Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morj
Su inəyi (Erkəyinə Su öküzü deyilir) və ya Morj (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir. == Görünüşü == Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir.
Morj (cins)
Morj (lat. Odobenus) — Morjkimilər fəsiləsinə daxil olan cins. == Növləri == Cinsə bir müasir və bir nəsli kəsilmiş növ daxildir: Odobenus rosmarus Linnaeus, 1758 — Morj, hazırda növə üç yarımnöv daxildir: Odobenus rosmarus rosmarus — Atlantik morju Odobenus rosmarus divergens — Sakitokean morji Odobenus rosmarus laptevi — Laptev morju † Odobenus mandanoensis Tomida, 1989 — Yaponiya sahillərində yayılmış növ hətta ölçülərinə görə sakitokean morjunu belə keçirdi.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Jorj
Jorj (fr. Georges) — ad.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Aldo Moro
Aldo Moro(it. Aldo Moro; 23 sentyabr 1916, Malye, Apuliya — 9 may 1978, Roma) — İtaliyanın baş naziri, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == Aldo Moro 23 sentyabr 1916-cı ildə anadan olmuşdu. Ali hüquq təhsili almışdı. İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilən "postindustrial sıfır inkişafı" və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla "Roma Klubunu" hiddətləndirmiş oldu, çünki "Olimpiyaçılar" bu siyasətin həyata keçirilməsini məhz "Roma Klubuna" tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş Nazirə "Beynəlxalq İşlər üzrə Kral İnstitutunun" (RRLA, Böyük Britaniya) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-nin Dövlət Katibi, eləcə də Komitet 300-ün üzvüdür. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcəkdir. Xatırladaq ki, Baş Nazir Aldo Moro 1978-ci ildə "Qırmızı briqadalar"nın terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. "Qırmızı briqadalar"nın üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-nin yüksək səviyyəli rəsmı şəxslərinin iştirak etdiklərindən xəbərdar olduqlarını bildirmişdilər.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi. == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi.
David Morz
David Morse (11 oktyabr 1953) Amerikalı Emmy mükafatına namizəd göstərilmiş səhnə, teatr və kino aktyorudur. Massaçusetsin Beverly şəhərində anadan olub. Teatr işlərinə 1970-ci illərdən Bostonda başlamışdır. 1980-ci illərdə, vaxtaşırı Nyu-Yorkda teatr tamaşalarında yer alarkən bəzi televiziya filmlərində də iştirak etmişdir. Bu illərin sonra, Yaxşı Oğul (The Good Son), Qaya (The Rock), On iki meymun (Twelve Monkeys), Uzun Öpüş Gecəsi (The Long Kiss Goodnight), Əlaqə (Contact) və Müzakirəçi (Negotiator) kimi bəzi film əsərlərində rol almışdır. Stephen Kingin hekayələrinə əsaslanan The Langoliers, Hearts in Atlantis və Yaşıl mil filmləri ilə nüfuzunu artırmışdır. 2007-ci ildə House serialındakı Michael Tritter roluna görə Emmy mükafatına namizəd göstərilmişdir.
Ernst Moro
Ernst Moro (8 dekabr 1874–1951)— Avstriya pediatrı, psixoloqu. == Həyatı == Ernst Moro 8 dekabr 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı. Moro Qratsda (Avstriyada Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının Türk sərhədlərində ən qədim postlarından biri və ölkənin ən orijinal şəhərlərindən biri olub) oxuyub. 1899-ci ildə o, tibb doktoru alimlik dərəcəsi alıb, 1901-1902-ci ildə o, bağırsaq basili bakteriyasını kəşf edən Teodor Yeşerixlə çalışıb, 1906-ci ildə Münhendə pediatr ixtisasına yiyələnib, iki il sonra isə Heydelberq Universitetində professor olub. Həkim 1908-ci ildə tibb dünyasında elə bir yenilik etmişdi ki, onun izahı düz bir əsr sonra açılmışdı. Birinci Dünya müharibəsi illərində uşaqların çoxu ishaldan ölürdü. Moro uşaq ölümlərinin sayını azaltmaq üçün sadə resept yaradır. Bu reseptin əsas inqrediyenti kök şorbası imiş.
