Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İvan Duke Markes (isp. Iván Duque Márquez; 1 avqust 1976[1][2], Boqota) — Kolumbiyanın hazırkı Prezidenti vəzifəsini icra edən kolumbiyalı siyasətçi və vəkil.
İvan Duke Markes | |
---|---|
isp. Iván Duque Márquez | |
Kolumbiya Respublikasının Prezidenti | |
7 avqust 2018 – h.h | |
Əvvəlki | Xuan Manuel Santos |
Kolumbiya Respublikasının Senatı | |
20 iyul 2014 – 10 aprel 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boqota, Kolumbiya |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil, yazıçı |
Həyat yoldaşı | Mariya Culiana Ruis (2003–h.h) |
Uşağı | 3 |
Dini | katolisizm |
ivanduque.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1.7 milyona yaxın venesuelalı miqranta ölkəsində müvəqqəti oturum statusu verməsi dünya liderləri tərifindən alqışla qarşılandı. COVID-19 pandemiyası dövründə pisləşən tendensiya vəzifədə olduğu ilk ildə yoxsulluq və iqtisadi bərabərsizliyi artdı. Dukenin MQO ilə sülh danışıqlarını davam etdirməməsi müxalifət partiyaları və ictimaiyyət tərəfindən tənqid edildi. Yaranan 2020 Boqota etirazlarına və davam edən ölkə miqyaslı etiraz aksiyalarına polisin verdiyi cavab təxminən 60 şəxsin ölümü və 2.100 şəxsin yaralanması ilə yekunlaşdı.[3]
Duke Kolumbiyanın paytaxtı Boqota şəhərində zəngin siyasətçi ailəsində anadan olub. Dukenin Andres və Mariya Paula adlı iki qardaşı var.[4]
Duke Roçester Kollecinə yazıldı və 2000-ci ildə Boqotada Serxio Arboleda Universitetindən hüquq məzunu oldu. Amerika Universitetində beynəlxalq iqtisadi hüquq ixtisası üzrə lisenziya və Corctaun Universitetində dövlət siyasəti idarəetmə üzrə magistr dərəcəsini alıb.[5]
Peşə fəaliyyətinə 1999-cu ildə And İnkişaf Korporasiyasında məsləhətçi kimi başlamış və daha sonra Andres Pastrana hökuməti dövründə Kolumbiya Maliyyə və Dövlət Kredit Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır.
Daha sonra, gələcək prezident və Maliyyə Naziri Xuan Manuel Santos tərəfindən 2001–2013-cü illərdə Kolumbiya İnter-Amerika İnkişaf Bankında nümayəndələrindən biri olaraq təyin edildi.
Duke eyni zamanda keçmiş Prezident Alvaro Uribe Velesin beynəlxalq məsləhətçisi vəzifəsində çalışıb. 31 may 2010-cu ildə İsrail və Türkiyə arasında "Mavi Mərmərə" olaraq bilinən Qəzza donanması insidentini araşdırmaq üçün BMT tərəfindən təyin edilmiş müstəntiqlər heyətində yer aldı.
Duke Roma katolikidir. Mariya Culiana Ruis Sandoval ilə evlidir, cütlüyün üç övladı var: Lüsiyana, Matias və Eloiza.[6]
Duke Xuan Manuel Santosun KİSQ ilə barışıq danışıqları başlatdıqdan sonra hakim rəhbər partiyadan ayrılan Demokrat Mərkəz Partiya namizədi olacaq 2014-cü ilin qanunverici seçkilərində Senata namizəd olmaq üçün Kolumbiyaya döndü. Bu yeni partiya yeni sülh müqaviləsinə və Santos hökumətinə qarşı kampaniya apardı və kompaniyaya sağçı sabiq Prezident Uribe rəhbərlik etdi.
Uribe öz siyasi partiyasını yaratdı, özünü və siyasi müttəfiqlərinin siyahısını qapalı şəkildə konqresmen postuna namizəd olaraq təqdim etdi, bu da seçicilərin şəxsə deyil, bütünlüklə partiyaya səs verməli olduğunu ifadə etdi. Duke Senata namizəd 7 şəxs arasında göstərildi və konqresmen seçildi.
Senator olduğu dövrdə dörd qanun müəllifi olmuşdur:
10 dekabr 2017-ci ildə Duke partiyası tərəfindən Kolumbiya Prezidentliyinə namizəd olaraq irəli sürüldü. Partiya tərəfindən aparılan anketlər sistemi ilə namizədliyi digər iki namizədlə müqayisədə üstünlük təşkil etdi və 29.47% səs toplayaraq qazandı. 2018-ci ilin yanvarında mərkəz-sağ koalisiyanın partiyalararası müşavirəsinə Duke, Marta Lüsiya Ramires və Alexandro Ordonezlə qarşı-qarşıya debata qatılacaq namizəd olaraq təsdiqləndi. 11 mart 2018-ci ildə Duke 4 milyondan çox səs toplayaraq birinciliyi qazandı. 1.5 milyondan bir az çox səslə Ramires ikinci, Ordonez isə 385.000 səslə üçüncü oldu. Çıxışı əsnasında Duke seçki məntəqələrində kolumbiyalılara onu dəstəklədikləri üçün təşəkkür etdi və Marta Lüsiya Ramiresin seçkilərdə ikinci olduğunu söylədi.
