Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DevOps
DevOps ("Development" və "Operations" ingilis sözlərinin qısa forması) proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqamların hazırlanması prosesidir. Həmçinin bu prosesə hazırlanmış proqramların inteqrasiyası, testi, serverdə yerləşdirməsi və gələcəkdə lazım olarsa hər hansı digər bir mühitə daşınması prosesinin avtomatlaşdırılması da daxildir. Bu prosesin və ya mədəniyyətin formalaşdırılmasında əsas məqsəd proqram təminatının daha sürətli və etibarlı şəkildə hazırlanması, lazımi dəyişikliklərin edilməsi və sifarişçiyə çatdırılmasıdır. DevOps sistemlərin inkişaf dövrünü təkmilləşdirmək və qısaltmaq üçün bir vasitə kimi proqram təminatının hazırlanması (Dev) və İT əməliyyatlarının (Ops) işini inteqrasiya edir və avtomatlaşdırır. == Tarixi == Agile 2008-ci il konfransında Andre Şafer və Patrik Debis "Agile Infrastructure" təqdim elədilər. DevOps anlaylşı 2009-cu ildə isə Belçikada keçirilən və bir neçə gün davam edən "devopsdays" (devops günləri) konfrasından sonra məşhurlaşmağa başladı. O vaxtdan bəri dünyanın bir çox ölkələrində bu tipli konfranslar keçirilməkdədir. == Ümumi baxış == Adətən funksional olaraq şöbələrə və ya qruplara ayrılmış təşkilatlarda demək olar ki, İT əməliyyatları arasında inteqrasiya olmur. Lakin DevOps elə bir proseslər və metodlar çoxluğu ortaya qoyur ki, tətbiqi proqramların yardilması, testi və proqramı təhvil alındıqdan sonra olan əməliyyatlar daima bir biri ilə əlaqəli şəkildə inkişaf etsin. == DevOps alətlər zənciri == Devops əməkdaşlıq nəticəsində formalaşan bir prosess olduğundan konkret unikal "DevOps aləti" mövcud deyil.
Devdas
Devdas (film, 1928)
Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Cəlaləddin Dəvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Devils-Tauer
Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir. == Haqqında == Devils-Tauer Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır. == Quruluşu == Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır. == Kino aləmində == Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir.
La Defans
La Defans (fr. La Défense) — Paris şəhərində biznes rayonu. == Tarixi == Parisin ətrafında işgüzar münasibətlər üçün nəzərdə tutulmuş Defansın tikintisinə 1955-ci ildə başlanmışdır. Sahəsi 130 hektardı. Defansda müasir üslubda ən hündür binalar inşa olunmuşdur. Onların əksəriyyəti müxtəlif şirkət və kampanyaların ofisləridir. Total, Fiat, Manxetten, Qen şirkətlərinin əsas mənzil qərargahlarının yerləşdiyi Defansda danimarkalı arxitektor İohan Otto fon Şpreiyülün Layihəsi əsasında tikintisi 1989-cu ildə başa çatdırılmış "Böyük tağ"ın hündürlüyü 105 metrdir. Şüşə və mərmərdən ibarət olan tağa liftlə qalxmaq mümkündür. Bu tağ inşa edilərkən onun Zəfər tağı ilə üzbəüz durması əsas götürülmüşdür.
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. == Coğrafiya == Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Əhməd Zevayl
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == === Uşaqlıq illəri === Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Simcur Dəvati
Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir. == Həyatı == Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur. Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür.
Turret-Levans
Turret-Levans ( (fr. Tourrette-Levens) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 16,5 km², əhalisi — 4639 nəfərdir (2006) artım tendensiyası ilə: 4786 nəfər (2012), əhalinin sıxlığı 290,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 4731 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 4786 nəfər.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Ancela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944, Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Anjela Devis
Ancela İvonna Devis (ing. Angela Yvonne Davis; 26 yanvar 1944, Birminqem, Alabama, ABŞ) — Amerikalı hüquq müdafiəçisi, kommunist hərəkatının nümayəndəsi, sosioloq, yazıçı, Qara Pantera partiyası və Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi ilə əlaqələri olan siyasi aktivist və universitet professoru. Devis Mülki Hüquqlar Uğrunda Hərəkat dövründə tanınmış aktivistlərdən biri, ABŞ Kommunist Partiyasının üzvü və onun siyasi namizədi olmuşdur. 90-cı illərin əvvəllərində Kommunist Partiyasını tərk etdikdən sonra özünü demokratik sosialist kimi tanıdır və hal-hazırda Demokratiya və Sosializmə Uyğunluq Komitələrinin üzvüdür. == Fəaliyyəti == O, ümumdünya şöhrətini 7 avqust 1970-ci ildə 17 yaşlı Conatan Ceksonun 2 yoldaşı ilə birlikdə öz qardaşı da daxil olmaqla 3 qaradərili cinayətkarı azad etmək məqsədilə məhkəmə zalına etdiyi hücum və polisin bundan sonra həyata keçirdiyi azadetmə əməliyyatı nəticəsində hakim Harold Heylinin qətli ilə bağlı qazanmışdı. Belə ki, cinayətdə istifadə olunan odlu silah Devisin adına qeydə alınmışdı və cinayətin baş verdiyi Kaliforniya qanunlarına görə silahın sahibi cinayətin iştirakçısı hesab olunurdu. Devis polisdən qaçmağa çalışsa da, 2 ay sonra gərgin axtarışlar nəticəsində Nyu-Yorkda yaxalandı, həbs edildi və məhkəməyə cəlb olundu. Sonda isə müasir ABŞ tarixindəki ən məşhur məhkəmə proseslərindən birində bəraət qazandı. Onun Kommunist Partiyasının üzvü olması başda SSRİ olmaqla bütün dünyadakı Kommunist partiyası fəallarının kəskin etirazlarına və nümayişlərə səbəb olmuşdu. Həbsdən azad olunduqdan sonra Ancela Devis ABŞ Kommunist Partiyası Mərkəzi Komitəsinə üzv seçilmiş və 1980, 1984-cü illərdə bu partiyadan ABŞ vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürülmüşdür.
Artur Evans
Sir Artur Con Evans (8 iyul 1851[…] – 11 iyul 1941[…]) ― ingilis arxeoloq. Krit adasında Minoy sivilizasiyasına məxsus olan Knos sarayını taparaq məşhur olmuşdur.
Benni Devis
Benni Devis (21 avqust 1895, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1979, Mayami, Florida) — bəstəkar, musiqi yazıçısı, müğənni. == Həyatı == Benni Devis 21 avqust 1895-ci ildə Nyu-Yorkda anadan olub. Əsasən mahnı bəstəçisi və vodevil müğənnisi kimi tanınıb. Bir çox filmlərə musiqi bəstələyib. 20 dekabr 1979-cu ildə Mayamidə vəfat edib. Devis, yeniyetmə ikən "vaudevill"də çıxış etməyə başladı. Blossom Seeley-də müşayiətçi işləyərkən mahnı yazmağa başladı. 1917-ci ildə Cek Yellen ilə "So Long Sammy" və C. Francis Reisner ilə "Good-bye Broadway. Hi Fransa"nı yazdı. İlk müvəffəqiyyəti Con Conrad və J. Russel Robinsonun musiqisi olan 1920-ci il "Margie" idi.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.
Cefferson Devis
Cefferson Finis Devis (ing. Jefferson Finis Davis; 3 iyun 1808[…] – 6 dekabr 1889[…], Nyu-Orlean, Luiziana, ABŞ[…]) Amerika Konfederativ Ştatlarıının prezidenti. 1861–1865-ci illərdə ABŞ Vətəndaş müharibəsi zamanı, cənubda yaradılan Amerika Konfederativ Ştatlarıının prezidenti.Müharibədən sonra 2 il həbsxanada qalmışdır.Lakin heç vaxt ABŞ tərəfindən məhkəməyə çıxarılmamış və ittiham olunmamışdır.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis;; 21 yanvar 1956, Massaçusets) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. == Gənclik == 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. == Film karyerası == Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Detay (albom)
Detay – Mustafa Sandal-ın 1998-ci ildə çıxardığı 3-cü albomudur. == Mahnı haqqında == "Detay" albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aya Benzer", "Çekilin", "Mevcut" mahnılarına, həmçinin, "Detay" mahnısının remiksinə klip çəkilmişdir.
Devis Quggenhaym
Filip Devis Quggenhaym (ing. Philip Davis Guggenheim; 3 noyabr 1963, Sent-Luis, Missuri) — ABŞ rejissoru və prodüseri, Oskar mükafatı laureatı. == Həyatı == Tam adı Filip Devis Quggenhaymdır. 1963-cü ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. 1986-cı ildə Braun Universitetindən məzun olmuşdur. ABŞ aktrisası Elizabet Şue ilə evlidir. Yaratdığı filmlər və seriallar arasında ən tanınmışları "Məşq günü", "Qalxan", "NYPD Göy", "ER", "5-in şənliyi", "Didvuud"dur. Həmçinin "İlk il" və "Öyrət" adlı sənədli filmlərinin rejissorluğunu etmişdir. Ən yaxşı sənədli filmə görə onun "Əlverişsiz həqiqət" adlı sənədli filmi Oskar mükafatına layiq görülmüşdür. Ən son filmi "Qrasiya"dır.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. == Tarixi == Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Dvayt Eyzenhaver
Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890[…], Denison[d], Texas – 28 mart 1969[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952). Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir. Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Dvayt York
Duayt Eversli York (ing. Dwight Eversley Yorke; 3 noyabr 1971, Kanaan, Trinidad və Tobaqo) — Trinidad və Tobaqo futbolçusu. == Həyatı == Duayt York 3 noyabr 1971-ci ildə anadan olmuşdur. == Karyera == Yorkun futbolçu karyerasında ən böyük uğurları 1998–2002-ci illərdə oynadığı Mançester Yunayted komanda (151 görüşdə 64 qol) ilə bağlıdır. Belə ki, o, Mançester Yunayted ilə ÇL-nin qalibi olmaqla yanaşı, üç dəfə ölkə çempionluğunu qazanıb. Duayt İngiltərədə həmçinin "Aston Villa", "Blekbörn", "Birmingem", "Sanderlend" klublarında oynayıb. Son vaxtlar Avstraliyanın "Sidney" klubunda çıxış edən York uzun müddət şərəfini qoruduğu milli komandasının lideri sayılırdı. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının final mərhələsində iştirak edən Trinidad və Tobaqoda Duayt milli qəhrəman hesab olunur. 2009-cu ildə - 37 yaşında karyerasını bitirib.