Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. == Təsnifat == === Bəşəriyyətin problemləri === ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; === Proqnozlaşdırma imkanları === proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Aşıq Oruc
Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi. == Həyatı == Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. 1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub. 1939-cu ildən müstəqil aşıqlığa başlayıb. Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Birjada oyun
Birnəfərli oyun
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Böyük Oyun
Böyük oyun — (ing. The Great Game), həmçinin Kölgələr Turniri olaraq da adlandırılır ( rus. Турниры теней, Turniri Teney) — XIX əsrdən başlayaraq strateji bölgələrin böyük güclər tərəfindən paylaşılma mübarizəsini təsvir etmək üçün istifadə edilən addır. Böyük Oyun (Neftçi - Xəzər Lənkəran) — Neftçi PFK və Xəzər-Lənkəran FK arasında oynanmış Azərbaycan futbol derbisidir.
Bənövşə (oyun)
Bənövşə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür. == Ümumi məlumat == Yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, minbir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına minbir rəngli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar: Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Novruz bayramında da "Bənövşə" oyunu oynamaq adətdir. Bənövşə oyunu zamanı gənclər iki dəstəyə ayrılır və bir dəstə o biri dəstəyə müraciət edərək deyir: Bənövşə, sizdən bizə kim düşə? == Oyunun qaydaları == Bu oyun uşaqlar arasında iki qrupa ayrılaraq oynanan oyundur. Bir qrupdan digər qrupa bir kişi qaçaraq gəlir əl-ələ tutan digər qrupun ən zəif yerindən keçməyə çalışır. Qrupu keçə bilirsə, o qrupda bir nəfəri öz qrupuna götürür (yalnız özünün yardığı əllərdən birini tuta bilər).
Dama (oyun)
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Dəvə (oyun)
Dəvə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Halay (oyun)
Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. == Oyunun quruluşu == Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər: — Halay gəlmişik. Dəstəbaşının biri digərinə : — Gəl! (yəni qəbul et) — deyir. O biri cavabını verir.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. == Tarixi == 1935-ci ildə yaradılmışdır. == Monopoliya taxtası == Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib. 2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub.
Oqun ştatı
Oqun ştatı (ing. Ogun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat == Adı == Ştatın adı onun ərazisində axan Oqun çayından gəlir.
Oran sülaləsi
Oran və ya Оran-Nassaus sülaləsi (nid. Oranje-Nassau) — Niderland krallığının 1815-ci ildən kral sülaləsi, Nassau knyaz evinin qolu. XVI əsrdən Oran şahzadəsi Birləşmiş Vilayətlər Respublikasında stathauderlər seçilən nüfuzlu oliqarx ailəsidir. Sülalə rəngi kmi narıncı rəng qəbul edilib.
Oruc Vəliyev
Oruc Ramiz oğlu Vəliyev (13 iyul 1994, Gəncə – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Vəliyev 1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı. == Həyatı == Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Ailəlidir. Üç övladı var.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (05.11.1938 – 23.02.2015) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir == Fəaliyyəti == 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir. == Ümumi məlumat == Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər. == Oyunun qaydaları == Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.