Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir[2].
Valentin kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Valentin kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır. Çütləşkə zamanı sarı-narıncı formaya malik olurlar.
Onlar əsasən dağlıq ərazilərd, qayalarda, dağ çöllərində, hündürlüyü 1900–3000 m yüksəkliyə malik ərazilərdə yaşayırlar. Əsasən cücülər, kiçik onurğasızlar, uzunburunlular, ikiqanadlılar, qarışqalar, kəpənəklər, sərtqanadlılar, hörümçəklər, həmçinin molyusklarla qidalanırlar.
Qışlamanın sonu 2000 metr yüksəklikdə aprel ayının sonu, mayın əvvələrinə təsadüf edir.
Kərtənkələlər yumurta qoymaqla çoxalırlar. Yumurta qoyma iyunun ortaları, iyulun əvvələrinə təsadüf edir. Onlar 3-8, adətən isə 5 yumurta qoyurlar. Yumurtanın ölçüsü 14×8 mm olur. Balalar 26–27 mm olur və avqustun sonu, sentyabrın əvvələri yumurtadan çıxırlar.
Bu növ Azərbaycanın dağlıq ərazilərində, şimal-şərqi Türkiyə və şimal-şərqi, mərkəzi Ermənistan ərazilərində yayılmışdır. Üstəlik Acarıstan ərazisindədə görmək olar.