Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leninçi
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.
Leonti
Leonti — ad. Leonti (imperator) — Bizans imperatoru Leonti Qurtyev — Sovet ordusunun zabiti; General-mayor. Leonti Mroveli — XI əsr gürcü tarixçisi, yepiskop.
Ləvəngi
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. == Növləri == Sulu ləvəngi Quru ləvəngi == Kütüm ləvəngisi == Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Levni
Levni (əsl adı Abdülcəlil Çələbi; XVII əsr, Ədirnə – 1732[…], Konstantinopol) — miniatür sənətçisi. == Həyatı == Levni Ədirnədə doğulmuşdur. Növşəhərli Paşa nəqqaş kimi Levnini saraya gətirmişdi. Yaradacı zəkasıyla sənətində yeni cığırlar açaraq, bu himayəyə layiq olduğunu isbat etmişdir. 1732-ci ildə vəfat etmiş və Otaqçılar məscidi yanındakı Sadilər Təkkəsində dəfn olunmuşdur.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Zənci
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Həmçinin bax == Zəncilər == İstinadlar == == Xarici keçidlər == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Bulbophyllum leonii
Bulbophyllum leonii (lat. Bulbophyllum leonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Fironların lənəti
Fironların lənəti — iddiaya görə, Qədim Misirin kraliyyət şəxslərinin məzarlarına və mumiyalarına toxunan insanın başına gələn lənət. Lənət əsasən 1922-ci ildə Tutanxamon türbəsinin açılmasından sonrakı bir neçə il ərzində baş verən ölümlərlə əlaqələndirilir. Bəzən lənət Misirdən kənarda qədim məzarların açılmasına da aid edilir: Səmərqənddə Əmir Teymurun məzarı (1941), Krakovda Böyük Kazimirin məzarı (1973), Alp dağlarında Ötzinin mumiyası (1991), Altay Respublikasında Ukok şahzadəsinin məzarı (1993). Lənətin sehrli mahiyyəti elmdə inkar edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Day J. The Mummy's Curse: Mummymania in the English-speaking World. Routledge. 2006. ISBN 978-0415340229.
Leonti (imperator)
Leonti (yun. Λεόντιος) (660 – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Əslən erməni olduğu iddia olunan Leonti təxminən 660-cı ildə indiki Konya yaxınlığında dünyaya gəldi. Gənc yaşlarında Bizans ordusuna alındı və sürətlə hərbi karyerasını qurdu. İmperator IV Konstantin dönəmində Anadoludakı hərbi birliklərdən birinə rəhbər təyin edildi. 686-cı ildə imperator II Yustinianın əmriylə Əməvi orduları üzərinə şərqi Anadoluya göndərildi. Qəddar və zülmkarlığı ilə şərqi Anadolu və Gürcü çarlığını ələ keçirən Leonti Qafqaz Albaniyasını da tabeliyi altına aldı. Ancaq Leontinin ikinci səfəri ordudakı slavyanların xəyanəti səbəbilə uğursuz oldu. 692-ci ildə Tokat yaxınlığında baş tutan döyüşdə məğlub olan Leonti Konstantinopola çağırıldı və dərhal həbs edildi. 2 illik həbs həyatının ardından 695-ci ildə bağışlanaraq azad edildi və II Yustinian tərəfindən Anadoludakı hərbi birliklərdən birinə təyin edildi.
Leonti Mroveli
Leonti Mroveli (gürc. ლეონტი მროველი; v. XI əsr) — XI əsr gürcü tarixçisi, yepiskop. == Həyatı == == Tarixi baxışları == Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar". L.Mroveli daha sonra məlumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bəziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib iranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular.
