Valentin Demyanenko (23 oktyabr 1983, Çerkasi) — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi.
Valentin Demyanenko | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Valentin Yuriyeviç Demyanenko | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Dimyan[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna (2005—2007) → Azərbaycan (2008—2016) |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 23 oktyabr 1983 (41 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 195 sm. (6 ft 7 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Kanoe sprint | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1995—2016 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Anatoli Dudni | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Kür İdman Klubu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur.
Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə.
Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir.
21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu.[2] C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.[2]
Daha sonra Valentin Demyanenko 2005-ci ilin 25–28 avqustunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[3] Bu turnirdə o, C1–200 və C1–500 turnirində çıxış elədi.[3] C1–200 turnirinin təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.126 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında birinci pillədə başa vuraraq yarım-final mərhələsinə vəsiqə qazandı.[3] Bu mərhələnin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.128 saniyə nəticə göstərdi və turnirin final mərhələsinə vəsiqə qazandı.[3] Avqustun 28-də baş tutan final mərhələsində isə Valentin Demyanenko 38.264 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq Dünya Çempionatının qalibi oldu.[3]
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış elədi.[3] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 1:55.006 dəqiqə nəticə göstərdi və qrupu üçüncü pillədə başa vurdu.[3] Bununla da o, yarım-final mərhələsinə vəsiqə qazandı.[3] Bu mərhələnin "D" qrupunda 1:48.320 dəqiqə nəticə göstərən Valentin Demyanenko turnirin final mərhələsinə vəsiqə qazandı.[3] Avqustun 28-də baş tutan final mərhələsi Valentin Demyanenko uğursuz oldu.[3] Valentin Demyanenko 1:48.808 dəqiqə nəticə göstərdi və mərhələni doqquz idmançı sırasında dördüncü pillədə başa vurdu.[3] Ona bürünc medala sahib olması üçün cəmi 0.200 saniyə çatmadı.[3]
2006-cı ilin əsas turniri 16–20 avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı oldu.[4] Valentin Demyanenko bu səfər Dünya Çempionatında sadəcə C1–200 turnirində mübarizə apardı.[4] Keçən il həmin turnirin qalibi olan Valentin Demyanenko bu səfər də qızıl medala iddialı idi. Təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 40.296 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq birbaşa final mərhələsinə vəsiqə qazandı.[4] Avqustun 20-də gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 30.136 saniyə nəticə göstərdi.[4] Nəticədə o, birinci pillədə qərarlaşan Rusiya nümayəndəsi Nicolai Lipcindən 0.348 saniyə geri qaldı və Dünya Çempionatını gümüş medalla başa vurdu.[4]
Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2008-ci ildə baş tutacq XXIX Yay Olimpiya Oyunlarının proqramına sadəcə C1–500 turniri salındı. Komandanın "bir nömrəsi" C1–200 turnirlərində Valentin Demyanenko, С1–500 turnirlərində isə Yuri Çeban hesab olunurdu. Olimpiada da mübarizə aparmağı qarşısına məqsəd qoyan Valentin Demyanenko Yuri Çebanla rəqabətə başladı. Nəticədə isə C1–500 turnirində 2007-ci il Dünya Çempionatının qalibi Yuri Çeban oldu və olimpiya lisenziyasına sahib oldu. 2007-ci ilin sonlarında isə Valentin Demyanenko Azərbaycan vətəndaşlığını qəbul elədi və Olimpiya Təsnifat Turnirlərində mübarizə aparmağa başladı, amma hüquqi prosedurlar gec başa çatdığına görə Valentin Demyanenko olimpiya lisenziyasına sahib ola bilmədi və olimpiada da çıxış edə bilmədi.
Valentin Demyanenko 2008-ci ilin 5–8 iyununda Macarıstannın Seqed şəhərində baş tutan ICF World Cup beynəlxalq turnirində mübarizə apardı.[5] C1–200 və C1–500 turnirlərində çıxış edən Valentin Demyanenko üçün bu turnir Azərbaycan bayrağı altında mübarizə apardığı birinci beynəlxalq turnir idi.[5] C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda Valentin Demyanenko 40.018 saniyə nəticə göstərdi və qrupu birinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı.[5][6] Doqquz idmançının çıxış elədiyi final mərhələsində isə Valentin Demyanenko 40.900 saniyə nəticə göstərdi və birinci pillənin sahibi olaraq turnirin qızıl medalına sahib oldu.[5][7] Bu medal Azərbaycanın Kanoe idmanı tarixində beynəlxalq turnirlərdə qazandığı birinci medal idi.[8]
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış elədi.[5] Valentin Demyanenko təsnifat mərhələsinin "C" qrupunda 1:50.618 dəqiqə nəticə göstərib və yeddi idmançı sırasında birinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazansa da, final mərhələsində 2:06.598 dəqiqə nəticə ilə doqquz idmançı sırasında sonuncu pillədə qərarlaşdı.[5]
Valentin Demyanenkonun növbəti turniri 12–15 iyunda Almaniyanın Duysburq şəhərində baş tutan ICF World Cup beynəlxalq turniri oldu.[9] C1–500 turnirində mübarizə aparan Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 1:58.758 dəqiqə nəticə göstərdi və yeddi idmançı sırasında üçüncü pillədə qərarlaşaraq yarım-final mərhələsinə vəsiqə qazandı.[9][10] Bu mərhələnin "B" qrupunda isə 1:52.616 dəqiqə nəticə ilə doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazandı.[9] Final mərhələsində uğursuz çıxış edən Valentin Demyanenko nəticədə beşinci pillədə qərarlaşdı.[11]
Daha sonra Valentin Demyanenko Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turnirində mübarizə apardı.[12] Nəticədə Valentin Demyanenko C1–200 və C1–500 turnirlərində qızıl medallara sahib oldu.[12][13]
2007-ci il Dünya Çempionatında mübarizə apardığına, həmçinin Azərbaycan vətəndaşlığını qəbul eləməsi prosedura gec başa çatdığına görə Valentin Demyanenko olimpiya lisenziyasına sahib ola bilmədi və avqustda baş tutan olimpiada da çıxış edə bilmədi.
Valentin Demyanenkonun 2009-cu ildə birinci turniri 22–24 iyunda Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu.[14] C1–500 və C1–1000 turnirlərində çıxış edən Valentin Demyanenko əvvəlcə C1–500 turnirində mübarizə apardı.[14] Təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 1:52.126 dəqiqə nəticə göstərdi və altı idmançı sırasında birinci pillədə qərarlaşaraq yarım-final mərhələsinə adladı.[14] Bu mərhələdə isə o, 1:54.184 dəqiqə nəticə göstərdi və turnirin final mərhələsinə vəsiqə qazandı.[14] Final mərhələsində isə Valentin Demyanenko 1:52.320 dəqiqə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[15]
Daha sonra isə Valentin Demyanenko əvvəlcə C1–1000 turnirində mübarizə apardı.[15] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 4:00.692 dəqiqə nəticə göstərdi və yarım-final mərhələsinə adladı.[15] Bu mərhələdə isə o, 4:12.028 dəqiqə nəticə göstərdi və altıncı pillədə qərarlaşaraq turnirin final mərhələsinə vəsiqə qazana bilmədi.[15] Formal əhəmiyyətə sahib olan "B" finalında isə Valentin Demyanenko 4:00.365 dəqiqə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.[15]
Valentin Demyanenko 25–28 iyunda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[16][17] C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 38.30 saniyə nəticə göstərdi.[16] Bununla da o, doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.[16][18]
