Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brınza
Brınza pendiri (azərb. Ağ pendir) – Ağ rəngli duzlu pendir növu. Hazrılanmasında inək, camış, qoyun və keçi südlərindən, bəzən isə onların qarışığından istifadə edilir. Əsasən Şərqi Avropa, Qafqaz və Balkan xalqları arasında yayılıb. Azərbaycanda ağ pendir kimi tanınır. == Tarixi == İlk dəfə bu söz, 1370-ci ildə Xorvatiyanın Dubrovnika portunda qeydə alınıb. Qeyddə pendirin adı "Vlaha pendiri" olan "Brençe" kimi keçir. Daha sonra 1470-ci ilə aid mənbələrdə Macarıstan Krallığı və 1527-ci ilə aid sənədlərdə Polşanın Podhale əyalətində bu pendirdən bəhs edilir. Daha sonrakı dövrlərdə isə Slovakiya və digər Aropa ölkələrində bu pendir barədə məlumatlara rast gəlmək olar. == Xüsusiyyəti == Brınza ağ rəngli, bəzən az sarıya çalan rəngi olan pendirdir.
Berinia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
Bransa
Bransa (fr. Bransat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03038. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 513 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə 343 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.5%). Fəal olan 253 nəfərdən 223 nəfəri (114 kişi və 109 qadın), 30 nəfəri işsiz (21 kişi və 9 qadın) idi.
Branta
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .
Tringa
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) == Həmçinin bax == Sahil daşçevirəni Adi caydaqcüllüt Sağsağanı alacüllüt Qara ilbizcüllüt Fiyu ilbizcüllüt == Xarici keçidlər == Green Sandpiper (Tringa ochropus) == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Erinia
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Linza
Linza (alm. Linse‎, lat. lens - mərcimək) — sferik səthlərlə hüdudlanmış şəffaf cisim. Linzalar iki cür olur qabarıq və çökük. Ortası kənarlarından nazik olan linza çökük, qalın olan isə qabarıq linzadır. Linzaların hazırlanmasında optik şüşədən, kristallardan, şəffaf optik plastikdən və digər materiallardan istifadə olunur. Linzalar teleskop, binokl, kamera kimi görmə cihazlarının əsas detallarından biridir. Onlardan həmçinin görmə qüsurlarını aradan qaldırmaq üçün eynəklərdə istifadə olunur.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. == Coğrafiya == Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
Ninza
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. == Tarix == Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər.
İrina
İrina — ad.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Aranza Vazkez
Berinia aurea
Crepis aurea (lat. Crepis aurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Leontodon aureus L., Syst. Nat. ed. 10: 1193. 1759 Andryala aurea (L.) Scop., Annus Hist.-Nat. 2: 58. 1769 Hieracium aureum (L.) Scop., Fl. Carniol., ed.
Berinia biennis
Crepis biennis (lat. Crepis biennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Hedypnois biennis (L.) Huds., Fl. Angl.: 342. 1762 Hieracium bienne (L.) Hornem., Hort. Bot. Hafn.: 763. 1815 Limnoseris biennis (L.) Peterm., Fl. Lips. Excurs.: 589.
Branta albifrons
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Branta ruficollis
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. == Həyatı və karyerası == Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Brenda Villa
Brenda Villa (18 aprel 1980, Los-Anceles, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brenda Villa, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Brenda Villa, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Brenda Villa, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Brenna Sparks
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.
Brenna Sperk
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı. Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi. 2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir.