Half-Life: Decay (azərb. Parçalanma) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir.
Half-Life: Blue Shift | |
---|---|
| |
Hazırlayan | Gearbox Software |
Yayımlayan | Sierra Entertainment |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri | ESRB: M |
Dizaynerlər | Rendi Piçford[2] |
Ssenaristlər |
Metyu Armstrong Brian Hess Rendi Piçford |
Texniki məlumat | |
Platformalar | PlayStation 2 |
Mühərrik | GoldSrc |
Oyun rejimləri | Kooperativ oyun |
Daşıyıcılar | CD |
İdarəetmə | Qeympad |
Rəsmi saytı |
Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır.
Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı. Ancaq o "idarəetmə ilə mümkün çətinliklər" üzündən çıxmadı.[3] Decay həmçinin Steam onlayn-yükləmə sistemi tərəfindən də dəstəklənmir. Ancaq 23 sentyabr 2008-ci ildə bir qrup fanat tərəfindən oyun uğurla PC-yə portlaşdırılır.[4]
Half-Life: Decay-ın Half-Life seriyaları arasında ən əsas unikallığı onun kooperativ rejimi dəstəkləməsidir. Oyunu birgə keçmək imkanı var. İki oyunçu Cina Kros və Kolet Qrini idarə edir və oyun "split screen" (bölünmüş ekran) rejimində keçir. Oyunun özündə də bəzən elə yerlər və hadisələr baş verir ki, onları keçmək üçün mütləq iki personajın iştirakı lazımdır.
Decay-ın bir fərqliliyi də ondadır ki, bu dəfə baş qəhrəmanları ayrıca aktyorlar səsləndirirdilər. Oyunçunun hərəkətindən asılı olaraq qəhrəmanlar müxtəlif frazalar deyirlər. Half-Life dünyasının bütün digər oyunlarda yaradıcılar qəsdən qəhrəmana heç bri səs vermirdilər ki, oynayan maksimal videooyun ab-havasına "daxil olsun".
Decay hər missiyanı keçdikdən sonra qiymətləndirmə sisteminə malikdir. Qiymətlər atəş dəqiqliyi, düşmən öldürülməsi və alınmış zədələr əsasında F-dən ("dəhşət") А-ya ("əla") kimidir. Əgər hər iki personaj bütün missiyaları А qiyməti ilə keçsə sonda "Xen Attacks" adlı mərhələ açılır. Burada hər iki oyunçu iki nəfət vortiqonla oynayır.
Oyunçuya Half-Life-da olan bütün silahları seçməyə imkan verilir. Burada yalnız qaus silahı, arbalet və kvant dağıdıcısı yoxdur. "Xen Attacks" əlavə mərhələsində, vortiqontlarla oynayanda silah uzaqdan elektrik zərbəsi, yaxından isə cırmaq olur. Bu arada vortiqont hər dəfə elektrik zərbəsi endirəndə öz canını da doldurur.
Baş qəhrəmanlar Cina Kros və Kolet Qrin — Qara Meza tədqiqat mərkəzinin əməkdaşlarıdır. Onlar Qordon Frimanın təcrübə zamanı istifadəyi etdiyi təchizata və Doktor Rozenberqin alimlərinin təhlükəsizliyinə cavabdehdirlər. Həmin alimlər Half-Life üçün ikinci əlavə Blue Shift-də əsas personajlardan biri olurlar.
Oyundakı hadisələr Half-Life ilə eyni zamanda başlayır. Cina Kros Frimana insidentin əsas səbabkarı olan test üçün nümunə gətirir. Kaskad rezonansından sonra Friman kimi onlar da öz həyatları uğrunda mübarizə aparmalı olurlar. Kros və Qrin doktor Rozenberqə yuxarıya çıxmağı və Qara Mezadan təxliyə üçün hərbiçiləri çağırmağa yardım edirlər (sonradan doktor hərbiçilər tərəfindən əsir götürülür və artıq Blue Shift-də Barni Kalhaun tərəfindən xilas edilir). Sonra onlar doktor Kellerin başçılığı altında kommunikasiya peyki hazırlayıb ona xüsusi avadanlıq qoşurlar ki, məhz bunu da Friman orijinal Half-Life-da fəzaya buraxır və kaskad rezonansının effektini az da olsa azaldır.
Oyunun sonunda hər iki personaj fəzaarası dəliyi qapatmaq üçün yerini dəyişən mayak buraxırlar. Bu zaman onları gözlənilmədən müxtəlif yerlərə atmağa başlayır. Yerdəyişmə zamanı onlar doktor Rozenberqi, Barni Kalhaunu görürlər. Nəhayət uğurla doktor Kellerin yanına qayıdırlar. Keller uğurlu əməliyyat ilə təbrik edir və deyir ki, onlar müvəqqəti harmonik reflüksə (ing. harmonic reflux) düşmüşdülər. Bu üzdən də iki axın arasında qalmışdılar. Bununla da oyun sona çatar. Qəhrəmanların Opposing Force-ın axırında işə salınmış nüvə partlayışından sonra sağ qaldıqları bilinmir. Süjetə əsasən hər iki personajın son taleləri naməlumdur.
Gearbox Software Half-Life: Decay-ın PC versiyasını hazırladığına baxmayaraq port buraxılmadı. Yaradıcıların səbəb kimi bəzi kompyuterlərdə oyun diarəetməsi ilə problem yaşanacağını gətirirdilər.[3] Və beləliklə Half-Life seriyasının çoxlu sayda fanatı bu add-onu oynamaqdan məhrum oldu.
Ancaq 2005-ci ilin oktyabr ayında Ukraynadan bir qrup entuziast Decay-ı PC-yə portlaşdırdıqlarını elan etdilər. Tezliklə onlar öz saytlarını, açdılar və bu saytı tamamilə Decay-ın portlaşdırılmasına həsr etdilər. 31 dekabr 2007-ci ildə portun beta-testi başladı.[5]
23 sentyabr 2008-ci ildə Half-Life: Decay-ın kompyuterə potlaşdırılması sona bitdi. Oyun Half-Life üçün modifikasiya kimi həm Steam həm də WON versiyası kimi yayımlandı.
Haqqında danışıldığı versiyanı həm şəbəkə vasitəsilə iki nəfər həm də tək oynamaq olar. Təknəfərli oyunda oyunçu müxtəlif tapmacaları keçmək üçün personajlar arası keçməli olur (defolt olaraq G düyməsi). İkinci personaj yerində durmaqda davam edir. Bu cür halların olmaması üçün fəaliyyətsiz personajı bot etmək düşünülürdü. Ancaq müxtəlif mürəkkəb çətinliklər üzündən final versiyaya bot əlavə olunmadı. Buna baxmayaraq fəaliyyətsiz qalan qəhrəmana düşmən yaxınlaşdıqda o, atəş açmağa başlayır (bu bəzən baş vermir). Qəhrəmanların biri öldükdə missiya yenidən başlayır.
Oyun tam olaraq PC versiyaya portlaşdırılıb.
Əlbəttə ki, Decay portlaşdırılmış versiyasında da "Xen Attack" adlı əlavə missiyası var və buradakı missiyanı heç bir xüsusi bal yığmamış oynamaq üçün PS2-versiyada coystik vasitəsilə kod yığmaq lazımdır. Bu üzdən Decay-da da portlaşdıranlar bu xüsusiyyəti daha çətin olsa da reallaşdırıblar.
"Xen Attack" missiyasını blokdan çıxarmaq üçün "Domestic Violence" missiyasında bəzi hərəkətlər etmək lazımdır. İlk növbədə PlayStation 2 coystikinin altınişanlı kodunu bilmək lazımdır: hər iki düymə kodun düzülmə qaydasına uyğun olaraq mərhələlərdəki lağımlarda gizlədilib.