C1–500 turniri isə Valentin Demyanenko üçün uğurlu olmadı.[16] Əvvəlcə o, təsnifat mərhələsində 1:50.546 dəqiqə nəticə ilə birinci pillədə sahibi oldu və birbaşa final mərhələsinə vəsiqə qazandı.[19] Final mərhələsində isə 2:16.392 dəqiqə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında sonuncu pillədə qərarlaşdı.[16][20]
2009-cu ilin əsas turniri 12–16 avqustda Kanadada baş tutan Dünya Çempionatı idi.[21][22][23] Valentin Demyanenko C1–200 və C1–500 turnirlərində mübarizə apardı.[21] C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.630 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında birinci pillədə başa vurdu.[21] Bununla da Valentin Demyanenko birbaşa final mərhələsinə vəsiqə qazandı.[21][24] Final mərhələsində isə Valentin Demyanenko 38.048 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə başa vuraraq Dünya Çempionatının qızıl medalına sahib oldu.[21][25][26] Bu qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Valentin Demyanenkoya minnətdarlığını bildirdi.[27]
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış elədi.[21] Təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 2:02.750 dəqiqə nəticə göstərdi və qrupu yeddi idmançı sırasında dördüncü pillədə başa vurdu.[21] Bununla da Valentin Demyanenko mübarizəni yarım-final mərhələsində davam elədi.[21][28] Yarım-final mərhələsinin "A" qrupunda Valentin Demyanenko 1:58.558 dəqiqə nəticə göstərdi və final mərhələsinə vəsiqə qazandı.[21][29] Final mərhələsində isə Valentin Demyanenko uğursuz çıxış elədi.[21] 1:52.104 dəqiqə nəticə göstərən Valentin Demyanenko final mərhələsini 8-ci pillədə başa vurdu.[21]
Valentin Demyanenkonun 2011-ci ildə birinci turniri 6–8 mayda Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu.[30][31] Valentin Demyanenko bu turnirdə C1–200 və C1–500 turnirlərində mübarizə apardı.[30] C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 42.880 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşaraq birbaşa final mərhələsinə vəsiqə qazandı.[30] Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[30] Nəticədə Valentin Demyanenko 42.230 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında dördüncü pillədə qararlaşdı.[30] C1–500 turnirində də Valentin Demyanenko uğursuzluqla üzləşdi.[30] Hərçənd Valentin Demyanenko təsnifat mərhələsinin "B" qrupunda 1:50.744 dəqiqə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşacaq birbaşa final mərhələsinə vəsiqə qazandı.[30][32] Final mərhələsi isə Valentin Demyanenko üçün uğursuz oldu.[30][33] 2:08.812 dəqiqə nəticə göstərən Valentin Demyanenko ümumi nəticədə turniri doqquz idmançı sırasında yeddinci pillədə başa vurdu.[30]
Valentin Demyanenkonun növbəti turniri 26–30 mayda Almaniyanın Duysburq şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu.[34] Əvvəlcə C1–200 turnirində mübarizə aparan Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 40.338 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq yarım-final mərhələsinə vəsiqə qazandı.[34] Bu mərhələdə isə Valentin Demyanenko 40.165 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşaraq turnirin final mərhələsinə adladı.[34] Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 40.192 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[34][35] Valentin Demyanenko turnirin qalibi olan Rusiya nümayəndəsi İvan Ştildən cəmi 0.274 saniyə geri qaldı.[34]
