Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Axill (Misir)
Axill (q.yun. Ἀχιλλᾶς; e. ə. I minillik – e.ə. 48, İsgəndəriyyə) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Kiçik gizir
Kiçik gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Memfis (Misir)
Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda yerləşmişdir.
Misir (dəqiqləşdirmə)
== Coğrafi mənalar == Misir Ərəb Respublikası — Şimali Afrika və Qərbi Asiyada dövlət Qədim Misir — (ən qədim dövrdən e.ə. 30-cu ilə qədər) Roma Misiri — (e.ə. 30–b.e.
Misir himni
Bilady, Bilady, Bilady ("Mənim ölkəm, mənim ölkəm, mənim ölkəm"; ərəb. بلادي بلادي بلادي‎‎ Bilādī, bilādī, bilādī) - Misir dövlət himni. Melodiya Seyid Dərviş (1892-1923) ilə yazılıb və 1979-cu ildə təsdiq olunub. Müasir versiyada dördənə məsnəvi var amma ancaq birinci himn kimi istifadə olunur. Bu himn "Walla Zaman Ya Selahy" (Birləşmiş Ərəb Respublikası himni) əvəz edmişdir.
Misir inqilabı
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. == Hüsnü Mübarəkin hakimiyyəti == === Fövqəladə vəziyyət === 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. == Etimologiyası == Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. == İqtisadi əhəmiyyəti və tətbiqi == Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. == İstinadlar == == Xarici keçidlər == Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Misir vağı
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Misir xidivliyi
Misir xidivliyi — 1867-ci ildən 1914-cü ilə qədər tarixi dövlət. Mərkəzi Qahirə idi.
Misir yazısı
Misir heroqlif yazısı — dünyanın ən qədim yazı sistemlərindən biridir. == Yaranması == Misirdə dövlət meydana gələndən sonra yazı qəti şəkildə yarandı. Əvvəlcə misirlilər demək istədikləri şeyin sadəcə şəklini çəkirdilər. Məsələn, içərisinə nöqtə qoyulmuş dairə "günəş", yay-oxlu insan isə "döyüşçü" demək idi. Buna piktoqrafiya deyilir. Yazının heroqriflərdən təşkil olunması Qədim Misirdəki səsli danışığın araşdırılmasını çətinləşdirir. Sonralar hecaları və ayrı-ayrı səsləri də işarələrlə göstərməyə başladılar. Bu cür işarə şəkillərə heroqlif deyilir. Yazı yazmaq üçün Nil çayının dayaz yerlərində bitən papirus adlı qamışdan istifadə edirdilər. Papirusun gövdəsini nazik zolaqlar şəklində kəsir və bunları kağıza oxşayan vərəqlər şəklində bir-birinə yapışdırırdılar.
Misir şəhərləri
Misir şəhərlərinin siyahısı
Misir Əhmədov
Misir Əlibaba oğlu Əhmədov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Misir Əlibaba oğlu Əhmədov 1936-cı il iyulun 24-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Çaykənd kəndində anadan olmuşdur. 1952-ci ildə Aykənd yeddiillik məktəbini qurtardıqdan sonra Qazax rayonunun Zoobaytarlıq Texnikumuna daxil olub, 1957-ci ildə oranı zootexnik ixtisası üzrə bitirmişdir. 1957-1960-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1961-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin axşam şöbəsində ali təhsil almışdır. 1961-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda baş texnik, sonra isə kiçik elmi vəzifələrində işləmişdir. 1967-1975-ci illərdə həmin institutun Sumqayıt Filialında, 1975-1978-ci illərdə isə Azərbaycan EA Xlor-üzvü Sintez İnstitutunda kiçik elmi işçi, 1978-1991-ci illərdə böyük elmi işçi işləmiş, 1991-1992-i illərdə isə laboratoriya müdiri vəzifəsini icra etmişdir. == Elmi fəaliyyəti == 1974-cü ildə “Epixlorhidrinin alkenil törəmələrinin sintezi və bəzi çevrilmələri” mövzusunda namizədlik, 1992-i ildə isə “Homoallil xlorhidrinlərin və allillə əvəz olunmuş oksiranların sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. M.A.Əhmədovun tədqiqat obyekti yeni xlorkarbinol enofillərinin olefinlərlə xiral və axiral tipli Lyuis turşuları katalizatorları iştirakı ilə kondensləşməsindən, homoallilxlorhidrinlərin və uyğun oksiranların fərdi regio- və stereoizomer, həmçinin enantiomerlər şəklində alınması üçün aparılan “en” sintezinin yeni variantlarının işlənib hazırlanması və sistemli öyrənilməsindən ibarətdir. O, alifatik və tsiklik olefinlərin, metallilxloridin, izoprenin xiral və axiral Lyuis turşuları iştirakı ilə “en” sintezini aparmışdır.
Misir əyaləti
Misir əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Nom (Misir)
Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bagnall, Roger S., Egypt in Late Antiquity, Princeton: Princeton University Press, 1996. Bowman, Alan K., Egypt after the Pharaohs, Oxford: Oxford University Press, 1990.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Qısıl xan
Qısıl Xan — türk və altay mifologiyasında hirs ilahı. Qızıl Xan şəklində də deyilər. İnsanlara hirs duyğusu verər. Yer üzündəki kin və nifrət özündən qaynaqlanar. Qırmızı bir qılıncı və qırmızı bir toppuzu vardır. Davamlı qızğın bir görünüşü vardır. Hirsləndiyində göyün səs-küyünə bənzər güclü bir səs çıxarır. Monqollarda bir çox tanrıya Ulan (Ulağan) yəni qırmızı sözünün sifət olaraq verilməsi bu tanrı ilə əlaqəli ola bilər. == Etimologiya == (Qız/Qıs/Qıy) kökündən törəmişdir. Hirsin və qanın rəngi olan qırmızı ve qızıl sözü eyni kökdən gəlir.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünür: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Sfinks (Misir)
Sfinks — Qədim Misir mifologiyasına görə qoruyucu tanrı (başı insan, bədəni şir). Cizədə Qədim Misir dövründə qurulmuş sfinks heykəli. Nilin qərb sahilində, Gizə yaylasında yerləşir. Ehtimala görə, Qədim Padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulmuşdur. Nəhəng və monolit qayadan yonulmuş uzanmış, insan başlı şir formasında heykəlin uzunluğu 73 m, hündürlüyü 20 metrdir. Heykəlin üzü Nil çayına, gündoğana baxır. Qədim Şərqdə şir günəş ilahisi kimi tərənnüm edilirdi. Qədimdən fironlar şikarını parçalayan aslan kimi təsvir edilirdilər. Buna əsasən də Sfinks firon məqbərələrinin qoruyucucusu sayılır.