Fabritsio Moro
Fabritsio Mobriçi (it. Fabrizio Mobrici; d. 9 aprel 1975, Roma, İtaliya) və ya səhnə adı ilə Fabritsio Moro — İtaliya müğənnisi və bəstəkarı. Onun debüt albomu 2000-ci ildə təqdim olunmuşdur. 2007-ci ildə Moro İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında ifa etdiyi "Pensa" mahnısı ilə qalib gəldikdən sonra İtaliyada şöhrət qazanmışdır. Mahnı ölkədə uzun müddət hit olaraq qalmışdır. 2018-ci ilə kimi Moronun yeddi studiya albomu, bir mini-albomu və bir canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. 2011-ci ildə İtaliyanın RAI 2 telekanalında ifaçı Sberra adlı televiziya proqramına aparıcılıq etmişdir. Bundan başqa Moro digər italyan müğənniləri üçün mahnılar da yazmışdır. Moro Ermal Meta ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Janna Moro
Janna Moro(fr. Jeanne Moreau [ʒan mɔˈʁo]; d. 23 yanvar 1928, Paris - ö. 31 iyul 2017, Paris) — fransız müğənnisi, aktrisası, kinorejissoru. == Həyatı == Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən yaşlarından rastlaşdığı ikinci dünya müharibəsinin fəsadları onun ailəsindən də yan keçməyib. II dünya müharibəsinin başlanması Jannanın uşaqlıq illərinə düşdüyü üçün o, özünü hər zaman müharibə uşağı adlandırıb. Müharibənin başlanmasıyla atasının müflisləşməsi, ingilis qanı daşıdığı üçün anasının həbs olunması bir dövrə təsadüf edib. Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki fahişəlik, alman əsgərləri, qəzəb və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı məqamalar olub. Özünün artistlik istedadına güvənən Jannanın teatra və kinoya olan həvəsi bir zamanlar “Folli Berjer” müzik-xollunda balerina olmuş anasından qaynaqlanır.
Jorj Bize
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi. == Həyatı == Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi.
Jorj Brak
Jorj Brak (fr. Georges Braque, 13 may 1882[…], Arjantöy – 31 avqust 1963[…], Paris) — fransız rəssam, qrafikçi, heykəltaraşçı və dekarator. Kubizm istiqamətinin banisi (Pablo Pikasso ilə birlikdə). == Bioqrafiyası == Jorj Brak Val-d'Uaz departamentinin Arjantöy şəhərində anadan olmuşdur. Sənətkar ailəsində dünyaya gəlmişdir. O, Havr şəhərində böyümüşdür rəssamlıq və dekorator sənətində təhsil almışdır, atası və babası kimi. Lakin, 1897-ci ildən 1899-cu ilədək İncəsənət Məktəbində (Şarl Luyinin sinifində) axşam saatlarına kimi rəssamlıq sənətini ciddi şəkildə öyrənməyə başlamışdır. 1900-cü ildə Parisə köçdükdən sonra dekorativ sənətinin təhsili almış və 1902-ci ildə sertifikat verilmişdi. Daha sonra Parisdə Amber Akademiyasına daxil oldu və 1904-cü ilə qədər orada işləmişdir. Burada Mari Loransen və Fransisa Pikabiailə tanış olmuşdur.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Jorj Dyumezil
Georges Dumézil (4 mart 1898[…], Paris – 11 oktyabr 1986[…], Paris), Fransız tarixçi və linqvistik == Bəzi əsərləri == Le crime des Lemniennes: rites et legendes du monde egeen, Geuthner (Paris), 1924. Le festin d'immortalite: Etude de mythologie comparee indo-europenne, Volume 34, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1924. Le probleme des Centaures: Etude de mythologie comparee indo-europenne, Volume 41, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1929. Legendes sur les Nartes, Champion (Paris), 1930. La langue des Oubykhs, Champion (Paris), 1931. Etudes comparatives sur les langues caucasiennes du nord-ouest, Adrien-Maisonneuve (Paris), 1932. Introduction a la grammaire comparee des langues caucasiennes du nord, Champion (Paris), 1933. Recherches comparatives sur le verbe caucasien, 1933. Ouranos-Varuna: Etude de mythologie comparee indo-europenne, Adrien-Maisonneuve (Paris), 1934. Flamen-Brahman, Volume 51, Annales du Musée Guimet, Bibliothèque de vulgarisation, Geuthner (Paris), 1935.
Jorj Klemanso
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[…] – 24 noyabr 1929[…], Paris) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü. == Həyatı == === Uşaqlığı === Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular. Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur. === Gəncliyi === Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu.
