Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapiçik
Kapiçik — Tiflis quberniyasının Siqnax qəzasında dağ adı. == Toponimkası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında Qapıçıq, Ordubad rayonunda Quru Qap, Dağlıq Şirvanda Kapkəz, Qax rayonunda Qapıçay, Balakən rayonunda Qapıdağ və s. toponimlərlə eynidir. Türk dillərində kapu "dar dərənin yarıqlarla doğranmış yuxarı hissəsi", "dağın eroziyalı qayalı yamacları olan dar dərəsi", "dərəyə keçid" və çik- "dar dərə" sözlərindəndir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Kupyak
Kupyak (fr. Coupiac, oks. Copiac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12080. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 307 nəfər (15–64 yaş) arasında 213 nəfər iqtisadi fəal, 94 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,4%, 1999-cu ildə 68,9%).
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Tupik
Kütdimdik (lat. Fratercula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinə aid heyvan cinsi.
Güncik (Əhər)
Güncik (fars. گونجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 751 nəfər yaşayır (152 ailə).
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olur Kerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Künçək xan
Künçək xan (?-1308) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Duva xanın ölümündən sonra Künçük xan atasının yerinə Cığatay xanlığı məqamına oturmuşdur. Ancaq xanlıq içində qarışıqlıqlar davam etməkdə olduğundan Cığatay xanın törəmələrindən Taliqu, Künçük xana qarşı hərəkətə keçmiştir. Hətta Əmir Teymurun ordularından qaçaraq Künçükün atası Duva xana sığınan Çapar xan da ona yardımçı olmuşdur. Taliqu 1308-ci ildə Künçük xanı öldürmüşdür. Buna görə Duva xanın digər oğulları birləşərək Taligu xan üzərinə yürümüşdülər. Xanlığını elan edən Taligu, ilk başlatdığı qurultayda Duva xanın oğullarından Kebekin basqınına uğrayaraq öldürülmüşdür. Eyni il içində hazırlanan qurultayda xan seçimi üçün yığılan toplantıda Kebek xan, böyük qardaşı İsen-Buğanı əliylə xanlıq taxtına oturtmuşdur. Ancaq bu sırada Bayantu Kağan ortaya çıxmış və Cığataylı şahzadələrindən Yasavur-Oğlanı, əlinə yarlıq verərək, Cığatay ulusuna xan olaraq göndərmişdir. Bu durumu xəbər alan İsen-Buğa xan və qardaşı Kebek, Şərqi Türkistan sərhəd-sınırlarında onu qarşılamaq üzrə ordularıyla hərəkət edincə Yasavur, xanlıq məqamını ələ keçirə bilmədən Elxanlılara sığınmaq məcburiyyətində qalmışdır.
Küpçal bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Neoseiulus kapjik
Neoseiulus kapjik (lat. Neoseiulus kapjik) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Stenli Kubrik
Stanley Kubrick (ing. Stanley Kubrick; 26 iyul 1928[…], Bronks, ABŞ – 7 mart 1999[…]) Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur. == Həyatı == Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur. Kubrick Nyu-Yorkda Bronksda böyümüş, orta təhsilini 1941–1945 ci illərdə Vilyam Hovard Taft orta məktəbində alımışdır. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqrafçılığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Look jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan The Killing`i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkmişdir. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda Paths of Glory(Şöhrət Yolu) və tarixi epik janrda olan Spartacus(Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur.
Vehbi Kıpçak
Vehbi Kıpçak (türk. Mehmet Vehbi Kıpçak) (d. 1875 – ö. 1946, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 24 avqust 1935-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 14 iyun 1946-cı ildə İstanbulda vəfat etdi.
Aleksandr Kuprin
Aleksandr İvanoviç Kuprin (26 avqust (7 sentyabr) 1870[…], Narovçat[d], Penza quberniyası[d] – 25 avqust 1938[…], Leninqrad) — rus yazıçısı, şair, tərcüməçi.
Fazıl Kiçik
Fazıl Küçük, Kipr türkü siyasətçi jurnalist 1959 ilinin sonlarında qurulan Kipr Respublikasının vitse-prizenti Kipr türklərinin Rauf Denktaştan əvvəl öndəridir
Kapik (Salmas)
Kapik (fars. كاپيك‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 592 nəfər. yaşayır (110 ailə).
Kiçik (Xoy)
Kiçik (fars. كوچك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (40 ailə).
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Kiçik Alatəmir
Kiçik Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kiçik Alatəmir oyk., mür. Qax r-nunun Qax İngiloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim Böyük Alatəmir kənd adının qarşılığıdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 10 təsərrüfatda hər iki cinsdən toplam 34 nəfər əhali yaşayır.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind. लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur.
Kiçik Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. == Coğrafiyası == Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Kiçik Arıxvəli
Kiçik Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və arıxlı tayfasının adını əks etdirən arıx sözü ilə Vəli şəxs adının birləşməsindən əmələ gəlib «arıxlı tayfasından olan Vəliyə məxsus kənd» mənasını verir. Zaman keçdikcə «Arıxvəli»nin özü etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Pokr Mantaş qoyulmuşdur.