Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi.
Aşıq Oruc | |
---|---|
Aşıq Oruc Əhmədov | |
Ümumi məlumatlar | |
Doğum adı | Oruc Vəli oğlu Əhmədov |
Doğum tarixi | |
Doğum yeri | Yarpızlı, Göyçə, Ermənistan SSR |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Zəhmətkənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Zəhmətkənd |
Uşağı | |
Atası | Aşıq Vəli |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıqlıq |
Fəaliyyət illəri | 1939-1976 |
Musiqi aləti | Saz |
Səs tembri | zil |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.[1]
1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur.
1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.
1939-cu ildən müstəqil aşıqlığa başlayıb.
Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.[2]
1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb.
Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.
1976-cı ildə Gədəbəy rayonunun Zəhmətkənd kəndində astma xəstəliyindən vəfat etmişdir.[1]