Jorj Küvye
Jorj Leopold Küvye (fr. Jean Léopold Nicolas Frédéric Cuvier; 23 avqust 1769[…], Monbelyar[d] – 13 may 1832[…], Paris) — fransız təbiətşünası, naturalist, "paleontologiya elminin və müasir müqayisəli anatomiyanın atası", Fransa Coğrafiya Cəmiyyətinin üzvü, Frederik Küvyenin qardaşı. == Həyatı == Jorj Leopold Küvye 23 avqust 1769-cu ildə, o zaman Vürtemberqə məxsus olan Mempelqard (Mömpelgard və ya Montbéliard) şəhərində anadan olmuşdur. O, burada dini məktəbdə təhsil alırdı (Küvyenin ailəsi protestant idi) və din xadimi olmaq istəyirdi, lakin oxuduğu gimnaziyanın direktorunun ona olan nifrəti Jorjun sonrakı taleyinə də ciddi təsir göstərdi. Sonralar Jorj Küvye Ştutqartda Karolin (Karlsschule) akademiyasına daxil olmuş, burada o, hələ uşaqlıq dövründən meyil göstərdiyi təbiətşünaslıqla daha dərindən tanış olmaq imkanı verən kameral biliklər fakultəsini seçmişdir. 1788-ci ildə Küvye Normandiyada Fikkenvill qalasında qraf d’Erisinin yanında ailə müəllimi işləyərkən bu qalanın dənizin yaxınlığında olmasından istifadə edərək dəniz canlılarının tədqiqi ilə məşğul olurdu. Abbat Anri Aleksandr Tesse ilə ilə tanış olan Küvye onun xahişi ilə Tessenin rəhbərlik etdiyi hospitalın həkimləri üçün botanikadan mühazirələr oxumuşdur. Tessenin vasitəçiliyi ilə Küvye Paris alimləri ilə tanış olmuş, onların dəvətilə Parisə getmiş və burada 1795-ci ildə mərkəzi Panteon məktəbində professor vəzifəsini tutmuşdur. Küvye Parisdə Kral Nəbatət Bağının müqayisəli anatomiya müəllimi Jan-Klod Mertrünün köməkçisi təyin edildikdən az sonra, 1796-cı ildə Milli İnstitutun üzvü təyin edildi, 1800-cü ildə Collège de France məktəbində təbii tarix fakültəsinin müdiri, 1802-ci ildə Mertrünün ölümündən sonra isə Kral Nəbatət Bağında müqayisəli anatomiya kafedrasının müdiri vəzifəsinə təyin edildi. 1809–1811-ci illərdə yenidən imperiyaya birləşdirilən ərazilərdə tədris prosesini təşkil etdi, sonralar dövlət şurasında xidmət etmiş və ona 1822-ci ildə dini fakultələrdə protestantlar üzərində nəzarət tapşırılmışdır.
Jorj Pompidu
Jorj Pompidu (fr. Georges Pompidou; 5 iyul 1911, Monbudif, Fransa – 2 aprel 1974, Paris, Fransa) — 1969–1974 illərdə Fransa Respublikasının prezidenti.
Jorj Qurviç
Jorj Qurviç (rusca- Гео́ргий Дави́дович Гу́рвич; fransızca- Guéorgui Davidovitch Gourvitch) Rus əsilli Fransız sosioloqu. == Həyatı == Georgi Davıdoviç Qurviç (sonradan adı J.Qurviç kimi göstəriləcək) Novorossiysk şəhərində 20 oktayabr (yeni təqvim ilə 2 noyabr ) 1894-cü ildə anadan olmuşdur. 1912-ci ildə J.Qurviç Riqada Nikoloy gimnaziyasının 8 illik kursunu bitirmişdir. Xatirələrdən məlum olur ki, hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur. Tanış olduğu ədəbiyyat sırasında K.Marksın, F.Engelsin, məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin, G.Plexanovun,V.Leninin, M.Ştirnerin əsərləri də olmuşdur. 1912-ci ildən etibarən I Dünya müharibəsi başlayana qədər hər yay o, Almaniyaya istirahətə gedirdi. Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə tanış olmağa imkan tapmışdır. 1912-ci ilin iyun ayında J.Qurviç Yuryer Universitetinin hüquq fakultəsinə qəbul olundu. Burada ilk altı semestri oxuyan Qurviç professorları A.S.Yaşşenko, F.V.Taranovski, M.E.Krasnojen, L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi Roma hüquqi tarixi, siyası iqtisadi, statistika , kilsə, dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir. 1914-cü ilin avqust ayında J.Qurviç Petoqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı.