Leonti Qurtyev
Leonti Qurtyev (pol. Leontij Nikołajewicz Gurtjew; 1 iyul 1891, Şamaxı – 3 avqust 1943, Orlov rayonu[d], Orlov vilayəti) — Sovet ordusunun zabiti; General-mayor. Qurtyev Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı olan zabit xüsusi ilə 1942–1943-cü illərdə baş vermiş Stalinqrad döyüşündəki xidmətləri ilə məşhurdur. == Həyatı == Leonti Qurtyev 1891-ci ilin 1 iyul tarixində Şamaxı rayonunu Xilmilli kəndində anadan olmuşdur. Etnik baxımdan polyak olan ailəsi Şamaxı meşələrindən odun qırıb satmaqla dolanışıqlarını təmin edirdilər. 1900-ci ilin əvvələrində ailə müasir Litva ərazisində yerləşən Panevejis şəhərinə köçür və burada yaşamağa başlayır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Qurtyev Xarkov şəhərində yerləşən Fizika və Texnologiya İnstitutuna daxil olmuşdur. 1914-cü ildə təhsilini Sankt-Peterburq şəhərindəki Politexnik İnstitutuna transfer edir. Sankt-Peterburq şəhərində olduğu zaman yerli fəhlə mitinqlərinə qatıldığı üçün 3 ay müddətinə həbs olunaraq Pyotr və Paul Qalasında yerləşən həbsxanaya salınmışdır.
Rubus leesii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Tekumse lənəti
Tekumse lənəti (ing. Tecumseh′s curse), həmçinin ABŞ prezidentlərinin lənəti, prezident lənəti kimi də tanınır - vaxtilə ölmüş şauni tayfasının hindu döyüşçüsü olan Tekumse tərəfindən ağların danışıqları pozmasına görə, lənət haqqında əfsanə. Lənət hər 20 ildən bir seçilən ABŞ prezidentinin öldürülməsi və yaxud prezidentlik səlahiyyətləri vaxtı ölməsini özündə əks etdirmişdir. Birinci nəsildən başlayaraq seçildiyi illərin sonu sıfırla bitən 3 prezidentdən başqa qalanlarının hamısı vəzifəsini icra edərkən ölmüşdür. Bir neçə mənbəyə əsasən bu lənət yeddinci nəsilə qədər öz təsirini göstərir. Birinci nəsil - Uilyam Harrison - 1840-cı ildə prezident seçilmişdir. 4 aprel 1841-ci ildə sətəlcəm xəstəliyindən ölmüşdür İkinci nəsil - Avraam Linkoln - 1860-cı ildə preziden seçilmişdir. 14 aprel 1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür Üçüncü nəsil - Ceyms Qarfild - 1880-ci ildə seçilmişdir. 19 sentyabr 1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən öldürülmüşdür Dördüncü nəsil - Uilyam Mak-Kinli - 1900-cu ildə yenidən prezident seçilmişdir. 14 sentyabr 1901-ci ildə sərgidə anarxist tərəfindən öldürülmüşdür Beşinci nəsil - Uorren Hardinq - 1920-ci ildə seçilmişdir.
Zərənci (Qoşaçay)
Zərənci (fars. زارنجي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (112 ailə).
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).
