Filip Devis Quggenhaym (ing. Philip Davis Guggenheim; 3 noyabr 1963[1][2], Sent-Luis, Missuri) — ABŞ rejissoru və prodüseri, Oskar mükafatı laureatı.
Devis Quggenhaym | |
---|---|
Doğum tarixi | 3 noyabr 1963[1][2] (61 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Elizabet Şue |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | kinorejissor, telerejissor, film prodüseri, ssenarist, kinematoqraf, televiziya prodüseri[d], yazıçı |
Fəaliyyət illəri | 1991-ci ildən |
davisguggenheim.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tam adı Filip Devis Quggenhaymdır. 1963-cü ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. 1986-cı ildə Braun Universitetindən məzun olmuşdur. ABŞ aktrisası Elizabet Şue ilə evlidir.
Yaratdığı filmlər və seriallar arasında ən tanınmışları "Məşq günü", "Qalxan", "NYPD Göy", "ER", "5-in şənliyi", "Didvuud"dur. Həmçinin "İlk il" və "Öyrət" adlı sənədli filmlərinin rejissorluğunu etmişdir. Ən yaxşı sənədli filmə görə onun "Əlverişsiz həqiqət" adlı sənədli filmi Oskar mükafatına layiq görülmüşdür. Ən son filmi "Qrasiya"dır.
Quggenhaym Barak Obamanın həyatından bəhs edən, Milli Demokratik Konqresində göstərilən və 2008-ci ildə televizorda göstərilən sənədli filmin rejissoru olmuşdur.
2009-cu ildə "Melrouz yeri" serialını bir müddət idarə etmişdir.
İlk dəfə 2008-ci ildə Sandans Festivalında göstərilən və 2009-cu ildə ticari efirə verilən "Hazırlaşın, səs küy olacaq" sənədli filmində Cimmi Peyc, Edge, Cek Vayt kimi gitaristlər çəkilmişdirlər. Bu sənədli film 2010-cu ildə "Gurultu ustaları" adı ilə İstanbul Beynəlxalq Film Festivalında da göstərilmişdir. Gaqqenhaymın 2010 Sandans Festivalında ən yaxşı sənədli film seçilən "Supermen üçün gözləmək" ABŞ təhsilinin nöqsanlarından bəhs edir.