Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kourtni Koks
Kourtni Koks (15 iyun 1964, Birminqem, Alabama) — amerikalı aktrisa. "Dostlar" teleserialındakı Monika və "Fəryad" filmindəki Qeyl rolu ilə məşhurdur. == Həyatı == Kourtni Koks Alabama ştatının Birminqem şəhərində anadan olub. Koks biznesmen Riçard Levis Koks (28 yanvar 1931 - 3 sentyabr 2001) biznesmen, və onun həyat yoldaşı Kourtni Koplandın qızıdır. Onun iki böyük bacısı var, Virciniya və Dotti; bir böyük qardaşı var, Riçard. Onun valideynləri 1974-cü ildə boşanıb və anası biznesmen Hunter Koplandla evlənib. Mauntin Brok Ali Məktəbindən məzun olduqdan sonra Mount Vernon Kollecində memarlıq ixtisasında təhsil almağa başlasa da, bu təhsilini başa vurmayıb. Bunun əvəzinə o, model və aktyorluq karyerasına davam etdi. Koks ingilis, şotland, uels, irland və alman əsillidir. == Evlilik və ailə == 12 iyun 1998-cu ildə Koks David Arqette ilə evlənib.
Laverna Koks
Laverna Koks (ing. Laverne Cox; 29 may 1972, Mobil, Alabama) — ABŞ aktrisası.
Riçard Koks
Riçard Koks (ing. Richard Cocks; 1566 – 1624) – 1613-1623-cü illərdə Ost-Hind şirkətinin Yaponiya postunun meneceri. Onun Yaponiyadakı biznes fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Yaponiyadakı həyatı boyunca yazdığı zəngin informasiyalı gündəliyi ilə tanınır. == Karyerası == 1565-ci ildə xırda torpaq sahibi Robert Koksun üçüncü oğlu kimi doğulmuşdur. Ost-Hind şirkəti Hirado limanında (indiki Naqasaki prefekturası) ticarət postu qurmaq üçün Riçard Koksun başçılığı altında bir çox taciri Yaponiyaya göndərmişdir. Koks iki dəfə Edo şəhərini ziyarət etmişdir. 1616-cı ildəki ilk ziyarəti zamanı şoqun Tokuqava Hidetada ilə qısa görüşü baş tutmuşdur. Lakin ingilislərin Yaponiyadakı ticarət fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Hirado limanı ticarət üçün əlverişsiz idi, eləcə də, holland və portuqal tacirlər Yaponiyada ingilislərlə rəqabət aparırdılar.
Brayn Koks
Brayn Koks (1 iyun 1946[…], Dandi, Şotlandiya) — şotland film və teatr aktyoru.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Foks
Foks (ad)
Keks
Keks — şirin un məmulatı. Adətən üzüm, qoz və müxtəlif giləmeyvələrlə bişirilir. Kekslar müxtəlif formalarda bişirilir: Dördbucaq, yumru, halqavari, uzunsov və s. == Tarixi == İlk keks reseptlərinə qədim Roma yazılarında rast gəlmək olar. O dövrün mətbəxində kekslar çovdar unu istifadə etməklə üzüm və qozla bişirilirdi. Keks sözü orta əsrlərdə "meyvə" və "piroq" sözlərinin birləşməsindən yaranmışdır (Fructus, kechel). XV-ci əsrin sonlarında şəkər istehsalının inkişafı ilə əlaqədar keks müxtəlif ölkələrin mətbəxində yayılmağa başladı. == Ədəbiyyat == В. В. Похлебкин. Большая энциклопедия кулинарного искусства. Все рецепты В. В. Похлебкина,Центрполиграф, 2009 (rusca) Л. Ф. Захарова, Е. И. Толчинская.
Koke
Koku
Koku (yap. 石石, çin. 石, Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi. 1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü. Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir. Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər. Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.
Kots
Kots (ing. Coats Island) — Hudzon körfəzinin şimalında, Nunavut vilayətinin Kivallik bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5498 km² olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 107-ci, Kanadada isə 24-cü yeri tutur. Sahil xətdinin uzunluğu 385 km-dir. Adanın uzunluğu 127 km, maksimal eni 72 km təşkil edir. Kots adası Sauthempton adasından 71 km cənubda yerləşir (Fişer və Evans boğazları). Adanın səthi hamar və düzəndir. Ən hündür nöqtəsi 185 m yüksəkliyə malik olan təpə Pembrok burnu (Pembroke) ilə Prefontain bunu (Prefontaine) arasında yerləşir. Adanın cənubunda kiçik göllər vardır. Mərkəzdə isə göllər daha sıx şəbəkəyə malikdirlər.
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alan Koks (aktyor)
Alan Koks (ing. Alan Cox; 6 avqust 1970, London) - Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Aleksander Noks
Aleksandr Noks (ingiliscə: Alexander Knox, 16 yanvar 1907, London (Ontario) , Kanada - 25 aprel 1995, Kanada) - Kanada aktyoru olmuşdur.Müxtəlif macəra romanlarının müəllifi olmuşdur.1943-ci ildən 1995-ci ilə qədər Amerikan aktrisası Doris Nolan (1916–1998) ilə ailə həyatı qurmuşdur.
Atlanta Hoks
Atlanta Hoks — Corciya ştatının Boston Atlanta şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Coanna Foks
Joanne Fox (d. 12 iyun 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Joanne Fox, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və Qızıl medal qazanıb. == Karyerası == Joanne Fox, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Joanne Fox, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Emma Noks
Emma Noks (2 mart 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Emma Noks, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Emma Noks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Emma Noks, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Françesko Koko
Françesko Koko it. Francesco Coco — italyan futbolçu, müdafiəçi. == Bioqrafiyası == "Milan"ın akademiyasının yetirməsinə böyük ümidlər bəslənilirdi. Əvvəlcə o, bu ümidləri doğruldurdu. Gənc yaşlarında Koko iki dəfə "skudetto"ya sahib çıxdı, sonra İtaliya millisində oynamağa başladı. Lakin məntiqi ardıcıllıq gəlmədi. Dönüş nöqtəsi, yəqin ki, 2002-ci ildə "İnter"ə keçidi oldu. Françesko nə qədər çalışsa da, əsas heyətin tamhüquqlu üzvü ola bilmədi. Nəticədə də "skuadra Azzura"da da yerini itirdi. Son aylarda isə "nerazzura"nın baş məşqçisi Roberto Mançini, elə bil, onun adda oyunçunu tanımırdı.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.