Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalantin
Qalantin-Ət yeməyidir. == Haqqında == Mal əti, dovşan əti, toyuq əti və donuz ətindən hazırlanır. Ət farş halına gətirilir ona yumurta və digər ədviyyatlar vurulur. Alınan qarışığı simmetrik formaya salırlar.Qalantin köhnə fransızcadan tərcümədən jele mənasını verir. == Həmçinin bax == Ət == İstinadlar == As in A. Kettner (pseudonym of Eneas Sweetland Dallas), Kettner's Book of the Table: A Manual of Cookery, 1877. Louis, marquis de Brancas, prince de Nisaro (1672–1750), had been governor of Provence and French ambassador to Spain; at the end of the Ancien Régime his son held the sinecure of governor of Nantes (État militaire de France pour l'année 1789). Jump up^ Men at Arms, Harmondsworth 1952, p 88 Jump up^ Galantyne was a suitable name for a spirited horse mentioned in Sir William St Loe's accounts 1559–60 (Mary S. Lovell, Bess of Hardwick, Empire Builder 2005:144, note 3). Jump up^ Austin, Thomas Austin, Two fifteenth-century cookery-books. London: Oxford University Press, 1964. Pp.
Karantin
Karantin və ya Təhəffüz — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.
Valentin
Valentin — ad. Valentin Xristov Valentin Xristov (ağır atlet, 1956) — Bolqarıstanlı ağır atlet, 1980 Moskva Olimpiadasının gümüş medalçısı Valentin Xristov (ağır atlet, 1994) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti, 2012 London Olimpiadasının bürünc medalçısı. Valentin Haüy – XVIII–XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru Valentin Rasputin — rus yazıçısı.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Cırtdan lamantin
Cırtdan lamantin (Trichechus "pygmaeus") — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir. Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır.
Palmitin turşusu
Palmitin turşusu (heksadekan turşusu) CH3(CH2)14COOH — təbiətdə ən çox yayılmış birəsaslı karbon turşusudur (yağ turşusu). Palmitin turşunun duzlarına və efirlərinə palmitatlar deyilir. == Təbiətdə mövcudluğu == Palmitin turşusu, əksər heyvan və bitki yağlarının qliseridlərinin tərkibinə daxildir, məsələn: pequi toxumu yağı (48.4%), palma yağı (40-50%), süd yağı (22-39%), pequi meyvə pulpa yağı ( 41,2%), qara qəhvə yağı (34,5%), donuz yağı - 30%, baobab yağı (25,4%), ərik ləpəsi yağı (3-7%). Heyvan orqanizmlərində palmitin turşusu asetil-CoA-dan alınan yağ turşularının sintezinin son məhsuludur. == Alınması == Palmitin turşusu alına bilər: yağların sabunlaşması və ya parafinlərin oksidləşməsi nəticəsində əldə edilən yağ turşularının qarışığını rektifikasiya və ya fraksiyalı kristalizasiya etməklə setil spirtini soda kireçlə 270 ° -ə qədər qızdırdıqda (Dyuma və Stas) С16H33ОH + О2 = C15H31COOH + H2О olein (elaid) turşusu kalium hidroksid ilə əridildikdə (Warentrapp) СН3(СН2)7СН=СН(СН2)7СООН + Н2О + О = C15H31COOH + СН3COOH (sirkə turşusu) 2-oktodekanonun nitrat turşusu ilə oksidləşməsindən (Kraft) CH3(CH2)15-CO-CH3 + 3О = C15H31COOH + СН3COOH (sirkə turşusu) Paniks reaksiyasından C15H31J + KCN = KJ + C15H31-CN; C15H31-CN + 2Н2О = C15H31COOH + NН3 == Tətbiqi == Palmitin turşusu stearin (stearin turşusu ilə qarışıq), yuyucu vasitələr və kosmetika, sürtkü yağları və plastifikatorların istehsalında istifadə olunur. == Mənbə == Merck Index, 12th Edition, 7128. Sigma-Aldrich Co., Palmitic acid. Retrieved on 2014-06-02. CID 985 from PubChem Palmitic acid at Inchem.org "Palmitic acid". Seidell, Atherton; Linke, William F. (1952).
Valantia filiformis
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Valantia rupestris
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Valentin Demyanenko
Valentin Demyanenko (23 oktyabr 1983, Çerkasi) — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi. Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur. Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə. == Həyatı == Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir. == Karyerası == === 2005-ci il: 21 yaşında Xorvatiyada Dünya çempionluğu === 21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.
Valentin Haüy
Valentin Haüy (fr. Valentin Haüy, Valentin Haüy; 1745–1822) – XVIII-XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru, ilk tiflopedaqoqlardan biri, korlar üçün ilk təhsil müəssisələrinin yaradıcısı, Luis Braylın sələfi olaraq korlar üçün qabartmalı əlifbanın müəllifi. == Həyatı == Valentin Haüy 1745-ci il 13 noyabr tarixində Fransada Sen-Jüst kəndində (Amyen şəhəri yaxınlığında) kasıb fransız kəndli-toxucu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından onda əcnəbi dillərə qeyri adi maraq olmuş və bu onun gələcək həyat yolunun seçimini müəyyən etmişdir. Maliyyə və sosial çətinliklərə baxmayaraq, Valentin paytaxtda ali təhsil ala bilmiş və hətta Xarici İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışmışdır. O mövcud avropa dillərindən başqa, latın, yunan, qədim ivrit dilini bilmiş və bir neçə şərq dillərində oxuya bilmə bacarığına malik olmuşdur. 1784-cü ildə Haüyün 39 yaşı olanda o artıq pedaqoq kimi çalışırdı. Həmin vaxt o hökumət və qeyri-hökumət xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz şəxsi vəsaiti hesabına öz evində dünyada ilk dəfə kor uşaqlar üçün məktəb açmışdır. Bu məktəbin ilk şagirdi kilsənin sərəncamına verilmiş Fransua de Lezeyuer olmuşdur. Sonradan məktəbə daha 11 nəfər kor uşaq gətirilmişdi.
Valentin Kovalyov
Kovalyov Valentin Fyodoroviç (29 iyul 1914, Bakı – 1 dekabr 1972, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (5 oktyabr 1960), SSRİ-nin Əməkdar sınaqçı təyyarəçisi (1963, qvardiya mayoru, Bakıaeroklubunun yetişdirməsi) == Həyatı == Valentin Kovalyov 29 iyul 1914-cü ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. Bakı ŞHK-dan orduya çağırılmışdır. Müharibə dövründə 196 döyüş uçuşu keçirmişdir. Düşmən qoşunlarını bombardman etmiş, dəfələrlə partizanların köməyinə çatmışdır. 5 oktyabr 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1 dekabr 1972-ci ildə vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. - Bakı, 1981.-Cild.5.- S.429. Azərbaycanın Qızıl Ulduzları.- Bakı, 1975.-S.144-145 "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007.
Valentin Mirinov
Mirinov Valentin Akimoviç (28 oktyabr 1923, Lısoqorsk rayonu[d] – 10 dekabr 1989, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr 1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir. 1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdur. Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir. == Ordu həyatı == Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır. Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir. == Qəhrəmanlığı == Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi.
Valentin Moşkov
Valentin Aleksandroviç Moşkov (rus. Валенти́н Алекса́ндрович Мошков; 6 aprel 1852 - 19 noyabr 1922) — Rusiya etnoqrafı, general-leytenant. == Həyatı == Valentin Aleksandroviç Moşkov 6 aprel 1852-ci ildə anadan olmuşdu.5 avqust 1868-ci ildə Peterburq hərbi gimnaziyasını bitirmişdi.Sonra yunker kimi Konstantin hərbi məktəbə daxil olmuşdu.11 avqust 1871-ci ildə podporuçik rütbəsi almışdı.17 iyun 1873-cü ildə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. İlk defa Qaqauz adı 1817-ci ildə Rusiya kameral siyahılarında qeyd edilmişdir. Rus ordusu generalı Valentin Moşkov (1852 – 1922), Besarabiya qaqauzlarının dili və mədəniyyəti ilə ilgilenmiş və nəticədə “Qagauzı benderskogo uyezda” adlı kitab yazmışdı. Valentin Moşkov 19 noyabr 1922-ci ildə Sofiya şəhərində vəfat edib. == Ailəsi == Valentin Moşkovun Dmitri,Vladimir adlı oğlanları, Yuliya və Zinaida adlı qızları vardı. == Elmi əsərləri == «Материалы для характеристики музыкального творчества инородцев Волжско-Камского края» // ru:Известия Общества археологии, истории и этнографии при Императорском Казанском университете. - 1893. - Т. XI, вып.
