Stenli Kubrik

Stanley Kubrick (ing. Stanley Kubrick; 26 iyul 1928[1][2][…], Bronks, Nyu-York ştatı[3]7 mart 1999[1][4][…]) Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur.

Stanley Kubrick
ing. Stanley Kubrick
Doğum adı Stanley Kubrick
Doğum tarixi
Doğum yeri Manhetten, ABŞ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri

Hartfordşir, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı

ABŞ ABŞ
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Həyat yoldaşı Christiane Kubrick
Fəaliyyəti Kinorejissor
ssenarist
prodüser
Fəaliyyət illəri 1951—1999
Təhsili
Boyu 169 sm
Mükafatları Ən yaxşı Vizual effekt Oscar
IMDb ID0000040
İmzanın şəkli
kubrickfilms.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur.

Kubrick Nyu-Yorkda Bronksda böyümüş, orta təhsilini 1941–1945 ci illərdə Vilyam Hovard Taft orta məktəbində alımışdır. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqrafçılığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Look jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan The Killing`i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkmişdir. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda Paths of Glory(Şöhrət Yolu) və tarixi epik janrda olan Spartacus(Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur. Kirk Duqlas ilə əməkdaşlıqdan yaranan yaradıclıq fərqləri, Hollywood ilə ədavət, ABŞ-də artan cinayət aktları onu 1961-ci ildə geri qalan karyerasının və həyatının çoxunu keçirtdiyi Birləşmiş Krallığa köçməyə vadar edir. Həyat yoldaşı Christiane ilə birgə yaşadığı Hertfordshire`dakı evini öz iş yerinə çevirmiş, yazılarını, araşdırmalarını və redaktələrini burda həyata keçirmişdir. Filmlərində bütün idarəetməni öz əlinə almaqla yanaşı bir sıra böyük Hollywood studiyalarından nadir halda rastlanılan maliyyə dəstəyi ala bilmişdi. Onun ingilis istehsalı olan ilk iki filmi Peter Sellers ilə birlikdə Lolita (1962) və Dr. Strangelove (1964) olmuşdur.

Kubrick detallara olan diqqəti və musiqidən məharətlə istifadəsinə görə fərqlənir. Tələbkar mükəmməliyyətçi kimi daima film üzərində çoxşaxəli idarəetməni saxlayaraq rejissorluqdan, ssenaridən tutmuş redaktəyə, araşdırmalar, səhnə tərtibatına qədər böyük əmək sərf etmiş, aktyorları ilə çox sıx əlaqədə çalışmışdır. Filmlərində eyni səhnəni təkrar-təkrar tələb etdiyi üçün aktyorlarla konfliktlər belə yaranmışdır. Aktyorlar arasında mənfi şöhrət sahibi olmasına baxmayaraq Kubrickin filmləri kinoda yeni cığırlar aça bilmişdi. Elmi realizm və qabaqcıl xüsusi effektlərlə film tarixində bənzərsiz hesab edilən 2001: A Space Odyssey (1968) Kubrick'ə özünün ilk və tək şəxsi Oscar'ını-ən yaxşı Vizual Effektlər Oscar'ını qazandırır. Stiven Spilberq filmi öz dövrünün "böyük partlayışı" hesab edir, film ən yaxşı filmlər səsvermələrində öz yerini tutmuşdur.

A Clockwork Orange (1971) digər filmlər kimi tam fərqli janrda və mövzuda- artmaqda olan şiddət haqqında idi.

Hadisələri 18-ci əsrdə cərəyan edən Barry Lyndon (1975) üçün rejissor təbii şam işığı şəraitində çəkildiyindən NASA`dan Zeiss firmasının linzalarını əldə edə bilmişdi.

The Shining (1980) filmi ilə o stedikamdan istifadə edən ilk rejissorlardan biri oldu. Mükəmməliyətçiliyini bu filmdə də göstərən rejissor səhnələrdən birində Jack Nicholson'a hər çəkilişdə yeni biri olmaqla balta ilə 80 qapı qırdırır.

Full Metal Jacket (1987) bu film 1950-ci illərdə çəkdiyi ilk filminin çox üstün versiyasıdır demək olar. Həmin ilk filmlə bu filmin yeganə ortaq nöqtəsi militarizmin pislənməsidir. Ancaq ilk filmdən qat-qat üstün bədii dəyəri olan film vizyona girdiyi dövrdə tamaşaçı rəğbətini tam cəlb etmir. Çünki bəhs edilən "Viyetnam müharibəsi" haqqında bir çox film çəkilmişdi.

Kubrik filmlərində tarixi və fantastik mövzulara müraciət edir, müharibə və militarizm əleyhinə çıxır. Full Metal Jacket filmi də məhz buna nümunədir.

Sonuncu filmini ("Geniş bağlanmış gözlərlə") 1999-cu ildə çəkdi. Bu film nəyinki rejissorun, hətta 20-ci əsrin ən fərqli və mübahisəli filmi olmuşdu. Çünki film vizyona girmədən rejissorun qəfil ölümü və filmdə bəhs edilən gizli qruplaşmalar elə rejissorun da filmindəki hadisələri yaşadığı fikrini yaratdı. Ancaq tamamilə əsassız iddialar filmin rejissorun ən çox izlənən filmi oldu. Həmçinin film tarixinin ən detallı filmlərindən biri də oldu.

Kubrik haqqında 2001-ci ildə sənədli film çəkilmişdir ("Stanley Kubrick: A Life in Pictures").

  1. Toqquşma günü (film, 1951) / Day of the Fight
  2. Uçan keşiş (film, 1951) / Flying Padre
  3. Dənizdə üzənlər (film, 1953) / The Seafarers
  4. Qorxu və tamah (film, 1953) / Fear and Desire
  5. Qatilin öpüşü (film, 1955) / Killer’s Kiss
  6. Qətl (1956) / The Killing
  7. Şöhrət yolu (film, 1957) / Paths of Glory
  8. Spartak (film, 1960) / Spartacus
  9. Lolita (film, 1962) / Lolita
  10. Doktor Streynclav, yaxud Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim? (film, 1964) / Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb
  11. 2001: Kosmik Odissey (film, 1968) / 2001: A Space Odyssey
  12. Qurulan portağal / A Clockwork Orange
  13. Barri Lindon (film, 1975) / Barry Lyndon
  14. Parıltı (film, 1980) / The Shining
  15. Tammetal qabıq (film, 1987) / Full Metal Jacket
  16. Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Кубрик Стэнли // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1973. Т. 13 : Конда — Кун. С. 549–550.
  3. Los Angeles Times (ing.). El Segundo: 1999. ISSN 0458-3035; 2165-1736
  4. Itaú Cultural Stanley Kubrick // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]