Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Dune (film, 2021)
Dune (Dune: Birinci hissə) — 22 oktyabr 2021-ci ildə ekranlaşdırılan, Denis Vilnoev -in rəhbərlik etdiyi amerikan elmi fantastika filmidir. Timoti Şalame, Rebeka Ferguson, Oskar Ayzek, Coş Brolin, Stellan Skarsqard, Deyv Botista, Zendaya, David Henderson, David Henderson və Xavyer Bardem -in baş rollarda oynadığı film 1984-cü ildə buraxılmış Dune filminin yeni versiyasıdır.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dinə Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Go! Go!
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Sünə (Sərdəşt)
Sünə (fars. سونه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (39 ailə).
Xunə şəhəri
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Nune Sarkisyan
Nune Sarkisyan (erm. Նունե Սարգսյան, 26 mart 1954, İrəvan) — erməni sənət tarixçisi və müəllifi. O, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın həyat yoldaşı və Ermənistanın keçmiş birinci xanımıdır. == Həyatı == Nune Sarkisyan 1954-cü il martın 26-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Roman-german dilləri fakültəsini bitirib. O, Matenadarandakı Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda işləyib. London Universitetinin Goldsmiths Kollecini incəsənət tarixi yönündə magistri dərəcəsi üzrə bitirmişdir. Sotheby İncəsənət İnstitutunda incəsənətşünaslıq ixtisası almışdır. Daha sonra Londonun Vestminster Kollecində rəssamlıq və rəsmxət üzrə təhsilini davam etdirib. 1978-ci ildə Armen Sarkisyanla ailə həyatı qurub.
Due (rayon)
Due (fr. Douai) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nor. Suprefektura — Due. Rayonun əhalisi 2012-ci ildə 248 077 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 520 nəf./km². Sahəsi — 477 km².
Due diligence
Due Diligence, dyu-dilicens (ing. due diligence "insafı (vicdanı) borc bilmək") — investisiya risklərinin qiymətləndirilməsini, investisiya obyektinin müstəqil qiymətləndirilməsini, şirkətin fəaliyyətinin hərtərəfli öyrənilməsini, maliyyə vəziyyətinin və bazar vəziyyətinin hərtərəfli yoxlanılmasını əhatə edən investisiya obyektinə obyektiv baxış tərtib etmə qaydası. Ümumiyyətlə bir müəssisənin satın alınmasına, birləşmə (satın alma) əməliyyatının həyata keçirilməsinə, müqavilə imzalanmasına və ya bu şirkətlə iş birliyinə başlamazdan əvvəl həyata keçirilir. Bu termin ən çox maliyyə və hüquqda istifadə olunur. Metod, məlumat toplamaq və təhlil etməkdən, qarşı tərəflərlə müəyyən əlaqələrə girməyin məqsədəuyğunluğu ilə bağlı qərar vermək və təqdimetmə formasından ibarətdir. Təmkinli Due diligence köməyi ilə mümkün risklər qiymətləndirilir (məsələn, maliyyə, hüquqi və s.) Məlumat toplayarkən mənbələrindən asılı olmayaraq hər hansı bir məlumat nəzərə alınır. Alınan məlumatların öyrənilməsi müxtəlif mütəxəssislər tərəfindən ayrıca aparılır, sonra xülasə təhlili aparılır. Qərar müştərilərdən ayrı Due diligence mütəxəssislər tərəfindən verilir. Təqdimetmə forması genişləndirilə bilər (mütəxəssislərin fərdi aralıq rəyləri, məlumat mənbələri əlavə olunmaqla) və ya sonrakı fəaliyyətlərə dair qısa tövsiyə şəklində. Daha geniş mənada, ingilis dilində lazımi araşdırma anlayışı istifadə olunur.
Rah Danə (Sulduz)
Rah Danə (fars. اهدانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (177 ailə). == Tarix == Qacarlar və Pəhləvilər dövründə bu bölgənin sahibi və hökmdarı Heydər xan nəslindən olan Əhməd Əli Zeynali (Əhməd bəy) olmuşdur. Qara-Papaq türklərindən Əhməd bəy Zeynali ən böyük Böyük Sulduz idi.
İvan Duke Markes
İvan Duke Markes (isp. Iván Duque Márquez; 1 avqust 1976, Boqota) — Kolumbiyanın hazırkı Prezidenti vəzifəsini icra edən kolumbiyalı siyasətçi və vəkil. 1.7 milyona yaxın venesuelalı miqranta ölkəsində müvəqqəti oturum statusu verməsi dünya liderləri tərifindən alqışla qarşılandı. COVID-19 pandemiyası dövründə pisləşən tendensiya vəzifədə olduğu ilk ildə yoxsulluq və iqtisadi bərabərsizliyi artdı. Dukenin MQO ilə sülh danışıqlarını davam etdirməməsi müxalifət partiyaları və ictimaiyyət tərəfindən tənqid edildi. Yaranan 2020 Boqota etirazlarına və davam edən ölkə miqyaslı etiraz aksiyalarına polisin verdiyi cavab təxminən 60 şəxsin ölümü və 2.100 şəxsin yaralanması ilə yekunlaşdı. == Həyatı == Duke Kolumbiyanın paytaxtı Boqota şəhərində zəngin siyasətçi ailəsində anadan olub. Dukenin Andres və Mariya Paula adlı iki qardaşı var. Duke Roçester Kollecinə yazıldı və 2000-ci ildə Boqotada Serxio Arboleda Universitetindən hüquq məzunu oldu. Amerika Universitetində beynəlxalq iqtisadi hüquq ixtisası üzrə lisenziya və Corctaun Universitetində dövlət siyasəti idarəetmə üzrə magistr dərəcəsini alıb.
