Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı.[6][7][8]
Mübariz Örən | |
---|---|
Mübariz Hümbət oğlu Rəfiyev | |
Təxəllüsü | Mübariz Örən |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Memarlıq və İnşaat Universiteti Bakı Slavyan Universiteti |
İxtisası | neft mütəxəssisi |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2012–h.h |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar |
hekayə roman |
İlk əsəri | "Balıq gülüşü"[1] |
Tanınmış əsərləri |
"Balıq gülüşü"[2] "Sodomor"[3] |
Mükafatları |
"Qızıl Kəlmə" (2019)[4] "Əli bəy Hüseynzadə" (2019)[5] |
Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub.
1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb.
1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir.
2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir.
2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.[9]
2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub.[10][11]
"Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.
Azərbaycan Mədəniyyət Nazirliyinin "Ən yeni Azərbaycan ədəbiyyatı" ("Noveyşaya Azerbaydjanskaya Literatura") antologiyasında, Moldovada ("Quadrat") və Türkiyədə dərc olunan antologiyalarda əsərləri çap olunub.[12][13]
Mübariz Örən 2022-ci ildə Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan "Yaradıcılıq fakültəsi"nə dekan təyin olunub.[14]
2017-ci ildə "Balıq gülüşü" kitabı ATV (Azad Azərbaycan Televiziyası) və Hədəf Nəşrlərinin birgə layihəsi olan "Çağdaş nəsrin ustaları" seriyasından nəşr olunub.[15][16]
2020-ci ildə "Sodomor" romanı Fransada, "Kəpəz" nəşriyyatında çap olunub.[17][18][19] Mübariz Örənin Fransada çap olunan "Sodomor" kitabı haqqında məlumat Fransa Milli Kitabxanasının rəsmi saytına yerləşdirilib.[20][21]
2019-cu ildə "Balıq gülüşü" hekayələr kitabına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatına layiq görülüb.[22][23][24]
2019-cu ildə "Balıq gülüşü" hekayələr kitabına görə Azərbaycan Yazıçılar Birliyinin "Əli bəy Hüseynzadə" mükafatına layiq görülüb.[25][26]
• Mübariz Örən – "İlk hekayəm 45 yaşımda çap olunub"[27]
• Mübariz Örən – "Sanço Pansonun yerinə olmaq istərdim"[28]
• Mübariz Örən – "O kitabı oxuyanda dəli oldum"[29]
• Mübariz Örən – "Markes özü bu sirri açmazdı – "Sevdiyim əsər" layihəsi"[30]
• Mübariz Örən – "Elə bilirdim Bayram Bayramovdan böyük yazıçı yoxdur"[31]
• Mübariz Örən – "Yazıçı söz yaratmaqdan qorxmamalıdı"[32]
• Lalə Həsənova – "Hekayədə bədii struktur: Mübariz Örən təcrübəsi"[33]
• Azad Qaradərəli – "Mübariz Örən və Fitscerald: PARALELLƏR, AYRINTILAR"[34]
• Səxavət Sahil – "Ədəbiyyat okeanının aysberqi – "Ağ buludlar""[35]
• Ədəbi müzakirə – ""Ağ buludlar" ədəbiyyatımızda hadisədir"[36]
• Cəlil Cavanşir – "Klassiklərlə müqayisə olunan yazıçımız"[37]
• Samirə Əşrəf – "Mübariz Örən yaradıcılığındakı erotizm qüsuru – TƏNQİD"[38]
• Tənqidçilərin müzakirəsi – "Mübariz Örənin "Balıq gülüşü""[39]