Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mulça
Mulça - kənd təsərrüfatında mulçalamaq məqsədilə istifadə olunan üzvi və qeyri-üzvi mənşəli materiallar. == Mulçalamaq == Torpaqdan buxarlanmanı zəiflətmək, onun temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. Mulçalamaq məqsədilə mulça kağızı, tol, karton, xırda peyin, saman, daş qırıqları və s.-dən istifadə edilir.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Abdal Musa
Abdal Musa (1300, Xoy, Qərbi Azərbaycan ostanı) — türk övliyası, filosofu, ozanı. == Həyatı == Onun Anadoluya gəlişi ilə bağlı iki rəvayət var. Bir iddiaya görə, o, Buxaradan qırx abdal ilə gəlmişdir. Digər bir rəvayətə görə, Xorasanın Xoy şəhərindən gəlmişdir. Bir iddiaya görə, Təkə bəyi Abdal Musanı odda yandırmaq istəyirmiş, lakin Abdal Musa alovun içinə atılanda alov sönmüşdür. == İrsi == İndiki dövrdə Türkiyədə, Antalya vilayətinin Almalı rayonunun Təkkə məhəlləsində Abdal Musa adına zaviyə var. Bu zaviyə bəktaşilərin mühüm mərkəzlərindən biri olmuşdur.
Alfons Muxa
Alfons Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam.Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı (Slovanská epopej) üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.
Atanda Musa
Atanda Musa (3 fevral 1960) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Atanda Musa Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Atanda Musa Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Aşıq Musa
Aşıq Musa (1795–1840. 1830–1912) — XIX əsr Azərbaycan aşıqlarındandır. == Həyatı == Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir.
Banu Musa
Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim. == Həyatı == Banu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır. Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur. Qardaşlardan böyüyü Məhəmməd həndəsə və astronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər. == Fəaliyyəti == Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur.
Buça qətliamı
Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar. == Hesabatlar == The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər. Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar.
Fuça zirvəsi
Fuça zirvəsi (bolq. връх Фуча, ‘Vrah Fucha’ \'vr&h 'fu-cha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2600 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından qərbdə, Padala buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə qərbi Bolqarıstanda yerləşən Kiçik və Böyük Fuça şəhərlərinin adını daşıyır. == Yerləşməsi == Fuça zirvəsi 78°02′16″ c. e. 85°37′15″ q. u.
Hz. Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Moça adası
Moça adası (isp. La Orchila) — Çilinin Arauko vilayəti ərazisinə daxil olan ada. Sakit okean sahillərindən bir qədər aralıda yerləşir. Sahəsi 48 km² təşkil edir. Şimalından cənuba doğru dağ silsiləsi keçir. Mapuçe xalqının mifologiyasına görə ada ruhlar aləminin toplaşdəğı məkandır. Hazırda ada ərazisinin 45 %-ni Moça mili parkı tutur. Ada həmdə çoxlu sayda gəminin qəzaya uğradığı yer kimi tanınır. ada ətrafı ərazilər balıq ovu üçün olduqça əılverişlidir. Ada bəzən qədim polineziyalıların Cənubi Amerika ilə əlaqə qurduğu yer kimi hallandırılır.
Musa (Uçalı)
Musa (başq. Муса, rus. Мусино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Yeni Bayramqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 70 km, kənd sovetliyindən (Yeni Bayramqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Musa Məmmədov
Musa Məmmədov (geoloq)
Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1848, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. == Həyatı == Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Musa Nuhiyev
Musa Nüsrət oğlu Nuhiyev (2 oktyabr 1998; Qımır, Zaqatala rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.
Musa Nəbioğlu
Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru. == Həyatı == Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında - Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib. Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib.
Samirə Musa
Samirə Musa (ərəb. سميرة موسى‎; 3 mart 1917 – 5 avqust 1952, Kaliforniya) — Misir atom və tibbi fizika üzrə professoru, sülh naminə atom konfransının təşkilatçısı. == Həyatı == O Misirdə doğulmuş və Qahirə Universitetində təhsilini davam etdirmişdir. Onun həyatının elmi hissəsi daha çox yayqın olduğundan elmi fəaliyyətini işıqlandırırıq. == Elmi fəaliyyəti == 1952-ci ildə ABŞ-yə etdiyi səfər zamanı S. Musanın ABŞ-nin gizli atom obyektlərini girişinə icazə verildiyi üçün akademik dairələrdə ağdərili olmasına baxmayaraq həmin obyektlərə baxış keçirilməsinə icazə verilməsi ciddi narazıçılıqlara səbəb olmuşdu. Səfər zamanı ona ABŞ-də qalması və ABŞ üçün işləməsi təklif edilsə də, o Qahirəyə dönəcəyini və öz bilgilərini Misir üçün xərcləyəcəyini bildirir. "Sülh naminə Atom" konfransının təşkilatçısı olan S. Musa, nüvə vasitəsilə xəstələrin müalicəsinin hər kəsə əlçatan olması üçün çalışırdı. == Terror şübhəli vəfatı == Misirin nüvə silahına yiyələnə biləcəyi qorxusundan bəzi xarici dairələr S. Musa ilə rəfiqə olam misirli aktrisa Raqiyə İbrahimi öz sıralarına cəlb edir. S. Musanın açarını oğurlayan R. İbrahim açarı sabuna batırır. Sabunda açarın izilə açarın eynisini düzəldən R. İbrahimin S. Musanı evinə qonaq dəvət etməsindən istifadə edərək evə daxil olaraq onun elmi işlərilə tanış olur.
Musa Peyğəmbər
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Musa Pənahov
Musa Sədi oğlu Pənahov (1959) — Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini == Həyatı == Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır. 1984–1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı — Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993–2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Fəxri Dəmiryolçudur. Ailəlidir, 2 övladı var.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Amuda
Amuda (ərəb. عامودا‎‎, kürd. Amûdê) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır. == Coğrafiya == Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin 83 kilometr (52 mil) şimalında, Əl-Qamışlı şəhərinin 31 kilometr (19 mil) şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.