Resurs lənəti
Resurs lənəti (ing. resource curse), xammal lənəti, bolluq paradoksu (paradox of plenty) — İqtisadiyyat nəzəriyyəsində əhəmiyyətli təbii ehtiyat ehtiyatlarına malik olan bəzi ölkələrin çox vaxt ehtiyatları az olan və ya heç olmayan ölkələrlə müqayisədə iqtisadi cəhətdən daha az inkişaf etmiş hesab edilməsi ilə əlaqələndirilir. == Konsepsiya tarixi == "Resurs lənəti" termini ilk dəfə 1993-cü ildə Riçard Auti tərəfindən təbii sərvətlərlə zəngin ölkələrin bu sərvətdən öz iqtisadiyyatlarını inkişaf etdirmək üçün istifadə edə bilmədiyi və əksinə , iqtisadi artımı olan ölkələrdən daha az təbii ehtiyatlar, daha aşağı olduğu bir vəziyyəti təsvir etmək üçün istifadə edilmişdir. Bununla belə, təbii sərvətlərin üstünlük deyil, ölkənin lənəti ola biləcəyi fikri hələ XX əsrin 80-ci illərində ortaya çıxmağa başladı. Müxtəlif tədqiqatlar, o cümlədən J. Saks və A. Varnerin məşhur əsəri, təbii ehtiyatların bolluğu ilə ölkənin zəif iqtisadi inkişafı arasında əlaqəni izləmişdir. Resurs bolluğunun iqtisadi artımla əlaqəsinin kəsilməsinin ən parlaq nümunələrindən biri neft hasil edən ölkələrdir. Beləliklə, 1965–1998-ci illərdə. OPEC ölkələrində adambaşına düşən ÜMM artımı orta hesabla 1,3%-ə düşüb, digər inkişaf etməkdə olan ölkələrdə isə orta hesabla 2,2%-ə düşüb. Bəzi müəlliflər iddia edirlər ki, xarici yardımla bağlı maliyyə axınları resurs lənəti kimi iqtisadiyyata təsir göstərə bilər. == Tənqidi == Eyni zamanda qeyd etmək lazımdır ki, əhəmiyyətli təbii sərvət ehtiyatlarına malik olan bir çox dövlətlər yüksək rifah və sənaye tərəqqisinə nail ola bilərlər.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Genci-monoqatari
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. == Qalmaqallar və qadağalar == === Latviya === Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. === Litva === Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Kenci Honnami
Kenci Honnami (23 iyun 1964, Osaka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kenci Kavay
Kenci Kavay (23 aprel 1957, Tokio) — yapon bəstəkarı. == Həyatı == Kenci Kavay 23 aprel 1957-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olub.Uşaqlığından musiqiylə məşğul olurdu. Tokio Universitetini bitirib. == Animasiyada işləri == «Mobile Suit Gundam 00» «A-Ko the Versus» (OVA) «Aka-chan to Boku» «Blue Seed» (teleserial) «Blue Seed» (OVA) «Burn Up!» «Corrector Yui» «D4 Princess» «Dai-Guard» «Dark Myth» «Devilman» «Death Note» «Eyeshield 21» (tammetrajlı film) «Fate/stay night» «Ghost in the Shell» (tammetrajlı film) «Ghost in the Shell 2: Innocence» «Gunparade March» «Guystars — Fractions of The Earth» «Hime-chan’s Ribbon» «Higashi no Eden» «Higurashi no Naku Koro ni» «Higurashi no Naku Koro ni Kai» «Hyper Police» «Iczelion» «Irresponsible Captain Tylor» «Jinki:Extend» «Joker Game» «Kurogane Communication» «Luna Varga» «Maison Ikkoku» «Mermaid Forest» «Metal Fighter Miku» «Mighty Space Miners» «Mini Pato» «Mob Psycho 100» «Musha Maru Den Two» «Otogi Zoshi» «Patlabor» (OVA) «Patlabor» (телесериал) «Patlabor 1» (tammetrajlı film) «Patlabor 2» (tammetrajlı film) «Patlabor WXIII» (tammetrajlı film) «Ranma ½» (OVA) «Ranma ½» (teleserial) «Ranma ½: Big Trouble in Nekonron, China» (tammetrajlı film) «Rave Master» «Rune Soldier» «Samurai Pizza Cats» «SD Gundam Musha, Knight, Commando» «Sky Crawlers» (2008, tammetrajlı film) «Sorcerer Hunters» (teleserial) «Sorcerer Hunters» (OVA) «Starship Operators» «UFO Princess Valkyrie» «UFO Princess Valkyrie 2» «Vampire Princess Miyu» (OVA) «Vampire Princess Miyu» (teleserial) «Windy Tales» «YAT Anshin! Uchu Ryokou» «YAT Anshin!
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.