Daha sonra C1–500 turnirində çıxış edən Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 1:55.456 dəqiqə nəticə göstərdi və yeddi idmançı sırasında birinci pillənin sahibi olaraq birbaşa final mərhələsinə vəsiqə qazandı.[34] Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 1:50.050 dəqiqə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu.[34] Valentin Demyanenko turnirin qalibi olan Rusiya nümayəndəsi İvan Ştildən cəmi 0.330 saniyə geri qaldı.[34]
Valentin Demyanenkonun mübarizə apardığı sonuncu turnir isə C4–200 turniri oldu.[34] Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkodan ibarət olan Azərbayacan yığma turnirin final mərhələsində 2:52.336 dəqiqə nəticə göstərdi.[34] Nəticədə Azərbayacan yığması turnirin gümüş medalına sahib oldu.[34]
İlin birinci nüfuzlu turniri 16–20 iyunda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatı oldu.[36][37][38] Bu turnir Valentin Demyanenkonun triumfu ilə əhəmiyyətli oldu.[36][39] Çempionatda C1–200 və C1–500 turnirlərində mübarizə aparan Valentin Demyanenko əvvəlcə C1–200 turnirində çıxış elədi.[36][40] Turnirin final mərhələsində 38.855 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında birinci pillədə qərarlaşdı və Avropa Çempionatının qalibi oldu.[40] C1–500 turnirlərində elədə uğurlu nəticələrə sahib olmayan Valentin Demyanenko bu turnirdə də gözlənilmədən qalib oldu.[41] Final mərhələsində 1:50.680 dəqiqə nəticə göstərən Valentin Demyanenko növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.[41] Karyerası ərzində üçüncü dəfə Avropa Çempionatının qalibi olan Valentin Demyanenkonun növbəti məqsədi olimpiya lisenziyasına sahib olmaq idi.[36][42]
2011-ci ilin əsas turniri 16–22 avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı oldu.[43][44] Bu çempionatda Valentin Demyanenko üç turnirdə — C1–200, C1–500 və C1–4x200 mübarizə apardı.[43] Əvvəlcə C1–200 turnirinin təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Valentin Demyanenko 38.446 saniyə nəticə göstərdi.[43] Nəticədə o, qrupu doqquz idmançı sırasında birinci pillədə başa vurdu və yarım-final mərhələsinə adladı.[43][45] Bu məhələdə də Valentin Demyanenko uğurlu çıxışını davam elədi.[43] Yarım-final mərhələsinin "A" qrupunda 38.600 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında birinci pillənin sahibi oldu və Dünya Çempionatının final mərhələsinə vəsiqə qazandı.[43][46] Final mərhələsində də Valentin Demyanenko uğurlu seriyanı davam elədi.[43] 38.338 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında birinci pillənin sahibi oldu və Dünya Çempionatını qızıl medalla başa vurdu.[43] Bununla da o, 2 ildən sonra növbəti dəfə Dünya Çempionatının qalibi oldu.[43][47] Valentin Demyanenko həm də olimpiya lisenziyasına sahib oldu.[48][49]
Valentin Demyanenkonun mübarizə apardığı növbəti turnir C1–500 oldu.[43] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Valentin Demyanenko 2:00.628 dəqiqə nəticə göstərdi və yeddi idmançı sırasında birinci pillədə qərarlaşaraq yarım-final mərhələsinə adladı.[43][50] Yarım-final mərhələsinin "B" qrupunda isə Valentin Demyanenko 2:00.855 dəqiqə nəticə göstərdi.[43] Bu nəticə ilə o, sadəcə Ujrayna nümayəndəsi Olexandr Maximçuxdan geri qaldı və Dünya Çempionatının final mərhələsinə vəsiqə qazandı.[43][51] Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[43] Finalın 250 metrəsinin tamamında Valentin Demyanenko irəllidə olsa da, sonda 1:46.715 dəqiqə nəticə göstərdi və Dünya Çempionatını doqquz idmançı sırasında dördüncü pillədə başa vurdu.[43] Ona bürünc medala sahib olması üçün cəmi 0.035 saniyə çatmadı.