27 may 2018-ci ildə Duke prezident seçkilərinin ilk turunda ən çox səs toplayaraq səslərin 39%-dən çoxunu qazandı. Duke ikinci turda Qustavo Petronu 54%-in 42%-ə olan nisbəti ilə məğlub edildikdən sonra 17 iyun 2018-ci ildə Kolumbiya Prezidenti seçildi, lakin səslərin Dukenin lehinə manipulyasiya edildiyini bildirən ictimai şikayətlər çox idi. 7 avqust 2018-ci ildə Boqotanın Bolivar meydanında and içdi.[7]
İvan Dukenin prezident siyasəti sələfi Xuan Manuel Santosun immiqrasiya və Venesuela qaçqın böhranı ilə bağlı siyasətini davam etdirdi. İvan Duke hökuməti Birləşmiş Millətlər Təşkilatında Venesuela qaçqınlarına dəstəkçi oldu və onların bir çoxuna yardım, təhsil və səhiyyə xidmətləri göstərdi, digər Cənubi Amerika ölkələrinin Venesuela qaçqınlarına qapılarını bağlamasını sərt tənqid etdi. 2018-ci ildə Duke hökumət xərclərinin 0.5%-i müxalifətə ayırmasına baxmayaraq Kolumbiya büdcəsinin təxminən 20%-i qaçqınlara ayırmaq fikrini dəstəklədi. Televiziya çıxışında Duke bu tənqidə cavab olaraq dedi: "Ksenofobiyadan siyasi yol etmək istəyənlər üçün qardaşlıq yolunu tuturuq, miqrantları xaric etmək və ya ayrı-seçkilik etmək istəyənlər üçün bu gün ayağa qalxırıq, onları qəbul edəcəyik və çətin anlarda dəstəkləyəcəyik". Dukenin bu mövzuda yürütdüyü siyasət qaçqınları leqallaşdırmaq, rəsmiləşdirmək və yardım təklif etmək səylərinə görə beynəlxalq humanitar təşkilatlar tərəfindən dəfələrlə alqışlandı. Beynəlxalq Xilasetmə Komitəsi nümayəndəsi çıxışında qeyd etdi: "Heç vaxt hər hansı bir hökuməti insanları qeydiyyatdan keçirmək və sərhədləri onların üzünə açıq tutmaq üçün bu qədər çalışdığını görmədim, təəssüf ki, bu böhranı anlamayanlar da var".[8]
2020 Amerika Birləşmiş Ştatları prezident seçkiləri zamanı Duke partiyası ABŞ prezidenti Donald Trampı dəstəklədi. Kolumbiya partiyasının seçkilərdə "iştirakı" bir sıra müşahidəçilər arasında mübahisələrə səbəb oldu. Dukenin partiyası 2020-ci ildə keçirilən ABŞ prezident seçkilərində Prezident Trumpı dəstəklədikdən sonra Prezident Co Bayden hökuməti ilə Kolumbiya arasında münasibətlər gərginləşdi.[9]
2019–2020 Kolumbiya etirazları 21 noyabr 2019-cu il tarixindən bəri meydana gələn etirazlar toplusu idi. Yüz minlərlə kolumbiyalı Kolumbiya sülh prosesini dəstəklədiklərini və Duke hökumətinə qarşı olduqlarını bildirdilər.[10]
2021 Kolumbiya etirazları pandemiya fonunda Duke hökumətinin təklif etdiyi artan vergilərə qarşı 28 aprel 2021-ci ildə başladı.[11]
2008-ci ilin martında Dukenin siyasi partiyasının prezident seçkilərində saxtakarlıq etmək üçün Markitos Figeroanın narkotik ticarəti təşkilatı ilə sui-qəsd qurduğuna dair iddia edilən dəlillərin yayımlanmasından sonra Konqresin İttihamlar Komitəsi və Milli Seçki Şurası onun saxtakarlıqda iddia edilən rolu ilə bağlı istintaq başlatdı. Ali Məhkəmə siyasi sponsoru, şahid saxtakarlığı və rüşvət ittihamı ilə istintaqa cəlb olunan sağçı sabiq Prezident Alvaro Uribemin cinayəti Duke olmadan törətməsi ilə bağlı nəticəyə gəldi.
İvan Duke "Pul günahkarları", "Kolumbiyadakı Makiavelli", "Narıncı təsir" və "Qəzəb" kitablarının müəllifidir, o, həmçinin, "Narıncı iqtisadiyyat: Sonsuz fürsət" kitabının da həmmüəllifidir.[12]
Duke eyni zamanda bir neçə qəzetin müəllifi olub: Medelində "Kolumbiyalı"; Boqotada "Portfel" və "Vaxt" və İspaniyada "Ölkə".