The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb.[8] Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.[9]
Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi.[10] Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı.[11] Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar.[12] Ukrayna ordusunun çəkdiyi videoda həmin zirzəmi işgəncə otağı kimi görünür.[13] Əsgərlərdən biri deyib ki, bəzi bədənlərin qulağı kəsilib və dişləri çıxarılıb və həmçinin qeyd edib ki, onlar müsahibədən bir gün əvvəl zirzəmidən çıxarılıblar.[12] Bir çox mülki şəxslərin meyitləri yollarda idi.[10]Azadlıq Radiosunun apardığı araşdırmada həmin zirzəminin edam otağı olaraq işlədilməsini aşkar edib.[14]
CNN,[15]BBC[16] və AFP[17] yaydıqları videolarda Buça küçələrində meyitləri görmək olar. Onların bəzilərinin ayaqları və əlləri bağlanmış idi. BBC bir küçədəki 20 meyiti tedqiq etmişdi. Onların bəzilərinin gicgahına mərmi vurulmuşdu, bəzilərini isə tank əzmişdi.[18]
Ukrayna ombudsmanı, Lyudmila Denisovanın sözlərinə görə "Ukraynalıların soyqırımı" çərçivəsində Rusiya əsgərləri cinsi zorakılığı da mülki şəxslərə qarşı işlədirdi. O qeyd edib ki, 2022-ci ilin aprelin 6-da təsis olunan qaynar xəttə yaşları 14 və 24 arası olan qızların və qadınların ən azı 25 zorlama olayı haqqında məlumat verilib.[19]
ing.Human Rights Watch (HRW) illik hesabatında qeyd etmişdir ki, bu, Ukraynanın bir çox digər yaşayış məntəqələrində də müşahidə olunub və beləliklə, rus qoşunlarının davamlı təcrübəsidir.[20][21]
Ukrayna olayı mülki şəxslərin qətli və hərbi cinayət olaraq xarakterizə edib. Qeyd olunur ki, həlak olanlar mülki geyimlərdə və silahsız idilər. Ukrayna hökumətinin sözlərinə görə, hazırda hərbi cinayətlərin, o cümlədən Buça qətliamının sübutları toplanılır.[22]
Rusiya Müdafiə Nazirliyi öz teleqram kanalında Rusiya qüvvələrinin döyüş zamanı mülki əhalini hədəfə aldığını inkar edən hesabatı paylaşıb. Hesabatda iddia olur ki, şəhərdəki kütləvi məzarlıq əslində Ukraynanın hava hücumunun qurbanlarıdır. Rusiya tərəfi Buçadakı mülki əhalinin cəsədlərini göstərən videoların analizində həmin bədənlərin tərpəndiyi deyib. Lakin həmin iddiaların BBC-nin Moskva şöbəsi tərəfindən araşdırması tərəfindən inkar olunub və deyilir ki, video uydurma deyil.[23]
Moldova Prezidenti Maya Sandu olayı "insanlıq əleyhinə cinayət" adlandırıb və 2022-ci ilin aprelin 4-ü Rusiya-Ukrayna müharibəsində həlak olan Ukraynalılar xatirəsinə Moldovada matəm günü elan edib.[24] Bu cür qınamalar həmçinin Finlandiya,[25] Litva,[26] Polşa[27] və Türkiyə[28][29] dövlət xadimləri tərəfindən ifadə edilib.
ABŞ Prezidenti Co Bayden Putini hərbi cinayətlərə görə mühakimə edilməsi üçün çağırış edib. O, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.[30][31]