Valentin Demyanenkonun çıxış elədiyi son turnir C1–4x200 turniri oldu.[43] Komanda yoldaşları Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkondan ibarət olan Azərbaycan yığması təsnifat mərhələsinin "A" qrupunda 2:50.899 dəqiqə nəticə göstərdi və sadəcə Rusiya yığmasından geri qalaraq turnirin final mərhələsinə vəsiqə qazandı.[43] Final mərhələsinin nəticələrinə əsasən isə Azərbaycan yığması 2:48.340 dəqiqə nəticə göstərdi və bu səfər də sadəcə Rusiya yığmasından geri qaldı.[43] Nəticədə Andrey Kraytor, Maksim Prokopenko, Sergey Bezuqlı və Valentin Demyanenkondan ibarət olan Azərbaycan yığması Dünya Çempionatının gümüş medallarına sahib oldu.
Valentin Demyanenkonun 2012-ci ildə birinci turniri 1–4 iyunda Rusiyada baş tutan World Cup beynəlxalq turniri oldu.[52] Valentin Demyanenko bu turnirdə C1–200 və C1–500 turnirlərində mübarizə apardı.[52] C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Valentin Demyanenko 42.426 saniyə nəticə göstərdi.[52] Bu nəticələrə əsasən Valentin Demyanenko yeddin idmançı sırasında birinci pillədə qərarlaşaraq birbaşa turnirin final mərhələsinə adladı.[52] Final mərhələsində isə Valentin Demyanenko uğursuz çıxış elədi.[52] 40.250 saniyə nəticə göstərən Valentin Demyanenko turniri doqquz idmançı sırasında dördüncü pillədə başa vurdu.[52] C1–500 turnirində də Valentin Demyanenko uğursuzluqla üzləşdi.[52] Təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 1:55.948 dəqiqə nəticə göstərdi və birbaşa turnirin final mərhələsinə vəsiqə qazandı.[52] Final mərhələsində Valentin Demyanenko uğursuz çıxış elədi.[52] 2:02.572 dəqiqə nəticə göstərən Valentin Demyanenko turniri 8-ci pillədə başa vurdu.[52][53]
Valentin Demyanenko 2012-ci ilin 22–24 iyununda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[54][55] Keçən il C1–200 turnirin qalibi olan Valentin Demyanenko çempionluğunu qorumağı bacardı.[56] Turnirin final mərhələsində 38.752 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında birinci pillədə qərarlaşaraq Avropa Çempionatının qalibi oldu.[54][56][57]
2012-ci ilin əsas turniri 25 iyul-12 avqustda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunları idi.[58][59][60] Valentin Demyanenko bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı oldu. Üç dəfə Dünya, dörd dəfə isə Avropa Çempionatlarının qalibi olan Valentin Demyanenko medala iddialı olsa da, olimpiada da uğursuzluqla üzləşdi.[61] Avqustun 10-da baş tutan təsnifat mərhələsinin "A" qrupunda yeddi idmançı mübarizə aparırdı.[61] Start zamanı gözlənilmədən gec mübarizəyə qoşulması Valentin Demyanenkonu 44.194 saniyə nəticə ilə sonuncu pillədə qərarlaşdırdı.[61] Bununla da o, London Olimpiadasında mübarizəsini başa vurdu.[61] Dərhal sonra Valentin Demyanenko müsahibəsində uğursuz çıxışının fallstart olmadığını bildirdi — "Bu fallstart deyildi. Sadəcə zədəm var idi. Dünən məşq zamanı əzələmdən zədələndim. Tomoqrafiya nəticələrinə görə zədəm ciddi idi. Uğursuz çıxış edəcəyimi bilirdim. Sadəcə idmançı olduğuma görə özümdə güc tapıb, finnişə çatmağı qarşıma məqsəd qoydum".[62]
