Jorj Brak (fr. Georges Braque, 13 may 1882[1][2][…], Arjantöy[3][4] – 31 avqust 1963[3][1][…], Paris[3][4]) — fransız rəssam, qrafikçi, heykəltaraşçı və dekarator. Kubizm istiqamətinin banisi (Pablo Pikasso ilə birlikdə).
Jorj Brak | |
---|---|
fr. Georges Braque | |
Doğum tarixi | 13 may 1882[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1963[3][1][…] (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam, rəssam-qravürçü[d], litoqraf, dizayner, zərgərlik dizayneri, səhnə dizayneri, kollaj hazırlayan[d], boyakar[d] |
Təhsili | |
Janrlar | natürmort[4], Animalistika[4], məişət janrı[4], peyzaj[4] |
Stillər | kubizm[4], fovizm[4] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Jorj Brak Val-d'Uaz departamentinin Arjantöy şəhərində anadan olmuşdur. Sənətkar ailəsində dünyaya gəlmişdir. O, Havr şəhərində böyümüşdür rəssamlıq və dekorator sənətində təhsil almışdır, atası və babası kimi. Lakin, 1897-ci ildən 1899-cu ilədək İncəsənət Məktəbində (Şarl Luyinin sinifində) axşam saatlarına kimi rəssamlıq sənətini ciddi şəkildə öyrənməyə başlamışdır.
1900-cü ildə Parisə köçdükdən sonra dekorativ sənətinin təhsili almış və 1902-ci ildə sertifikat verilmişdi. Daha sonra Parisdə Amber Akademiyasına daxil oldu və 1904-cü ilə qədər orada işləmişdir. Burada Mari Loransen və Fransisa Pikabiailə tanış olmuşdur.
Brakın ilk əsərləri impressionist üslubunda, lakin 1905-ci ildə fovizmin əsərlərinin sərgisini nəzərdən keçirdikdən sonra öz üslubunu dəyişklik etdi. Güclü emosional cavab əldə etmək üçün parlaq rənglər və sadələşdirilmiş formalar istifadə edirdi. Brak, tanınmış sənətkarlar olan Anri Matiss və Andre Deren ilə sıx əməkdaşlıq edirdi.
1908-1913-cü illərdə Brak yeni maraqlarını geometriya və perspektivə əks etdirməyə başladı. O, sadə və perspektiv təsirlərini dərindən öyrənirdi. "Estak evləri" əsərində (fr. Maisons à l'Estaque, 1908) Brak memarlıq strukturunu kubun ətrafında geometrik bir formada təsvir edir. Lakin düz və üç boyutlu göründüyü üçün kölgələri görünürdü. Beləliklə, Brak əyani illüziyaların və bədii nümayəndəliklərin təbiətinə diqqət yetirdi.