Palıda sarılmış üzüm

Palıda sarılmış üzümVahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı.

Palıda sarılmış üzüm
İlk nəşr
İlk nəşr
Müəllif Vahid Məmmədli
Janr Roman
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2021
Nəşriyyat Elm və təhsil
Səhifə 240
ISBN 978-9952-532-42-5

Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır.

Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır.

Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]