 640 yerlik Bədəlan tam orta məktəbi, 140 yerlik Çayqıraq kənd ümumi orta məktəbi, 180 yerlik Dəmirçi kənd ümumi orta məktəbi, 60 yerlik uşaq-bağça kompleksi və Masallı Peşə Məktəbi fəaliyyət göstərir. Hazırda Bədəlan ümumi orta məktəbində 266, Çayqıraq ümumi orta məktəbində 140 və Dəmirçi kənd ümumi orta məktəbidnə isə 342 şagird olmaqla ümumilikdə kənd ümumtəhsil məktəbləridndə 748 şagird təhsil alır. Bədəlan kənd tam orta məktəbində 31 pedoqoji, 13 texniki, Çayqıraq kənd ümumi orta məktəbində 21 pedoqoji, 8 texniki və Dəmirçi kənd ümumi orta məktəbində 29 pedoqoji və 13 texniki işçi çalışır. Bədəaln uşaq bağşasında isə 4 pedoqoji 13 texniki işçi çalışır. Bədəlan kəndində kitabxana müdiri və kitabxanaçının çalışdığı 9300 kitab fonduna malik kitabxana fəaliyyət göstərir. Dəmirçi kəndində bədii yaradıcılıq klubu fəaliyyət göstərir. Bir vaxtlar kənd Mədəniyyət Evində yetişən bir-neçə müğənni hazırda respublikada tanınırlar. Bunlardan Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfovu və müğam ustadı Həbib Rəhimovu göstərmək olar.[mənbə göstərin]

Kənddə 4 həkim, 9 orta tibb işçisi və 2 texniki işçini özündə birləşdirən həkim məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.[mənbə göstərin]

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.