Leonti Qurtyev

Leonti Qurtyev (pol. Leontij Nikołajewicz Gurtjew; 1 iyul 1891, Şamaxı3 avqust 1943, Orlov rayonu[d], Orlov vilayəti) — Sovet ordusunun zabiti; General-mayor. Qurtyev Birinci Dünya müharibəsiİkinci Dünya müharibəsində iştirak etmişdir. Sovet İttifaqı Qəhrəmanı olan zabit xüsusi ilə 1942–1943-cü illərdə baş vermiş Stalinqrad döyüşündəki xidmətləri ilə məşhurdur.

Leonti Qurtyev
rus. Леонтий Николаевич Гуртьев
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1891(1891-07-01)
Doğum yeri
Vəfat tarixi 3 avqust 1943(1943-08-03) (52 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu, piyada
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonti Qurtyev 1891-ci ilin 1 iyul tarixində Şamaxı rayonunu Xilmilli kəndində anadan olmuşdur. Etnik baxımdan polyak olan ailəsi Şamaxı meşələrindən odun qırıb satmaqla dolanışıqlarını təmin edirdilər. 1900-ci ilin əvvələrində ailə müasir Litva ərazisində yerləşən Panevejis şəhərinə köçür və burada yaşamağa başlayır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Qurtyev Xarkov şəhərində yerləşən Fizika və Texnologiya İnstitutuna daxil olmuşdur.

1914-cü ildə təhsilini Sankt-Peterburq şəhərindəki Politexnik İnstitutuna transfer edir. Sankt-Peterburq şəhərində olduğu zaman yerli fəhlə mitinqlərinə qatıldığı üçün 3 ay müddətinə həbs olunaraq Pyotr və Paul Qalasında yerləşən həbsxanaya salınmışdır.