Valentin Pavlov
Valentin Pavlov (rus. Валентин Павлов; 26 sentyabr 1937[…], Moskva – 30 mart 2003, Moskva) — SSRİ baş naziri və Sovet siyasətçisidir. Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi.
Valentin Qrekov
Valentin Qrekov (18 aprel 1976, Dnepr) — Ukraynalı cüdoçu.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. == Həyatı == Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
Valentin Silvestrov
Valentin Vasiloviç Silvestrov (ukr. Валенти́н Васи́льович Сильве́стров; 30 sentyabr 1937, Kiyev) — ukrayn bəstəkar və pianoçu. 30 sentyabr 1937-ci ildə Kiyevdə doğulmuşdur. İlk dəfə 15 yaşında musiqi dərsləri almağa başlamışdır. 1955–1958-ci illərdə Kiyev Musiqi Məktəbində piano dərsləri almışdır.
Valentin Xlıstov
Valentin Stepanoviç Xlıstov (rus. Валентин Степанович Хлыстов; 28 fevral 1927, Bakı – 8 mart 2007, Moskva) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (1991). == Həyatı == Valentin Xlıstov 28 fevral 1927-ci ildə Bakıda rus ailəsində anadan olub. Valideynləri Rusiya imperiyasının Qars şəhərində (günümüzdə Türkiyə ərazisidir) anadan olublar. 1903-cü ildə ictimai-siyasi vəziyyət gərgin olduğundan Xlıstovlar Bakıya köçüblər. İkinci Dünya müharibəsinin getdiyi bir dönəmdə — 1943-cü ildə futbol oynamağa başlayıb. Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin yetirməsidir. 1946-cı ildən "Neftyanik" komandasının üzvü olub. Klubun heyətində sol cinah müdafiəçisi mövqeyində çıxış edən Xlıstov, 1955-ci ildə Moskva "Torpedo"su ilə oyunda rəqib futbolçu ilə mübarizədə aldığı zədə səbəbindən karyerasını başa vurmalı olub.
Valentin Xodukin
Valentin Xodukin (ukr. Валентин Ходукин; 17 avqust 1939, Xarkov – 16 dekabr 2020) — ukraynalı futbolçu. == Həyatı == Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb. Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib. V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub. V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir.
Valentin Xristov
Valentin Xristov (ağır atlet, 1956) — Bolqarıstanlı ağır atlet, 1980 Moskva Olimpiadasının gümüş medalçısı Valentin Xristov (ağır atlet, 1994) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti, 2012 London Olimpiadasının bürünc medalçısı.
Valentin kərtənkələsi
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Valentin İntsko
Valentin İntsko (alm. Valentin Inzko‎; 22 may 1949, Klaqеnfurt) — Bosniya və Herseqovina üzrə yüksək nümayəndəsi vəzifəsini icra etmiş sloven kökənli avstriyalı diplomat. == Həyatı == İntsko Karintiya əyalətinin Klaqenfurt şəhərində sloven ailəsində anadan olub. Atası Valentin İntsko yerli sloven azınlığının tanınmış mədəni və siyasi fəalı idi. Kiçik Valentin Faystrits-Rozentale bələdiyyəsində yerləşən Suyetşax sloven-alman ikidilli məktəbində oxudu. 1967-ci ildə Klaqenfurtdakı sloven dilli liseyi bitirdikdən sonra Qrats Universitetinə daxil oldu və burada hüquq və slavyan filologiyasını üzrə təhsil aldı. 1972–1974-cü illər arasında Vyana Diplomatik Akademiyasında çalışdı. 1974-cü ildə Avstriyada diplomatik fəaliyyətinə başladı. 1982–1986-cı illər arasında Avstriyanın Belqraddakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ardınca, Avstriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyində çalıb.
Vladimir Balandin
Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; 17 mart 1923, Suraxanı – 30 dekabr 1944, Virbalis[d]) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra)) == Həyatı == Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir. Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur. Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir. == Mükafatları == Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.