Jorj Rutaqanda
Jorj Rutaqanda (tam adı: Jorj Rutaqanda, fr. Georges Rutaganda; 27 noyabr 1958 – 11 oktyabr 2010, Porto-Novo) — Ruandalı hutu milisi İnterahamvenin ikinci vitse-prezidenti. == Haqqında == Rutaqanda 1994-cü il Ruanda soyqırımına görə qismən məsuliyyət daşıyırdı. Prokuror Ceyms Stüart qeyd edirdi ki, "Jorj Rutaqanda olmasaydı, Ruanda soyqırımı baş verdiyi kimi işlənməzdi." O, 1994-cü ildə Kiqalidə radioda çıxış edərkən İnterahamve milisini bütün tutsilərin kökünü kəsməyə təhrik etmişdir. İddialara görə, Rutaqanda Kiqalidəki İnterahamve sığınacağında tutsi qadınlarını tutmuş, zorlamış və işgəncə etmişdir. Digər mənbələrə görə, Rutaqanda cadugər olduqlarına inandığı tutsi fahişələrini tutmuşdur. Bu müddət ərzində Rutaqandanın öz milisini Ruanda ordusundan oğurlanmış təchizatlarla təmin etdiyi deyilir. Rutaqanda 10 oktyabr 1995-ci ildə tutulmuş və 26 may 1996-cı ildə Tanzaniyanın Aruşa şəhərinə göndərilmişdir. Soyqırım, insanlıq əleyhinə cinayətlər və qəsdən adamöldürmədə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdir. 11 oktyabr 2010-cu ildə Benində cəzasını çəkərkən xəstəlikdən vəfat etmişdir.
Jorj Sand
Jorj Sand (1 iyul 1804[…], Paris[…] – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır.
Jorj Simenon
Jorj Simenon (13 fevral 1903[…], Lyej, Belçika – 4 sentyabr 1989[…], Lozanna, İsveçrə) — Fransızca yazmış Belçika yazıçısı. == Həyatı == O, 1903-cü ildə Belçikanın Lyej şəhərində anadan olmuşdur. Varlı balaların təhsil aldığı məktəbdə oxuyan Jorj Simenon sonralar təhsil illərini,yaşadığı şəhəri, bazar günləri qonaq getdikləri qohum ailələrini dönə-dönə xatırlayıb. Gözəl rəssam yaddaşına malik olan yazıçı uzun illər gözəl gördüyü bir mənzərəni, burjua intriqalarını dəqiqliklkə təsvir edib.Jorj Simenonun əsərlərində öz obrazını tanıyanlar yazıçını dəfələrlə məhkəməyə veriblər. Gördüklərini, duyduqlarını dəqiq təsvir etmək bacarığı böyük sənətkarlara xas xüsusiyyətdir.Simenonun bu sahədəki uğurları Qoqolun yaradıcılığı ilə əlaqələndirilir, deyirdi ki, Qoqol mənə, gənc belçikalıya özümü Rusiyada hiss etməyə, onun genişliyini,gözəl mənzərələrini görüb, adətlər, qeyri-adi zövqlərlə, sərt təzadlarla tanış olmağa imkan verdi. Mənim oxucum da özünü əsərdə əhvalatlar baş verən öılkənin, şəhərin, evin, mənzilin sakini saymalıdır. == Yaradıcılığı == Jorj Simenon Çexov və Dostoyevski yaradıclığına da yüksək qiymət verir və onları özünün müəllimləri adlandırırdı. On beş yaşında ikən Simenon, məktəbi bitirməyinə bir il qalmış, təhsilinin yarımçıq qoyur, əvvəl kitab mağazasında satıcı, sonra isə yerli qəzetlərin birində işləyir. Həmin dövrdə Simenon gənc şair və rəssamların dərnəyinin fəal üzvlərindən idi. Bu dərnəkdə müasir incəsənətin problemləri haqda ciddi mübahisələr gedirdi.
Jorj Volinski
Jorj Volinski (fr. Georges Wolinski; 29 iyun 1934, Tunis – 7 yanvar 2015[…], XI arondisman) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Jorj mükafatı
Jorj mükafatı — Rusiyada təqdim olunan İnternet-kino mükafatı. Əsasən bloqerlərə və İnternet-jurnalistika sahəsində nailiyyətlər qazanan şəxsərə verilir. İlk təqdimatı 2005-ci ildə olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.