Abuca

Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir.

Abuca
Abuja
Bayraq
Bayraq
9°03′20″ şm. e. 7°29′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
İlk məlumat 1700
Sahəsi
  • 713.000.000 m²
Mərkəzin hündürlüyü 360 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.568.853 nəf. (2015)
Digər
fcta.gov.ng
Xəritəni göstər/gizlə
Abuca xəritədə
Abuca
Abuca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005).

Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhər beş rayondan ibarətdir. Mərkəzi hissədə prezident iqamətgahı yerləşir. İnzibati binalardan–mərkəzi bank, radio evi, beynəlxalq konfrans mərkəzi, həmçinin məscid şəhərin mərkəzində yerləşir. Avtomobil yolları qovşağı var. Beynəlxalq aeroportu üçün ayrılmış 8 min km2 ərazinin hələlik yalnız 250 km2-i mənimsənilmişdir. Yaşayış məhəllələri, xüsusən birmərtəbəli evlər şəhərdən kənardadır. Universitet (1988-ci ildən) və Nigeriya Yol-İnşaat İnstitutu açılmışdır. Yeyinti sənayesi müəssisələri var.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 64. ISBN 978-9952-441-02-4.