Valentin Demyanenkonun 2013-cü ildə birinci turniri 10–12 mayda Macarıstanın Seqed şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu.[63] C1–200 turnirində çıxış edən Valentin Demyanenko təsnifat mərhələsinin "B" qrupunda mübarizə apardı.[63] Nəticədə Valentin Demyanenko 40.814 saniyə nəticə göstərdi və qrupu birinci pillədə başa vuraraq birbaşa final mərhələsinə adladı.[63] Final mərhələsində isə Valentin Demyanenko uğursuzluqla düzləşdi.[63] 58.970 saniyə nəticə göstərən Valentin Demyanenko turniri 8-ci pillədə başa vurdu.[63] C2–200 turnirində isə Valentin Demyanenko Nixita Sablin ilə birgə mübarizə apardı.[63] Təsnifat mərhələsinin "B" qrupunda 38.908 saniyə nəticə göstərən Valentin Demyanenko & Nixita Sablin cütlüyü qrupu beş idmançı sırasında üçüncü pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı.[63] Final mərhələsində isə 38.702 saniyə nəticə göstərən Valentin Demyanenko & Nixita Sablin cütlüyü ümumi nəticədə turniri doqquz idmançı sırasında yeddinci pillədə başa vurdu.[63]
Valentin Demyanenko 14–16 iyunda Portuqaliyanın Montemor şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[64] Son Avropa çempionu Valentin Demyanenko bu səfərdə turnirin qızıl medalına iddialı idi. C1–200 turnirinin final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[65] Nəticədə 40.726 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında sadəcə Litva nümayəndəsi Yevgeni Şuxlindən cəmi 0.050 saniyə geri qaldı və Avropa Çempionatını gümüş medalla başa vurdu.[64][65][66][67]
2013-cü ilin əsas turniri 28 avqust-1 sentyabrda Almaniyanın Duysburq şəhərində baş tutan Dünya Çempionatı oldu.[68] Son Dünya Çempionatını bir qızıl və bir gümüş medalla başa vuran Valentin Demyanenko bu səfər sadəcə C1–200 turnirində mübarizə apardı.[68] Avqustun 30-da baş tutan təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 40.000 saniyə nəticə göstərdi.[68] Bu nəticəyə əsasən o, qrupu birinci pillədə başa vurdu və yarım-final mərhələsinə vəsiqə qazandı.[68] Avqustun 31-də baş tutan yarım-final mərhələsinin "A" qrupu isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[68] Nəticədə Valentin Demyanenko 38.110 saniyə nəticə göstərdi və Litva nümayəndəsi Yevgeni Şulxindən cəmi 0.026 saniyə geri qaldı.[68] Bununla belə o, turnirin final mərhələsinə vəsiqə qazana bildi.[68] Sentyabrın 1-də baş tutan final mərhələsində isə Valentin Demyanenko bütün rəqiblərindən üstün oldu.[68] 38.462 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında birinci pillənin sahibi oldu və dördüncü dəfə Dünya Çempionatının qalibi oldu.[68][69]
2014-cü ilin əsas turniri 6–10 avqustda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[70][71][72] Son Dünya Çempionatının qalibi Valentin Demyanenko bu səfərdə qızıl medala iddialı olsa da, mövsüm ərzində zəif nəticələr göstərdiyinə görə turnirin qalibi olmaq şansları az idi. Təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 40.428 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında dördüncü pillədə başa vurdu.[70] Bununla da o, yarım-final mərhələsinə adladı.[70] Bu mərhələnin "B" qrupunda isə Valentin Demyanenko 38.985 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında dördüncü pillədə qərarlaşdı.[70] Bu nəticələrə əsasən Valentin Demyanenko final mərhələsinə vəsiqə qazana bilmədi.[70][73] Formal əhəmiyyətə sahib olan "B" finalında isə Valentin Demyanenko 38.885 saniyə nəticə göstədi və "B" finalının doqquz idmançı sırasında birinci pillədə, ümumi nəticədə isə onuncu pillədə başa vurdu.[70]
