Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşlamış qalıqlar
Daşlamış qalıqlar — keçmiş geoloji dövrlərin çöküntü süxurlarında qorunub qalmış heyvan və bitkilər == Haqqında == Daşlaşma prosesi zamanı suda həll olmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfit birləşmələri çürümə nəticəsində heyvan qalığındakı boşluqlara dolur, skelet və onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşaraq Daşlamış qalıqlar əmələ gəlir.
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Əhməd Yaramış
Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi. == Həyat və təhsili == 1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir. == Karyerası == 1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi.
Dostluqdan Yaranmış (1973)
== Məzmun == Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. == Məzmun == Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Dostluqdan yaranmış (film, 1973)
== Məzmun == Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Yengicə-i Yaranmış (Mərənd)
Yengicə-i Yaranmış (fars. ينگجه يارانميش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 8 nəfər yaşayır (6 ailə).
Azərbaycanda dağılmış mədəni irs nümunələrinin siyahısı
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı. == Siyahı == === Şirvanşahlar sarayının bir hissəsi === Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu. Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı. Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır. Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır.