Oruc Ramiz oğlu Vəliyev (13 iyul 1994, Gəncə – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Oruc Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 iyul 1994(1994-07-13) |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2020(2020-10-01) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 18 dekabr 2020 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
![]() ![]() |
Oruc Vəliyev 1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhid olub.[2] Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]