2015-ci ilin birinci nüfuzlu turniri 12–28 iyunda baş tutan I Avropa Oyunları oldu.[74][75] Kanoe sprint idman növü üzrə turnirlər 14–16 iyunda Mingəçevir şəhərində baş tutdu.[74][76] C1–200 turnirində çıxış elədi Valentin Demyanenko iyunun təsnifat mərhələsinin "B" qrupunda mübarizə apardı.[74] Yeddi idmançının mübarizə apardığı qrupda Valentin Demyanenko 38.978 saniyə nəticə göstərdi və birinci pillədə qərarlaşdı.[74] Bununla da o, birbaşa final mərhələsinə vəsiqə qazandı.[74][77] İyunun 16-da baş tutan final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[78] Nəticədə Valentin Demyanenko 40.142 saniyə nəticə göstərdi və turnirin qalibi olan Litva nümayəndəsi Henri Zustautasdan cəmi 0.078 saniyə geri qaldı.[78] Bununla da Valentin Demyanenko I Avropa Oyunlarının gümüş medalına sahib oldu.[78][79][80] Valentin Demyanenko turnirdən sonra müsahibəsində gümüş medalı uğursuz nəticə adlandırdı.[81]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Valentin Yuriyeviç Demyanenko "Tərəqqi" medalı ilə təltif edildi.[82]
2015-ci ilin əsas turniri 18–24 avqustda İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu.[83][84] Son Dünya Çempionatında uğursuz çıxış edən Valentin Demyanenko bu səfər medala iddialı idi. Təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.518 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında birinci pillədə başa vuraraq turnirin yarım-final mərhələsinə adladı.[83] Bu mərhələnin "A" qrupunda isə Valentin Demyanenko 38.030 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Braziliya nümayəndəsi İsaq Kuyeroz dos Santosdan 0.160 saniyə geri qalaraq Dünya Çempionatının final mərhələsinə vəsiqə qazandı.[83] Avqustun 22-də baş tutan final mərhələsi isə Valentin Demyanenko uğursuz başa çatdı.[83] 38.488 saniyə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında altıncı pillədə qərarlaşdı.[83] Valentin Demyanenko Dünya Çempionatını medalsız başa vursa da, olimpiya lisenziyasına sahib olmağı bacardı.[83][85]
Valentin Demyanenkonun 2016-cı ildə birinci turniri 20–22 mayda Almaniya Duysburq şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu.[86] C1–200 turnirinin təsnifat mərhələsinin "E" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.165 saniyə nəticə göstərdi və yeddi idmançı sırasında dördüncü pillənin sahibi olaraq yarım-final mərhələsinə adladı.[86] Bu mərhələdə isə Valentin Demyanenko 38.899 saniyə nəticə göstərdi.[86] Bununla da Valentin Demyanenko doqquz idmançı sırasında beşinci pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazana bilmədi.[86] Formal əhəmiyyətə sahib olan "B" finalında isə Valentin Demyanenko 38.878 saniyə nəticə ilə turniri doqquz idmançı sırasında beşinci pillədə başa vurdu.[86]
Valentin Demyanenko 24–26 iyunda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı.[87] C1–200 turnirində çıxış edən Valentin Demyanenko çempionatın final mərhələsində uğursuzluqla üzləşdi.[88] 40.084 saniyə nəticə göstərən Valentin Demyanenko nəticədə Avropa Çempionatını doqquz idmançı sırasında sonuncu pillədə başa vurdu.[87][88]