Dene-Qafqaz dilləri
Dene-Qafqaz dili Şimal yarımkürəsində danışılan geniş şəkildə ayrılmış dil qruplarını əhatə edən dilçi alimlər tərəfindən təklif edilmiş bir dil ailəsidir. Bu dil ailəsinə: Asiyada Çin-Tibet dilləri, Yenisey dilləri, Burushaski və Şimali Qafqaz dilləri; Şimali Amerikada Na-Dene dilləri ; və Avropada vaskonik dillər (o cümlədən bask dili) daxildir. Xüsusilə Şimali Amerika Na-Dene ilə Sibir Yeniseyi (Dene-Yenisey dil ailəsi) arasında daha yaxın bir əlaqə 2008-ci ildə Edvard Vajda tərəfindən təklif edilmiş və dilçi alimlər icması tərəfindən müəyyən dərəcədə qəbul edilmişdir. Ailənin qalan üzvlərinin əhatə edib etməməso məsələsi demək olar ki, bütün tarixi dilçilər tərəfindən mübahisəli hesab olunur və bir qism tərəfindən isə ümumiyyətlə rədd edilir. == Hipotezin tarixi == Dene-Qafqaz dil ailəsinə oxşar təsnifatlar hələ 20-ci əsrdə Alfredo Trombetti, Edvard Sapir, Robert Bleichsteiner, Karl Bouda, E. J. Furne, Rene Lafon, Robert Şeyfır, Olivier Guy Tailleur, Morris Svadeş, Vladimir N. Toporov və başqaları tərəfindən önə sürülmüşdü. Morris Swadesh bütün Dene-Qafqaz dil ailəsi üzvlərini "Bask-Dennean" (İngilis dilində yazarkən, 2006/1971: 223) və ya " vascodene " (İspan dilində yazarkən, 1959: 114) adlandırdığı ailəsinə daxil edirdi. Bu adlandırılma coğrafi baxımdan ən uc nöqtələrdə olan üzvləri: bask və navaxo dilləri üçün bu cür adlandırılmışdır. Svadeş öz kitabında(1959: 114) bura "bask dili, qafqaz dilləri, ural-altay, dravid, tibet-burman, çin, avstroneziya, yapon, çukçi (Sibir), eskimos-aleut, vakaş və na-dene dilləri" daxildir., və bəlkə də "Şumer". deyə qeyd edirdi Beləliklə, Svadeşin Bask-Dennean dil ailəsi (1) Ural, Altay, Yapon, Çukot dili və Eskimo-Aleut (Sergei Starostin və Cozef Qrinberqin ardıcılları tərəfindən Avrasiya dili kimi təsnif edilən dillər) daxil olmaqla, Dene-Qafqaz dil ailəsindən fərqlənirdi, (2) Starostin məktəbi tərəfindən Nostratik olaraq təsnif edilən Dravidian və (3) Avstroneziya (Starostinə görə həqiqətən Dene-Qafqaz dili ilə əlaqəlidir, lakin yalnız sonrakı mərhələdə, Dené-Daic adlandırdı və yalnız Avstraliya aborigen dilləri vasitəsilə (bax). Starostinin Boreyan makro dil ailəsi)).
Dene-Yenisey dilləri
Dene-Yenisey dili mərkəzi Sibirin Yenisey dillərindən və Şimali Amerikanın şimal-qərbindəki Na-Dene dillərindən ibarət elmə yeni təklif olunan dil ailəsidir . Dilçi alimlər icması tərəfindən qəbulu müəyyən dərəcədə uğurlu olmuşdur. Dene-Yenisey dilləri Uzaq Şərqi Sibir və Şimali Amerikada danışılan Eskimos-aleut dilləri ilə yanaşı, "Ənənəvi Müqayisəli dilçilik — Tarixi linqvistika standartlarına cavab verən Köhnə Dünya və Yeni Dünya dil ailələri arasında şəcərə əlaqəsinin ilk nümayişi" adlandırılmışdır.
Na-Dene dilləri
Na-Dene (/ˌnɑːdɪˈneɪ/ həmçinin Nadene, Na-Dené, Athabaskan–Eyak–Tlingit, Tlina–Dene)Atabaskan, Eyak və Tlinqit dillərini özündə birləşdirən yerli Amerika dilləri ailəsidir. Haida dili də əvvəllər bu qrupa daxil edilmişdi, lakin indi onun bu qrupa daxil olub olmaması dilçilər tərəfindən mübahisəlidir mövzu sayılır. Hal-hazırda ən çox danışan sayına malik olan Na-Dene dili navaxo dilidir. 2008-ci ilin fevralında Na-Dene dillərini (Haida istisna olmaqla) Mərkəzi Sibirin Yenisey dilləri ilə birləşdirən Dene-Yenisey ailəsinin varlığı təklif olunan elmi məqalə dərc olundu və bu bir çox dilçilər tərəfindən rəğbətlə qarşılandı. 2014-cü ilə aid bir məqalədə Şimali Amerikanın Na-Dene dilləri ilə Sibirin Yenisey dillərinin iki qitə arasında tarixi Berinqiya bərzəxində danışılmış ortaq mənşəli dillər olduğu təklif edildi.
A due (musiqi)
A due (ixt. - a 2) — İki həmcins musiqi alətinin unison çalması.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.