Tekumse lənəti

Tekumse lənəti (ing. Tecumseh′s curse), həmçinin ABŞ prezidentlərinin lənəti, prezident lənəti kimi də tanınır - vaxtilə ölmüş şauni tayfasının hindu döyüşçüsü olan Tekumse tərəfindən ağların danışıqları pozmasına görə, lənət haqqında əfsanə. Lənət hər 20 ildən bir seçilən ABŞ prezidentinin öldürülməsi və yaxud prezidentlik səlahiyyətləri vaxtı ölməsini özündə əks etdirmişdir.

Birinci nəsildən başlayaraq seçildiyi illərin sonu sıfırla bitən 3 prezidentdən başqa qalanlarının hamısı vəzifəsini icra edərkən ölmüşdür.

Bir neçə mənbəyə əsasən bu lənət yeddinci nəsilə qədər öz təsirini göstərir.

Birinci nəsil - Uilyam Harrison - 1840-cı ildə prezident seçilmişdir. 4 aprel 1841-ci ildə sətəlcəm xəstəliyindən ölmüşdür

İkinci nəsil - Avraam Linkoln - 1860-cı ildə preziden seçilmişdir. 14 aprel 1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür

Üçüncü nəsil - Ceyms Qarfild - 1880-ci ildə seçilmişdir. 19 sentyabr 1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən öldürülmüşdür

Dördüncü nəsil - Uilyam Mak-Kinli - 1900-cu ildə yenidən prezident seçilmişdir. 14 sentyabr 1901-ci ildə sərgidə anarxist tərəfindən öldürülmüşdür

Beşinci nəsil - Uorren Hardinq - 1920-ci ildə seçilmişdir. 2 avqust 1923-cü ildə ürək tutmasından ölmüşdür

Altıncı nəsil - Franklin Ruzvelt - 1940-cı ildə yenidən prezident seçilmişdir. 12 aprel 1945-ci ildə beyninə qan sızmasından ölmüşdür

Yeddinci nəsil - Con Kennedi - 1960 -cı ildə seçilmişdir. 22 noyabr 1963-cü ildə Li Harvi Osvald tərəfindən sui-qəsd nəticəsində öldürülmüşdür

Səkkizinci nəsil - Ronald Reyqan - 1980-ci ildə prezident seçilmişdir. İlk dəfə olaraq, qanuna uyğunluğu pozdumuşdur. 1981-ci ildə ona qarşı təşkil olunmuş sui-qəsddən sağ çıxdı. 1989-cu ildə sağ-salamat şəkildə vəzifəsindən getdi

Doqquzuncu nəsil - Corc Uoker Buş - 2000-ci ildə prezident seçilmişdir. Qanunauyğunluğa əsasən, bu lənət ona təsirini göstərməli idi. 2005-ci ildə prezidentə Gürcüstanda olduğu zaman sui-qəsd təşkil olunsa da, (qumbara atmışdılar) bu uğursuzluqla nəticələndi. Özünün ikinci prezidentlik müddətini bitirdi və hal-hazırda firavan həyat sürür

Onuncu nəsil - Co Bayden - 2020-ci ildə prezident seçilmişdir. Qanunauyğunluğa əsasən, bu lənət ona təsirini göstərə bilər. Prezidentə qarşı sui-qəsd təşkil olunmayıb. Hal-hazırda firavan həyat sürür