2016-cı ilin əsas turniri 5–22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunları oldu.[89][90] Dörd il əvvəl London Olimpiadasında uğursuzluqla üzləşən Valentin Demyanenko bu səfər çempionluğa iddialı idi. Valentin Demyanenko avqustun 17-də təsnifat mərhələsində mübarizə apardı. "D" qrupunda çıxış edən Valentin Demyanenko 38.748 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq yarım-final mərhələsinə adladı. Həmin gün baş tutan yarım-final mərhələsində isə Valentin Demyanenko "С" qrupunda mübarizə apardı. Gərgin idman mübarizəsi şəraitində baş tutan mərhələdə Valentin Demyanenko 40.298 saniyə nəticə göstərdi və sadəcə Gürcüstan nümayəndəsi Zaza Nadiradzedən 0.152 saniyə geri qaldı. Nəticədə final mərhələsinə üç idmançı vəsiqə qazandı — Gürcüstan nümayəndəsi Nana Nadiradze (40.146), Azərbaycan nümayəndəsi Valentin Demyanenko (40.298) və Ujrayna nümayəndəsi Yuri Çeban (40.590).[91] Final mərhələsi avqustun 18-də baş tutdu. Final mərhələsində 8 idmançı mübarizə apardı — Çin nümayəndəsi Li Kin, İspaniya nümayəndəsi Alfonso Benavides, Fransa nümayəndəsi Tomas Simart, Gürcüstan nümayəndəsi Zaza Nadiradze, Braziliya nümayəndəsi İsaq Kuyeroz dos Santos, Rusiya nümayəndəsi Andrey Kraytor, Azərbaycan nümayəndəsi Valentin Demyanenko və Ujrayna nümayəndəsi Yuri Çeban. Valentin Demyanenko startdan dərhal sonra təşəbbüsü ələ alındı və liderlərdən biri oldu. 100 metrənin tamamında əsas rəqabət Valentin Demyanenko və Yuri Çeban arasında idi. Son on metr isə gərgin idman mübarizəsi şəratində baş tutdu. Nəticədə photofinishdən istifadə olundu. Nəticələrə əsasən Valentin Demyanenko 38.492 saniyə nəticə göstərdi və Yuri Çebandan cəmi 0.214 saniyə geri qaldı. Bununla da Valentin Demyanenko XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[92][93] Turnirdən sonra Valentin Demyanenko müsahibəsində gümüş medalı uğursuz nəticə adlandırdı.[94]
Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Valentin Yuriyeviç Demyanenko 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[95]
Rio-de-Janeyro Olimpiadasından sonra 33 yaşlı Valentin Demyanenko idmanla vidalaşdığını açıqladı.[96]
Avropa Çempionatı | Polşa | C1–200 | |||||||||
Dünya Çempionatı | Xorvatiya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
Dünya Çempionatı | Macarıstan | C1–200 | |||||||||
World Cup | Macarıstan | C1–200 | |||||||||
C1–500 | |||||||||||
World Cup | Almaniya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
World Cup | Polşa | C1–500 | |||||||||
C1–1000 | |||||||||||
Avropa Çempionatı | Almaniya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
Dünya Çempionatı | Kanada | C1–200 | |||||||||
C1–500 | |||||||||||
World Cup | Polşa | C1–200 | |||||||||
C1–500 | |||||||||||
World Cup | Almaniya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
C1–4x200 | |||||||||||
Avropa Çempionatı | Serbiya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
Dünya Çempionatı | Macarıstan | C1–200 | |||||||||
C1–500 | |||||||||||
C1–4x200 | |||||||||||
World Cup | Rusiya | C1–200 | |||||||||
C1–500 | |||||||||||
Avropa Çempionatı | Xorvatiya | C1–200 | |||||||||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | C1–200 | |||||||||
World Cup | Macarıstan | C1–200 | |||||||||
C2–200 | |||||||||||
Avropa Çempionatı | Portuqaliya | C1–200 | |||||||||
Dünya Çempionatı | Almaniya | C1–200 | |||||||||
Dünya Çempionatı | Rusiya | C1–200 | |||||||||
Avropa Oyunları | Azərbaycan | C1–200 | |||||||||
Dünya Çempionatı | İtaliya | C1–200 | |||||||||
World Cup | Almaniya | C1–200 | |||||||||
Avropa Çempionatı | Rusiya | C1–200 | |||||||||
Olimpiya Oyunları | Braziliya | C1–200 |
Valentin Demyanenko Azərbaycan Prezidentinin sərəncamlarına əsasən bir dəfə medalla, bir dəfə isə ordenlə təltif edilib.