Eleni Fureyra

Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela FurerayYunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır.

Eleni Fureyra
yun. Ελένη Φουρέιρα
Eleni Avroviziya 2018-in açılış mərasimində
Eleni Avroviziya 2018-in açılış mərasimində
Ümumi məlumatlar
Doğum adı Entela Fureray
alb. Entela Fureraj
Ləqəbləri Eleni Fureyra
yun. Ελένη Φουρέιρα
Doğum tarixi (36 yaş)
Doğum yeri Fieri, Albaniya
Vətəndaşlığı  Yunanıstan
Milliyyəti  Albaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, rəqqasə, modelyer
Fəaliyyət illəri 2007–h.h.
Janrlar Pop, Dans-pop
Musiqi aləti vokal
Səs tembri messo-soprano
Albom şirkətləri Universal Music Greece
Minos EMI
Panik Records
elenifoureira.gr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitasAnemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır. Onun dördüncü studiya albomu Vasilissa 2017-ci ildə işıq üzü görmüşdür.

Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə müsabiqə tarixindəki ən yaxşı nəticəsi olan 2-ci yeri qazandırmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Eleni Fureyra 7 mart 1987-ci ildə Entela Fureray kimi Albaniyanın Fieri şəhərində anadan olmuşdur. İfaçının anası Maryeta dərzi, atası Kristaç Fureray isə tikintidə çalışır. Onun İoanna və Marqarita adlı iki bacısı və Qiorqos adlı bir qardaşı var. Fureyra gənc yaşlarında ikən Albaniya vətəndaş müharibəsi səbəbindən ailəsi ilə birlikdə Yunanıstana köç etmişdir.[1] O, Afina yaxınlığında yerləşən Kaliteya şəhərində böyümüşdür.

Fureyra kiçik yaşlarından musiqiyə həvəsli olmuş, gitarada ifa etməyi öyrənmiş və eyni zamanda üç il teatrda fəaliyyət göstərmişdir.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

2007-2009: Mystique qrupu[redaktə | mənbəni redaktə et]

Eleni Fureyra öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. Alkmini Çatziqianni və Mariya Makrinin də üzv olduğu qrupa Fureyra prodüser Andreas Qiatrakos tərəfindən növbəti üzv kimi seçilmişdir. 2007-ci ildə qrupun "Se alli selida" adlı debüt sinqlı təqdim edilmiş və mahnı Yunanıstanda çox bəyənilmişdir. Növbəti ildə isə qrupun Yunanıstan hip hop qrupu NEVMA ilə birlikdə ifa etdikləri "Min kaneis pos de thymasai" mahnısı Yunanıstan və Kiprdə hitə çevrilmişdir. Lakin Mystique qrupu 2009-cu ildə fəaliyyətini dayandırmışdır.

2010–hal-hazırda: Solo karyera[redaktə | mənbəni redaktə et]

Mystique qrupundan ayrıldıqdan sonra Eleni Fureyra Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Daha sonra ifaçı Mega telekanalında yayımlanan Just the Two of Us adlı xeyriyyə proqramında iştirak etmişdir. O, həmin proqramda həmkarı Panaqiotis Petrakis ilə birlikdə qələbə qazanmışdır. 2010-cu ilin dekabr ayında Fureyranın öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 ildə ifaçının Ti poniro mou zitas və 2014-cü ildə Anemos agapis studiya albomları satışa buraxılmışdır. 2015 və 2016-cı illərdə isə Fureyra İvi Adamu və Keti Qarbi kimi digər tanınmış yunan müğənniləri ilə birlikdə çıxış etdiyi Barabella: 80-ci illərin müziklında Sofiya rolunu canlandırmışdır. Üçüncü studiya albomunun təqdimatından sonra Fureyra Minos EMI şirkəti ilə müqaviləsini ləğv edərək, Panik Records şirkəti ilə yeni anlaşma imzalamışdır. Onun dördüncü studiya albomu Vasilissa 2017-ci ildə işıq üzü görmüşdür.

Avroviziya Mahnı Müsabiqəsi[redaktə | mənbəni redaktə et]

Eleni Fureyra Lissabon səhnəsində

Eleni Fureyra bir neçə dəfə Yunanıstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün cəhd göstərmişdir. 2010-cu ildə Fureyra Manos Pirovolakis ilə duet şəklində ifa etdiyi "Kivotos tou Noe" mahnısı ölkənin Avroviziya üçün təşkil olunan milli seçim turunda iştirak etmiş və ikinci yeri tutaraq, məğlub olmuşdur. 2013-cü ildə isə ifaçı Yunanıstanın Avroviziya milli seçim turunda Ruslana ilə birlikdə "Wild Dances" mahnısını ifa etmişdir. İfaçı iki il sonra 2015-ci ildə milli seçim turunda iştirak edəcəyini bildirsə də, daha sonra bu fikrindən vaz keçmişdir. Növbəti dəfə Fureyra 2016-cı ildə Yunanıstanı Avroviziyada təmsil edə bilmək üçün seçim turuna qatılmış, lakin onun təqdim etdiyi mahnı olan "Come Tiki Tam" yunan telekanalı tərəfindən qəbul edilməmişdir.

2018-ci ilin yanvar ayında Kipr Respublikasının CYBC telekanalı Eleni Fureyranın "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.[2][3]

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Eleni 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 19-cu səhnə almışdır. Nəticədə ifaçı 262 xalla yarımfinalda 2-ci yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Fureyra finalda ümumi nəticədə 436 xal toplayaraq, 2-ci yeri tutmuşdur. Bu Kiprin Avroviziya tarixindəki ən yüksək göstəricisi olmuşdur.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

Albom adı İl
Eleni Foureira 2010
Ti poniro mou zitas 2012
Anemos agapis 2014
Vasilissa 2017

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"Chica Bomb" 2010
"To 'cho (Pom Pom)"
"Ase me"
"Mia nychta mono"
(Thirio ilə duet)
2011
"Paixe mazi mou (Fun)"
(Kiprian Rodu ilə duet)
"Reggaeton"
"To party de stamata"
(Midenistis ilə duet)
2012
"All I Need"
"Stou erota tin trela"
"Fotia"
(NEVMA ilə duet)
"Pio erotas pethaineis"
"Sweetest Love" 2013
"Rantevou stin paralia"
"Anemos agapis"
"Pes to kathara"
(Vasilis Karras ilə duet)
"Vazo tin kardia" 2014
"Party Sleep Repeat (PSR)"
"Mou pan i agapi"
"Ladies (Stand Up)" 2015
"Pio dinata"
"Sto theo me paei (Golden Boy)"
"Den sou chrostao agapi" 2016
"Delicious"
(Butrint İmiri ilə duet)
"Ti koitas?"
(Mayk ilə duet)
"2017 S'agapo"
"Mono gia sena" 2017
"To kati pou echeis"
"Send for Me"
(A.M. SNiPER və Afro B ilə birlikdə)
"Vasilissa"
"2018 S'agapo"
"Fuego" 2018

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Φουρέιρα: Ηρθα από την Αλβανία 8 χρόνων -Θυμάμαι να μπαίνουν οι σφαίρες μέσα στο σπίτι μου". iefimerida.gr (yunanca). 2016-03-14. 2016-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
  2. "Cyprus: Eleni Foureira Officially Confirmed for Eurovision 2018". 1 fevral 2018. 2020-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
  3. "Cyprus: Eleni Foureira to Lisbon!". ESCToday. 1 fevral 2018. 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
Əvvəlki:
Ovik
"Gravity"
Kipr Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Tamta
"Replay"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]