Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. == Məskunlaşma == Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Ağevlər (Talış)
Ağevlər (fars. اق اولر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (50 ailə).
Bicarbin (Talış)
Bicarbin (fars. بيجاربين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (12 ailə).
Dirakari (Talış)
Dirakari (fars. ديراكري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (76 ailə).
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az-əbcəd. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuhistan (Talış)
Kuhistan (fars. كوهستان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (38 ailə).
Lemir (Talış)
Lemir (fars. لمير‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 566 nəfər yaşayır (113 ailə).
Maryan (Talış)
Maryan (fars. مريان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (19 ailə).
Maşınxana (Talış)
Maşınxana (fars. ماشين خانه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Navan (Talış)
Navan (fars. ناوان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (26 ailə).
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Peysara (Talış)
Peysara (fars. پي سر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 931 nəfər yaşayır (196 ailə).
Poştə (Talış)
Poştə (fars. پشته‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,149 nəfər yaşayır (259 ailə).
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Qənbərməhəllə (Talış)
Qənbərməhəllə (fars. قنبرمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 867 nəfər yaşayır (196 ailə).
Saragah (Talış)
Saragah (fars. سراگاه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 847 nəfər yaşayır (193 ailə).
Sinahuni (Talış)
Sinahuni (fars. سيناهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (25 ailə).
Sığçöl (Talış)
Sığçöl (fars. سيغ چال‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə).
Talış kökyeyəni
Talış kökyeyəni (lat. Dorcadion (Cribridorcadion) talyschense) — Sərtqanadlılar dəstəsinə uzunbığlar fəsiləsinə aid növ. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır. == Təsviri == Bədəni 13,5 – 18,5 mm uzunluqdadır. Ətrafları və bığcıqlar qaradır. Qanadüstlükləri üzərində açıq rəngli 2 tam zolaq vardır. Bel və tikiş zolaqları dar, çiyin və kənar zolaqları isə enlidir. Ön döş çılpaq və kobud punktirlidir.
Talış kəndi
Talış — Azərbaycan Respublikasının Ağdərə rayonunun Talış kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Talış kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Suqovuşan ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Tarixi == Talış kəndi XVIII–XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Hansı ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinin adı, toponomik cəhətdən bu məlikliyin adından götürülüb. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsində olan Talış kəndi, sonralar isə Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiya tərəfindən ilhaq edilib. Bəzi mənbələrdə Talış mahalı və ya Talış məlikliyi adlanır. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Talış mahalı
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Talış mifologiyası
Talış mifologiyası (tal. Tolışə mifoloqiyə) — talışların mifoloji inancları toplusu. Talış mifoloji dünyagörüşü təbiət kultunun, Avestada öz əksini tapmış zərdüştilik dininin və İslamla gələn elementlərin sintezini daşıyır. == Öyrənilməsi == Talış folkloru barədə ilkin məlumatlar, müəllim Teymurbəy Bayraməlibəyovun 1894–1899-cu illərdə yazmış olduğu, Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu adlı əsərində öz əksini tapıb. Bayraməlibəyovun hazırladığı üç məqalə özundə talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir. 1894-cü ildə dilçi və etnoqraf L. G Lopatinski talış dilində olan nağıl və mətnləri toplayır. Bu zaman Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd bəy, enoqrafa topladığı nağılların mətnlərinin yoxlanılmasında kömək edir. Talış dilində iki nağıl, rus dilinə tərcümə edilərək, "Qafqazın yaşayış məntəqələrini və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda çap edilir. Bunlar "Sehirli alma" və "Qorxaq" adlı nağıllar olur. 1920–1930-cu illərdə talış folklorunun öyrənilməsinə yeni təkan verilmiş, yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi talış folkloru etnoqraflar, talış dilini dilçilər öyrənmiş, talış texnikumu fəaliyyət göstərmiş və talış dilində qəzet dərc edilmişdir.